- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalına daxil olub
BayBək, Azərbaycan | Yeygün, 22nd Fevral , 2008 , 15:06 [ax] | İç Xəbərlər
![]() |
. | Bu günə qədər həyata keçirilən hava bombardmanlarının davamı olan quru əməliyyatının hədəfi PKK terror təşkilatıdır. Mülki əhali və Türk Silahlı Qüvvələrinə düşmən kimi yanaşmayan yerli qüvvələrə zərər dəyməməsi üçün lazımi diqqət göstəriləcək.
İraqın ərazi bütövlüyünə və sabitliyinə xüsusi əhəmiyyət verən Türk Silahlı Qüvvələri planlaşdırılan məqsədlərə nail olduqdan sonra ən qısa zamanda ölkə daxilinə |
Ankara. Mayis Əlizadə - APA. Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyata başlayıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün rəsmi açıqlama yayaraq Quru Qoşunlarının fevralın 21-də yerli vaxtla saat 19.00-da İraqın şimalına daxil olduğunu bildirib: “Uğurlu artilleriya atəşindən sonra hava qüvvələrinin müşayiəti ilə sərhədin o tayında əməliyyat başlayıb.
Bu günə qədər həyata keçirilən hava bombardmanlarının davamı olan quru əməliyyatının hədəfi PKK terror təşkilatıdır. Mülki əhali və Türk Silahlı Qüvvələrinə düşmən kimi yanaşmayan yerli qüvvələrə zərər dəyməməsi üçün lazımi diqqət göstəriləcək.
İraqın ərazi bütövlüyünə və sabitliyinə xüsusi əhəmiyyət verən Türk Silahlı Qüvvələri planlaşdırılan məqsədlərə nail olduqdan sonra ən qısa zamanda ölkə daxilinə qayıdacaq. Əməliyyat bölgənin terrorçular üçün daimi və etibarlı bazaya çevrilməsinin qarşısını alacaq və bununla İraqın daxili sabitliyinə də töhfə verəcək”. Türkiyə ordusunun komandanlığı media nümayəndələrini əməliyyat zonasına daxil olmaqdan çəkinməyə çağırıb.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir