- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Xocalı faciəsinin 16-cı il dönümü ilə əlaqədar İsveç-Azərbaycan Stratejia Araşdırmalar Mərkəzi (İASAM) sədri İsveçli deputat Lars Johansson la görüşmüşdür

BayBək, Azərbaycan | Wednesday, 27th February , 2008 , 20:14 [pm] | İç Xəbərlər

. Növbəti görüşdə İsveç-Azərbaycan Stratejia və Araşdırmalar Mərkəzi (İASAM) sədri Məmmədrza Ağapur İsveç parlamentinin tanınmış deputatı , 30 ildən çox Socialdemokrat partiası ilə əməkdaşlıq edən, 10 ilə yaxın Västra Götaland də Komun müdürü və çeşitli məsuliyyətlərdə fəaliyyət edən ardıca 2002 ci ildən bəri İsveç parlamentində deputat olaraq İsveç parlamentində kamisya(skatteutskottet) sədri (iki sədrdən biri) Lars Johansson ilə görüşmüşdür.


Xocali faciəsinin 16.cı il dönümü ilə əlaqədar İsveç-Azərbaycan Stratejia Araşdırmalar Mərkəzi (İASAM) İsveç parlamentində görüşlər planlaşdırıbdır.

Növbəti görüşdə İsveç-Azərbaycan Stratejia və Araşdırmalar Mərkəzi (İASAM) sədri Məmmədrza Ağapur İsveç parlamentinin tanınmış deputatı , 30 ildən çox Socialdemokrat partiası ilə əməkdaşlıq edən, 10 ilə yaxın Västra Götaland də Komun müdürü və çeşitli məsuliyyətlərdə fəaliyyət edən ardıca 2002 ci ildən bəri İsveç parlamentində deputat olaraq İsveç parlamentində kamisya(skatteutskottet) sədri (iki sədrdən biri) Lars Johansson ilə görüşmüşdür.

Görüş zamanı İASAM sədri Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm erməni millətçiliyinin soyqırımının 16-ci il dönümün xatərladaraq, Erməni təcavuzu nəticəsində 1000000 dan çox Azərbaycan vətəndaşının didərgin düşməsin vurqulamışdır. Ağapur qeyd etmişdir ki, Qarabağ yalnız 50 000 000 Azərbaycan Türk millətinin sorunu deyil, bəlkə bütün dünyanın məsələsidir. Sülh və barışsevər millətlərin vəzifəsi Qarabağ azadlığa qovuşana dək, 1000000 didərgin əhalinin öz yurdu-yuvalarına qayıtmasına dək ağır və önəmlidir.

Görüş zamanı Erməni Teröru adlı kitab , CD və BMT nin verdiyi qərarların sürəti (822 (1993), 853 (1993), 874 (1993) och 884 (1993) ) İsveç-Azərbaycan Stratejia Araşdırmalar Mərkəzi (İASAM) vasitəsilə İsveç parlamentinə ünvanlaşan məktub isveçli deputata təqdim olundu.

Məktubda Xocalı faciəsi ilə bağlı düzgün bilgilər verilərək İsveç parlamentindən istənilibdir:

İsveç parlamenti Xocalı faciəsin rəsmən vandalizm Erməni vasitəsilə Azərbaycanlılara qarşı törədilən soy qırımı kimi tanısın.

İsveç hakimiyyəti Erməni tərəfinin BMT qərarlarına sayqı ilə yanaşmasına dair və birinci fürsətdə Dağlıq Qarabağın işğalına son qoymasi istiqamətdə hərəkətə keçsin.

1000 000 dan çox didərgin düşən yerli əhalinin öz ana topraqlarına dönməsilə ilgili məqsəd yönlü işlərin qərarına gəlsin.

İASAM

İASAM

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2208.azr
azeribaybak[at]gmail.com