- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ana dili - İsmaiyl Cəmili

BayBək, Azərbaycan | Wednesday, 20th February , 2008 , 15:19 [pm] | Şer və Nğil

. Biz varıq varsa vətən varisə doğma dilimiz
Öyrənib bilməlidir öz dilini Türk elimiz

Ana tək candan əzizdir Ana torpağ Ana dil
Hörmətin saxla yaşarkən Analar qədrini bil



Biz varıq varsa vətən varisə doğma dilimiz
Öyrənib bilməlidir öz dilini Türk elimiz

Ana tək candan əzizdir Ana torpağ Ana dil
Hörmətin saxla yaşarkən Analar qədrini bil

Vətənin kimligidir varlığının daş təməli
Kimligin bayrağıdır hər balanın doğma dili

Ana dildə bəzəyən duyğuların oylağıni
Süsləyən arzılari sevgi sevincin bağıni

Bülbül öz doğma dililə gülə söylər sözünü
Hər gül öz raiyhəsilə tanıda öz özünü

Ana dildir daşiyan laylaların can dadını
Ana dildir yaşadan evladının öz adını

Ana dildir elinin tarixi aydın tanıği
Yurdunun ülkəsinin aynasi sönməz çırağı

Ana dildə ananın sevgisi ətri dadı var
Ana dildə vətənin şanli şərəfli adı var

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2153.azr
azeribaybak[at]gmail.com