- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

PKK-nın İraqdakı rəhbərləri qaçmağa cəhd edirlər

BayBək, Azərbaycan | Elgün, 23rd Fevral , 2008 , 20:09 [ax] | İç Xəbərlər

. Hazırda təmas xəttində daha 20 nəfərlik terrorçu dəstəsinin zərərsizləşdirilməsi prosesi gedir. Silahlı qarşıdurmalarda 5 türk əsgəri şəhid olub. Baş Qərargah bildirilib ki, təmizləmə əməliyyatı fasilələrlə davam etdirilir.

Məlumatda bildirilib ki, terrorçuların olduğu nöqtələr Hava Qüvvələrinə məxsus təyyarələr, hərbi vertolyotlar, piyada qoşunları tərəfindən atəş altında saxlanılır



Türkiyə Silahlı Qüvvələri fevralın 22-dən etibarən PKK terror təşkilatının zərərsizləşdirilməsi üçün başladığı əməliyyatları davam etdirir. APA-nın bu ölkənin Baş Qərargahına istinadən verdiyi məlumata görə, son döyüşlərdə 24 terrorçu zərərsizləşdirilib, çox sayda separatçı isə yaralanıb.

Hazırda təmas xəttində daha 20 nəfərlik terrorçu dəstəsinin zərərsizləşdirilməsi prosesi gedir. Silahlı qarşıdurmalarda 5 türk əsgəri şəhid olub. Baş Qərargah bildirilib ki, təmizləmə əməliyyatı fasilələrlə davam etdirilir.

Məlumatda bildirilib ki, terrorçuların olduğu nöqtələr Hava Qüvvələrinə məxsus təyyarələr, hərbi vertolyotlar, piyada qoşunları tərəfindən atəş altında saxlanılır: “Silahlı qüvvələrimizin irəliləməsi nəticəsində terrorçulara məxsus təbii və süni istehkamlar, ərzaq və silah ehtiyatları məhv edilib. Əməliyyatlar nəticəsində zərrəsizləşdirilmiş terrorçuların dəqiq sayı bu nöqtələrdə araşdırma aparıldıqdan sonra bəlli olacaq. İlkin məlumatlara görə, terrorçular ağır itki veriblər. Əldə edilən əməliyyat məlumatlarında PKK rəhbərliyinin əraziləri tərk edərək, təşviş və panika içində cənuba doğru qaçıb, bölgəni tərk etməyə çalışdıqları bildirilib”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri fevralın 21-dən etibarən İraqın şimalında PKK terror təşkilatına qarşı havadan və qurudan hərbi əməliyyatlara başlayıb.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2177.azr
azeribaybak[at]gmail.com