- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

GENƏL İLƏTİŞMƏ 2: GÜNEY AZƏRBAYCAN MİLLƏTİNİN ANA DİLİNİN İRAN YETGİLİLƏRİ TƏRƏFİNDƏN TAPDANMASI

BayBək, Azərbaycan | Tuesday, 26th February , 2008 , 01:18 [am] | İç Xəbərlər

. Güney Azərbaycan millətinin ana dilini qorumaq üçün, yeni bir Genəl İlətişmə hüzurlarınıza sunuruq. Qabaqlarda bu baxımdan çoxlu İlətişmələr hüzurlarınıza təqdim etmişik (örnək üçün: Say: 445/2007, Tarix: 22 Fevral 2007 və Say: 447/2007, Tarix: 5 Mart 2007) ki, bəlgəli olaraq isbat edək ki, İran İslam Respublikası Əvrənsəl İnsan Haqları Bildirgəsini Güney Azərbaycana qarşı tapdayır və hətta ən ibtidai ana dilində təhsil haqqını bizə inkar edir.


Say: 487/2008
Tarix: 25 Fevral 2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın:

• Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup
• Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü: UNESCO
Dyke bəy, Xanım Harrison, Amnesty International, London Sulduz Rza Dağıstani

Sayın cənablar;

GENƏL İLƏTİŞMƏ 2: GÜNEY AZƏRBAYCAN MİLLƏTİNİN ANA DİLİNİN İRAN YETGİLİLƏRİ TƏRƏFİNDƏN TAPDANMASI

Güney Azərbaycan millətinin ana dilini qorumaq üçün, yeni bir Genəl İlətişmə hüzurlarınıza sunuruq. Qabaqlarda bu baxımdan çoxlu İlətişmələr hüzurlarınıza təqdim etmişik (örnək üçün: Say: 445/2007, Tarix: 22 Fevral 2007 və Say: 447/2007, Tarix: 5 Mart 2007) ki, bəlgəli olaraq isbat edək ki, İran İslam Respublikası Əvrənsəl İnsan Haqları Bildirgəsini Güney Azərbaycana qarşı tapdayır və hətta ən ibtidai ana dilində təhsil haqqını bizə inkar edir.

Eləcə də bu illəri, Güney Azərbaycan milləti Beynəlxalq Ana Dili Gününün qutlanması uğrunda əzmini bir daha göstərdi, lakin İran yetgililəri zorbalıqdan yenə də çekinmədilər. İran yetgililərinin 2008-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə etdiyi qəddarlığa gərəkən bəlgələri aşağıda qeyd olunan kimi təqdim edirik*:

Cədvəl 1: Beynəlxalq Ana Dili Gününün Güney Azərbaycanda milli ölçüdə qutlanmasına bir icmal
Cədvəl 2: Güney Azərbaycanlıların UNESCO-ya təqdim etdikləri bir Ərizə
Cədvəl 3: Dil və Mədəniyyət Ocağının qurulması barədə bir bildirgə
Cədvəl 4: Güney Azərbaycanlıların apardıqları kampaniya təşəbbüslərindən bir örnəklər
Cədvəl 5: İranın qəddarca basqı fəzası yaratması və öz-xoşuna Güney Azərbaycan fərdlərini tutuqlaması

Cədvəl 2-də sunulan bilginin altını çizmək istərdik, ki burada Güney Azərbaycanlıların təşəbbüsü ilə hazırlanmış bir Ərizəni göstərir və burada UNESCO-nun Genəl Katibi cənab Koyçiro Matsuura-ya müraciət olunur. Buna baxmayaraq ki, İran yetgililəri Güney Azərbaycanda interneti süzgəcdən keçirirlər, 18,000 nəfərə yaxın burada qol çəkən olmuşdur. Bunu Güney Azərbaycanın İran yetgililərinə kəsgin etirazı diyə qeyd edirik.

Biz sizə yetərincə bəlgə təqdim edirik ki, İran yetgililərin inadla yürütdükləri “təcridli” siyasəti əks edək. Bu vasitə ilə sizə göstərmək istəyirik ki, onlar ölkənin gərəkən imkanlarını səfərbər edirlər ki, başdan dibə Fars millətinə qulluq etsinlər və məğrurca arya irqçiliyini dirçeltsinlər. İran yetgililəri başqa millətlərin ana dilində təhsil haqqına gəldikdə sizin öhdəliyinizdə olan mandatlara etinasızdırlar. Nəticədə Güney Azərbaycan millətinin ana dilinin savunması üçün yalnız sizin öhdəliyinizdə olan mandatlar gələr. Güney Azərbaycan millətinin ana dilini qoruma uğrunda kampaniya aparmağınız üçün sizə müraciət edirik. Qabaqcadan qayğınız üçün təşəkkür edirik.

Hörmət ilə;
Böyük Rəsuloğlu
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

* Bilgilər üçün [1] tıklaiın

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2196.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] tıklaiın: http://www.baybak.com/depo11007/DUNAZHAK487-20080225.pdf