- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Milli Məclis Xocalı soyqırımı ilə bağlı niyə müzakirələr açmadı?

BayBək, Azərbaycan | Wednesday, 27th February , 2008 , 07:49 [am] | İç Xəbərlər

. Həvva Məmmədova: «Bizim üçün əsas Xocalı faciəsini dünyaya çatdırmaqdır».

Pənah Hüseyn: «Milli Məclis ümummilli məsələlərdən uzaqdır».

Milli Məclisin son iclasında millət vəkili Asim Mollazadə və digər deputatlar 26 fevralda Xocalı soyqırımı ilə bağlı parlamentdə xüsusi müzakirələrin aparılması təklifi ilə çıxış etdilər. Lakin



Həvva Məmmədova: «Bizim üçün əsas Xocalı faciəsini dünyaya çatdırmaqdır».

Pənah Hüseyn: «Milli Məclis ümummilli məsələlərdən uzaqdır».

Milli Məclisin son iclasında millət vəkili Asim Mollazadə və digər deputatlar 26 fevralda Xocalı soyqırımı ilə bağlı parlamentdə xüsusi müzakirələrin aparılması təklifi ilə çıxış etdilər. Lakin nədənsə, deputatlar tərəfindən səsləndirilən bu təklif nəzərə alınmadı. Burada diqqəti çəkən məqamlardan biri də Qarabağı təmsil edən bəzi deputatların bu təşəbbüsə dəstək verməmələri oldu.

Xankəndindən deputat seçilən Həvva Məmmədova əməkdaşımızla söhbətində bu məsələyə münasibətini ifadə edib. Xankəndini təmsil edən deputatın sözlərinə görə, bu təşəbbüsə dəstək verməməsi parlamentin son yığıncağında Xocalı ilə bağlı fikirlərin səsləndirilməsi ilə bağlıdır: «Həmin iclasda deputatların Xocalı ilə bağlı geniş çıxışları oldu. Mən əminəm ki, bununla bağlı xüsusi bir iclas olsaydı belə, yenə həmin ifadələr təkrarlanacaqdı».

Bununla belə H.Məmmədova Xocalı soyqırımı ilə bağlı Azərbaycanın rəsmi qərarının olduğunu xatırladaraq, bildirdi ki, əsas məsələ bu faciəni ölkə xaricindən kənara çıxarmaqdır: «Bu gün hər bir azərbaycanlı bilir ki, Xocalıda nə baş verib. Amma biz çalışmalıyıq ki, dünya Xocalı həqiqətlərini bilsin. Sevindirici haldır ki, Heydər Əliyev Fondu bu istiqamətdə çox ciddi adımlar atmaqdadır».

Digər millət vəkili Pənah Hüseyn isə bildirir ki, parlament ümumilli məsələlərdə bəzən qəribə mövqe nümayiş etdirir: «İstər PKK-nın terrorçu təşkilat kimi tanınması, istər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış vəziyyətlə bağlı müzakirələrin aparılmaması, istərsə də Xocalı soyqırımı ilə bağlı xüsusi iclasın çağırılmaması bunu deməyə əsas verir. Təəssüflər olsun ki, Milli Məclis bu kimi məsələlərdən uzaq düşüb».bizimyol

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2205.azr
azeribaybak[at]gmail.com