- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
DMO-nun yaranması münasibətilə təbrik bildiriləri, Böyük Rəsuloğlu
BayBək, Azərbaycan | Ortagün, 21st Fevral , 2008 , 00:17 [gü] | Bildirişlər, İç Xəbərlər
![]() |
. | Səlam və saygılarımı bildirərək bu nəcib hərəkətizi ürəkdən təbrik edir, sizlərə və bütün milli varlığı talanmış məzlum ama məğrur millətimizə daha böyük başarılar diləyirəm.
Bir millətin qadını, ərkəyi, gənci və yaşlısı madamki əl - ələ verib problərinin həllinə çalışır, bütün çətinliklərə baxmıyaraq qətiyən qalib gələcəkdir. Milli fəallarımızın bu |
Əziz və dəyərli, dil və mədəniyət ocağının (DMO) qurucu heyəti;
Səlam və saygılarımı bildirərək bu nəcib hərəkətizi ürəkdən təbrik edir, sizlərə və bütün milli varlığı talanmış məzlum ama məğrur millətimizə daha böyük başarılar diləyirəm.
Bir millətin qadını, ərkəyi, gənci və yaşlısı madamki əl - ələ verib problərinin həllinə çalışır, bütün çətinliklərə baxmıyaraq qətiyən qalib gələcəkdir. Milli fəallarımızın bu ağır şəraitdə, zindanlarda basqı, eşikdə qamçı altında olmasına rağmen, demokratik usullara dayanaraq ağıllı siyasət yürütməsi bu millətin böyüklüyünə bir işarətdir. Qoy nadanlar anlasınlar ki, bu səs artıq boğulan deyil, gec olmadan ağıllansınlar, çünki gələcək bizimdir.
Əziz dostlar sizin simanızda bu vəsilə ilə “ ana dili “ gününü Azərbaycan Türk Millətinə təbrik deyir, qolumuzdaki zəncirin və dilimizdek qıfılın açarlarını bu ölçülü çalışmalarda gördüyümü bəyan edirəm.
Bu münasibətlə 1993 – də bayram günlərində Urmuda dediyim bir şeiri sizlərə təqdim edirəm. Bu şeir varlıq jurnalında çap edilmişdir.
Dərin hörmətlərimlə;
Böyük Rəsuloğlu
20/02/2008
“Söz”
söz ər (hər) millətin varlığından doğar
Sözü olmuyanlar açılcaq solar
dili haq verib, haq verən həqlıdır
həqiqət deyilsə sözün kəsrdir
Nəsimi təkin söz deyib ölməyən
Hürufi sözündən ışıq görməyən
Nə anlar dərin sözdən onlar görən
kəmali gərəkdir kəlamdan hörən
sözün Türküsün qoy deyim dur biraz
söz etmiş gözüm yaşlarından Araz
söz ilhamdi ondan sora hər nə var
bəsirətlə baxsan, o sözdən doğar
sözün məntiqindən bəşər gül yolar
sözün təhrifindən qiyamət qopar
söz aləmdə insanlığın şənidir
sözü duymuyanlarda var bəllidir
söz etmiş Fizuliləri paydar
Nizamiylə Vaqif söz ilə durar
Məhəsti, sözün ustasından soruş
bulaq tək sözün axmayırsa sovuş
söz etmişdir insani əşrəf gülüm
büzülmüş dodaqdan sənə bal süzüm
söz oldur çiçəkləndirər ölkəni
söz ilə bu millət genə dirçəli
Rəsullu, söz ilə Azərbaycanın
çıxardaq gərək göylərə bayrağın
1373 bayram günləri gözəl Urmumuz ( 1992)
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir