- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Dünyalıq Ana Dili Günü Münasibətilə Azərbaycan Milli Dirəniş Təşkilatının Bildirisi
BayBək, Azərbaycan | Wednesday, 20th February , 2008 , 14:49 [pm] | Bildirişlər
![]() |
. | Azərbaycan milli dirəniş təşkilatı dünyalıq Ana dili gününü hər bir azərbaycanlı olan şəxsin o gündə öz ana dilini müdafiə edilməsi gərəkən gün kimi dəyərləndirir və bütün Azərbaycan millətindən istəyir ki bu gündə öz etiraz səsini şovinizm siyasətlərə qarşı bildirsinlər. |
Dünya ana dili günü (2 İsfənəd 1385 - 21 Fevral 2007) yüz minlər Azərbaycanlı Fars şovinizminin dil və mədəniyyət üzərində qoyduğu ayrıseçkiliklərə qarşı böyük və dinc etirazlara qatıldı. Azərbaycanın çoxlu şəhərlərində Dinc etirazlara qatılan sivil toplum polis şiddətinə məruz qalıb və tutulan şəxslər naməlum yerlərə aparılmışdı. nə yazıq ki dünya ana dili günündə dustaqlananlar cismi və ruhi basqılar alsalar da çox böyük girovlar qoyduqdan sonra buraxılmışdılar. Ancaq bəzi dustaqlananlar Fars şovinizminin göstəriş verilmiş məhkəmələrdə ərazi bütövlüyünü qoruma, milli birliyi qoruma, pantürkizm, ayrılıqçı adına uzun müddətli həbslər almışdılar. Mələsf hələdə bu günə kimi Azərbaycan milli hərəkətinin fəalları tək milli kimliyini müdafiə etməkdən süçlanan şəxs kimi, məhkəməsiz ağır durumda Fars şovinizminin zindanlarında qərar hökmünü gözləyirlər.
Dünyalıq ana dili gününün münasibətilə Azərbaycanda keçirilən etirazların ilk ildönümündə Azərbaycan millətinin kimliyini və dilini məhv etməyə və milli-mədəni istəmlərini tapdalamağa qalxan Fars şovinist qüvvələri və onun yürüdüyü çirkin siyasətlərini məhkum edərək ana dilini müdafiə etmə suçundan dolayı zindanda olan bütün Azərbaycan milliyyətçi fəalların şərtsiz özgür buraxılmasını istəyirik. 21 Fevral günü bütün insan haqları uğrunda mübarizə aparan qurumlardan istəyirik azərbaycan milli fəallarının buraxılması və Fars şovinizminin aparteid siyasətlərinin məhkum olması uğrunda cəhd etsinlər.
Azərbaycan milli dirəniş təşkilatı dünyalıq Ana dili gününü hər bir azərbaycanlı olan şəxsin o gündə öz ana dilini müdafiə edilməsi gərəkən gün kimi dəyərləndirir və bütün Azərbaycan millətindən istəyir ki bu gündə öz etiraz səsini şovinizm siyasətlərə qarşı bildirsinlər.
Azərbaycan Milli Dirəniş təşkilatı
Çərşənbə axşamı, 20 Fevral 2008
Güney Azərbaycan
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir