- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Güney Azərbaycanda Dünya Ana Dili Günü göstəriləri və Fars şovonisminin saldırılari
BayBək, Azərbaycan | Wednesday, 20th February , 2008 , 07:27 [am] | Bildirişlər, İç Xəbərlər
![]() |
. | Milli fəallar bir səs ilə tüm Azərbaycanlılari bu milli törənlərə çağırıb və onlardan öz milli görəvlərin yerinə yetirməgin istəiyrlər.
Bu il Azərbaycan şəhərlərində yapılacaq olan törənlərə qarşi qoymağ üçün, Fars şovonismi tüm gücün səfərbər edib. Təbriz, Zəngan, Urmu və Ərdəbildə nizami durum yaranıb. Polis və İttilaat gücləri hər yerdə yerləşiblər və İran telekanallarından millətlərə qarşi mənfi təbliğlər aparılmağdadır. |
Genə bir milli gün, genə Fars quldurlarının qorxusu,
Sabah Dünya Ana Dili Günüdür. Birləşmış Millətlər Təşkilatının (BMT) bir hörgütü olan UNESCO, bu günü millətlərin Ana Dilinin qorunmasına önəm vermək üçün seçibdir. Bu gün millətlər öz dillərinə verdikləri dəyəri dilə gətirib və şənlik edərək öz varlıqlarına sahib olduqların isbat edərlər. Dil demək varlıq deməkdir, dün, bu gün və sabah deməkdir.
Azərbaycanda Ana dilinə Fars şovonistləri illərdir ki qadağa qoyub və soydaşlarımızi asimilə etməgə çalışırlar. Geçən illərdən bəri, Dünya Ana Dili Günü biz Azərbaycanlılara ümid qaynaği olaraq, mədəni və qanuni haqlarımızi elan etmək üçün işıq yolu açıbdır. Milli fəallar bir səs ilə tüm Azərbaycanlılari bu milli törənlərə çağırıb və onlardan öz milli görəvlərin yerinə yetirməgin istəiyrlər.
Bu il Azərbaycan şəhərlərində yapılacaq olan törənlərə qarşi qoymağ üçün, Fars şovonismi tüm gücün səfərbər edib. Təbriz, Zəngan, Urmu və Ərdəbildə nizami durum yaranıb. Polis və İttilaat gücləri hər yerdə yerləşiblər və İran telekanallarından millətlərə qarşi mənfi təbliğlər aparılmağdadır.
Aldığımız son bilgilərə görə,
Təbriz
Çağ: 21 Fevral 2008
Çola: 16:00
Yer: Bazar qabaği
Urmu
Çağ: 21 Fevral 2008
Çola: 16:00
Yer: Ətaıi meydani, İmam xiyavani
Ərdəbil, Zəngan, Qəzvin, Qum, Həmədan, Tehran, Astara, Sulduz, Miyana, Ənzəli, Xoy, Xiyav və bir çoxlu başqa şəhərdə çeşitli törənlər yapılacaqdır.
Öyrəncilər və kültürəl fəalların hazırladıqlari törənlər toplu olaraq şəhərlərin mərkəz xiyavanlarında geçiriləcək.
Bununla birlikdə, xaricdə yaşayan Azərbaycanlılar içəridə yaşayan soydaşlarına səs vermək üçün bir çoxlu şəhərdə piketlər hazırlaiyblar. Xocali soyqırımilə tuş gələn Dünya Ana Dili Günü piketləri çox təntənəli mərasimlə anılacaqdır. 1992-ci ildə Erməni daşnaklari yüzlərcə soydaşımızı qətl edərək Xocali bölgəsin işğal ediblər.
Bu gün, Qarabağ azadlığı və Ana dili azadlığı bir yerdə istəniləcəklər.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir