- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

ATƏT Ermənistandakı seçkini tanısada, erməni müxalifəti bunu tanımadığını bəyan edib

BayBək, Azərbaycan | Thursday, 21st February , 2008 , 03:03 [am] | Dış Xəbərlər

. «Ermənistanda prezident seçkisi əsasən beynəlxalq standartlar çərçivəsində keçirlib» bunu ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Belçikadan olan senator, bu qurumun müşahidə missiyasının rəhbəri Anna-Mari Lizin bəyan edib.

Lizin bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, hakimiyyət 2007-ci ildə keçirilən parlament seçkiləri zamanı yol verilən səhvləri düzəltməyə hazır olduğunu nümayiş etdirib.



«Ermənistanda prezident seçkisi əsasən beynəlxalq standartlar çərçivəsində keçirlib» bunu ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Belçikadan olan senator, bu qurumun müşahidə missiyasının rəhbəri Anna-Mari Lizin bəyan edib.

Lizin bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, hakimiyyət 2007-ci ildə keçirilən parlament seçkiləri zamanı yol verilən səhvləri düzəltməyə hazır olduğunu nümayiş etdirib.

Ermənistan müxalifəti isə tam əksini deyir,. Belə ki, saat 3-dən İrəvanda mitinq keçirən müxalifət prezident seçkisinin nəticəsini tanımadığını bəyan edib və yeni seçki keçirilməsini tələb edir.

«İmpiçment» müxalifət blokunun lideri Nikol Paşinyan mitinqdə çıxış edərək keçmiş prezident Levon Ter-Petrosyanın seçki qərargahının seçkinin nəticəsini tanımadığını açıqlayıb: «Səsvermə zamanı kobud qanun pozuntularına yol verilib, hakimiyyət fiziki güc və psixoloji təzyiq üsullarından istifadə edib». Onun sözlərinə görə, səslərin sayılması zamanı çoxlu seçki məntqəsində işıqlar söndürülərək saxtalaşdırmaya yol verilib və bununla bağlı Ter-Petrosyanın nümayəndələri xeyli protokol tərtib ediblər: «Biz yeni seçki tələb edirik. ümummilli mübarizə haqq-ədalət bərpa olunana və hakimiyyət xalqa qaytarılana qədər davam edəcək».

N.Paşinyan deyib ki, müxalifət mübarizəni qəlibəyədək davam etdirəcək: «Bizim mübarizəmiz davam edəcək, biz Levon Ter-Petrosyan adlı prezident seçmişik».

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, fevralın 19-da keçirilən seçkidə Serj Sərkisyan 52,86, eks-prezident Levon Ter-Petrosyan isə 21,5 faiz səs yığıb.

Müxalifətin prezidentliyə digər namizədi, Orinats Yerkir Partiyasının lideri Artur Bağdasaryanın seçki qərargahı da səsvermə zamanı qeydə alınan çoxsaylı qanun pozuntularının nəticələri şübhə altına almağa əsas verdiyini bəyan edib. A.Bağdasaryan, ilkin nəticələrə görə, 11,666 faiz səs toplayıb.

Bu dəqiqələrdə Ermənistan müxalifəti İrəvanın mərkəzində mitinqə başlayıb. Eks-prezident Levon Ter-Petrosyanın tərəfdarları erməni əlyazmalarının saxlanıldığı Matenadaranın binası qarşısındakı meydana yığışıb. Mitinq əvvəlcədən saat 15-ə planlaşdırılıb və İrəvan şəhər meri ilə razılaşdırılıb, lakin Ter-Petrosyanın tərəfdarları aksiya yerinə saat 11-dən yığışmağa başlayıblar.

Mitinqçilər Ermənistan Mərkəzi Seçki Komissiyasının səsvermənin ilkin nəticələrinə görə baş nazir Serj Sərkisyanın qalib gəlməsi barədə açıqlamasına etiraz edirlər. Ermənistan Milli Məclisinin qarşısına isə artıq polis qüvvələri gətirilib. Verilən məlumatalara görə Ter-Petrosiyanın əyalətlardəki tərəfdarlarının İrəvana gəlməsinə imkan verilmir. Yollarda polis postları yaradılaraqa insanlar yoxlanılır.

Fevralın 20-də İrəvanda müxalifətin yürüşü gözlənir. Yürüşün keçirilməsini prezidentliyə namizəd, keçmiş prezident Levon Ter-Petrosyan istəyib. Ter-Petrosyan və tərəfdarları prezident seçkilərində qanunların pozulduğunu, müxalifətçilərin döyüldüyünü deyirlər.

Jurnalistlərlə söhbətində Ter-Petrosyan seçki zamanı «çox pis şeylərin baş verdiyini» bildirib. O, hesab edir ki, rəsmilər əlavə 500 min bülletendən istifadə ediblər ki, bu da nəticələrin saxtalaşdırılmasına imkan verir.

Səhərdən başlayaraq İrevan küçələrində silahlı dəstələrin sayı artıb. Prezidentin iqamətgahı, parlament binası və başqa dövlət binaları ətrafında polis dəstələri, zirehli maşınlar düzülüb.

İlkin nəticələr artıq bəllidir. Rəsmi məlumata görə səslərin 52%-dən çoxunu baş nazir Serj Sarkisyan toplayıb. O, indiki prezident Robert Koçaryana yaxındır. Ən çox səs toplayan müxalifət namizədi Levon Ter-Petrosyandır. O, səslərin 21%-i yığıb.

ATƏT müşahidə missiyası da rəyini bu gün açıqlamalıdır. Ermənistanda seçkiləri altı beynəlxalq təşkilatdan təqribən 14 min müşahidəçi izləyib.

Rusiya mətbuatının verdiyi xəbərə görə artıq İrəvanda seçkinin nəticəsinə etiraz olaraq kütləvi aksiyalar başlayıb.presspost

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2163.azr
azeribaybak[at]gmail.com