- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İqtisadi İnkişaf Nazirliyi hökumətin yalanını çıxardı

BayBək, Azərbaycan | Yeygün, 22nd Fevral , 2008 , 06:30 [gü] | İç Xəbərlər

. İqtisadi İnkişaf Nazirliyinin məlumatını detallaşdırsaq, belə çıxır ki, Bakının payına 2100, hər bir iqtisadi rayonun payına isə cəmi 140 yeni müəssisə düşür. Məsələn, 20-yə yaxın iri rayonu özündə birləşdirən Aran iqtisadi zonasında paytaxtla müqayisədə 15 dəfə az müəssisə açılıb. Bu göstərici regionların hələ də investorlar üçün cəlbedici olmadığını göstərir və hökumətin regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramın uğurla həyata keçirilməsi barədə bəyanatlarını şübhə altına alır.


Nazirlik Bakının payına 2100, hər bir iqtisadi rayonun payına isə cəmi 140 yeni müəssisə düşdüyünü açıqlayıbş

«Regionların İqtisadi İnkişafı üzrə Dövlət Proqramının uğurlu nəticələri bəs hanı?

Ötən il Azərbaycanda 344 emal, 822 tikinti, 579 kənd təsərrüfatı, 1700-dən çox ticarət və xidmət müəssisəsi açılıb. Bunların 40 faizi regionların payına düşüb. Bu barədə İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Yeni açılan müəssisələrin 60 faizi Bakıda yerləşir, qalan 10 iqtisadi rayonun payına cəmi 40 faiz düşür. Bu isə təbii ki, paytaxtla bölgələr arasındakı disbalansın getdikcə dərinləşdiyinin bariz göstəcisidir.

İqtisadi İnkişaf Nazirliyinin məlumatını detallaşdırsaq, belə çıxır ki, Bakının payına 2100, hər bir iqtisadi rayonun payına isə cəmi 140 yeni müəssisə düşür. Məsələn, 20-yə yaxın iri rayonu özündə birləşdirən Aran iqtisadi zonasında paytaxtla müqayisədə 15 dəfə az müəssisə açılıb. Bu göstərici regionların hələ də investorlar üçün cəlbedici olmadığını göstərir və hökumətin regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramın uğurla həyata keçirilməsi barədə bəyanatlarını şübhə altına alır.

Gurultulu bəyanatların yalan olduğu təsdiq edilir

İqtisadi İnkişaf Nazirliyinin məlumatı başqa bir rakursdan da maraq doğurur. Hökumətin qeyri-neft sektorunun sürətli inkişafı və yerli istehsalın canlanması barədə gurultulu bəyanatlarına baxmayaraq, yeni müəssisələrin strukturunda emal müəssisələrinin xüsusi çəkisi 10 faizdən (344 müəssisə) çox deyil.

Eyni sözlər aqrar sektora da aiddir. Əmək qabiliyyətli əhalinin 45 faizi aqrar sektorda çalışsa da, yeni müəssisələrin cəmi 16 faizi (579 müəssisə) bu bölmənin payına düşür. Əvəzində isə müəssisələrin yarısı (1700 müəssisə) ticarət və xidmət sektorunda yaradılıb.
Məlumatın başqa bir maraqlı məqamı budur ki, yeni müəssisələrin 24 faizi tikinti sektorunda (822 müəssisə) yaradılıb. Bu, 66 emal və aqrar sektorda yaradılan müəssisələrin sayına (cəmi 923 müəssisə) yaxındır. Həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən tikinti şirkətlərinin əsasən mənzil tikintisi üzrə ixtisaslaşması isə heç kimə sirr deyil.

Yeni müəssisələrin 60 faizi Bakıda açılıb

Yeni yaradılan 3445 müəssisənin funksional və ərazi strukturunun təhlili iki vacib məqamı ortaya qoyur. Birincisi, qeyri-neft sektorunun, xüsusilə də istehsal bölməsinin inkişafına mane olan ciddi problemlər (normal rəqabət mühitinin olmaması, kredit ehtiyatlarının əlçatmazlığı, məmur müdaxiləsi və s.) hələ də qalmaqdadır. Bu səbəbdən də qeyri-neft sektoruna sərmayə yatırımı investorlardan böyük risk tələb edir və təbii ki, əksəriyyətin bu risklərdən sığortalanacağı barədə təminatı yoxdur.

İkincisi, regionların inkişafı üzrə Dövlət Proqramı ya formal, ya da səmərəsiz icra edilib. Bu səbəbdən də sahibkarlar sərmayələrini daha yaxşı infrastruktura sahib olan paytaxta yönəltməyə meyllidirlər. Nəticə göz qabağındadır: Yeni müəssisələrin 60 faizi ölkə ərazisinin cəmi 3 faizini əhatə edən Bakıda açılıb.

Başqa bir məqam isə ondan ibarətdir ki, ölkənin təbii ehtiyatları və potensialı müqabilində il ərzində cəmi 3445 müəssisənin yaradılması çox da yaxşı göstərici sayıla bilməz. Bu statistikadan belə çıxır ki, ötən il ölkədə hər 2500 nəfərdən biri iqtisadi təşəbbüslə çıxış edib. Təbii ki, bu çox mənfi haldır və iqtisadi azadlıqların səviyyəsinin göstəricisidir.

Beynəlxalq təşkilatların hesabatlarındakı faktlar doğrudur.

Təsadüfi deyil ki, bir çox nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi azadlıqların səviyyəsini aşağı səviyyədə qiymətləndirirlər. Həmin hesabatlarda bildirilir ki, iqtisadi azadlıqların səviyyəsinə görə Azərbaycan Cənubi Qafqaz ölkələrinə uduzur. İqtisadi İnkişaf Nazirliyinin məlumatı dolayısıyla həmin hesabatların mötəbərliyini artırır.

Ən vacib məqam isə budur ki, ölkəyə axan böyük neft gəlirlərinin həcmi artdıqca hökumət daha da passivləşir. Elə bu səbəbdən də hökumət qeyri-neft sektorunda kardinal dəyişikliklərə maraq göstərmir. İqtisadi İnkişaf Nazirliyinin məlumatı da bunun göstəricisi sayıla bilər.

Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi
bizimyol

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2173.azr
azeribaybak[at]gmail.com