- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Xocalı-dan qaçan kiçik qiz! - Sarxanlı Paşa
BayBək, Azərbaycan | Ortagün, 21st Fevral , 2008 , 02:01 [gü] | Şer və Nğil
![]() |
. | Xəstə anan, bir vəhşət kimi dünyani bürüyən, şaxdalı gecənin qaranlığında, qara qarlara bürünüb, can verərkən; sən bu dünyanı necə gördün? İnsanlığı necə duydun? |
Bu sözlər, 1992, 25-26 fevral gecəsi, Daşnakların yaratdığı vəhşət nəticəsində, anasıyla beraber bilinməz çöllərə qaçıb, can verən kiçik bir qızın xatirinə və eyni günlərdə yazıldı.
Onlar toplayaraq ürəklərinə, yüz illərin kiçiglik, qısqanclıq və nifrət duyğularını, çirkin və məsmum axıntılar kimi toplanaraq bir yere dünyanın dörtbir yanından, döşlərindən asıbaqn ən qara xaçlarını, qıcırdadıb dişləri, hücum etdilər Xocalıya üç yöndən.
Yandırdılar evləri, öldürdülər kiçicik bəbələri və dağıtdılar yuvasını qaranquşların. Bir çoxları, görüncə bu barbarca dəhşəti, açıq qalan dördüncü yöndən qaçaraq, çöllərdə, qışın acımasız şaxdasına təslim oldular. Bu arada, ruhumuzu əbədiyyətə qədər titrədən, 7 yaşında bir qızın, anasıyla bərabər qar içində donması,sözümüzə simbol oldu.
Xocalıdan qaçan kiçik qız!
Xəstə anan,
bir vəhşət kimi dünyani bürüyən,
şaxdalı gecənin qaranlığında,
qara qarlara bürünüb, can verərkən;
sən bu dünyanı necə gördün?
İnsanlığı necə duydun?
Sən ananın dodağında,
çarəsizcə donub, qalan,
son təbəssümü görüncə,
kimsədən bir diləkdə bulunmaq istədin mi?
Bax bu çox marağlıdır:
Kiçik ürəyində sənin o zaman,
var idi mı ən kiçik bir ümid?
Xocalıdan qaçan kiçik qız!
son damlasını tükədib ümidin,
düşərkən,
qara qarların buzlu qarnına,
bir söz oçdu,
azəri türkcəsində,
donmuş dodağından
və incə bir səs çıxdı,
incə boğazından.
Hələdə o səs,
anasın itirən yavru bir quş kimi,
gəzib, dolanır Xocalının paslı göylərin.
hələdə o səs,
məni çağırır,
bizi çağırır
və cümlə insanlığa, haray çəkir:
Haydı qalxın!
Utanın da qalxın!
Qanadlarınız qırılıbsa,
Insanlıq adına bari,
bir iki,
axsaq addım atın!
Xocalıdan qaçan kiçik qız!
hələdə sənin son nəfəsin,
buzları əridb,
dəlməkdədir hisli göyləri
Fevral 1992
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir