- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Qırılan zəncirlər! - Böyük Rəsuloğlu

BayBək, Azərbaycan | Thursday, 28th February , 2008 , 14:43 [pm] | Bildirişlər

. Azərbaycan Türk millətinin əziz və dəyərli iğidləri, sayın Səid bəy Mətinpur, Cəlil bəy Qənilu və Əlirza bəy Mətinpur, ağır şərtlərlə olsada qollarızdakı zəncirlərin açıldığını eşidən hər isan kimi məndə hədsiz sevincimi bildirmiklə sizlərə olan borcumun kiçik bir payını ödəmək istərdim. Bir ilə yaxındır ki, sizlərin o dehşetli Evin zindanında çəkdiklərizi düşünərkən azadlığızın arzusunda olan bütün millətimiz kimi bu xəbəri eşiddikdə, yaralı ürəyimin ən dərinliklərindən gələn yüksək səslə bağırdım “ yaşasın azadlıq, yaşasın Azərbaycan, yaşasın anadilim, yaşasın demokrasi”.


Azərbaycan Türk millətinin əziz və dəyərli iğidləri, sayın Səid bəy Mətinpur, Cəlil bəy Qənilu və Əlirza bəy Mətinpur, ağır şərtlərlə olsada qollarızdakı zəncirlərin açıldığını eşidən hər isan kimi məndə hədsiz sevincimi bildirmiklə sizlərə olan borcumun kiçik bir payını ödəmək istərdim. Bir ilə yaxındır ki, sizlərin o dehşetli Evin zindanında çəkdiklərizi düşünərkən azadlığızın arzusunda olan bütün millətimiz kimi bu xəbəri eşiddikdə, yaralı ürəyimin ən dərinliklərindən gələn yüksək səslə bağırdım “ yaşasın azadlıq, yaşasın Azərbaycan, yaşasın anadilim, yaşasın demokrasi”.

Ani duygularım ötüşdükdə gördüm ki, burası nə səbzə meydan, nə dikbaşı, nədə Ətai xiyabanıdır. Başıma toplaşanlar isə qurbət şəhərində dilimi bilmiyən, dərdimi anlamıyan, bütün milli varlığımın talandığından xəbərsiz olan qəribələrdir. Deməki, Zəncanımızın, Azərbaycana təqdim etdiyi milli qəhrəmanlarımızın dar qəfəsdən qurtulması sevincindən öz dərimə sığmıyaraq beynim deyil, xəyalım işləyirmiş. Deməki, xəyal quşum Təbrizin səmalarında uçaraq saat qabağına yenmişdir. Oradan Şazda bağına gedən yolda minlərcə gözündə qorxu olmuyan gəncimizə qoşulub hayqırırmışam.

Leyla xanim Heydəri, Behruz bəy Səfəri , Abbas bəy Leysanlı kimilərinin adlarını çəkərək düyünlənmiş yumuruqlarla bütün Azərbaycan siyasi zindanilərinə azadlıq qışqırırmışam. Harayıma toplaşan millət çoxalmışdı, Güney Azərbaycanda inanılması çətin ancaq həqiqətən başımıza gələnləri anlararkən xalq çaşıb qalmışdı bu vəhşiliklər qarşısında. 30 milyon insanın ana dilində bir sinif məkəbinin omamasını, dilimizə vurulmuş bu qıfılın açılmasısını istiyənlərin zindanlarda çürüdülməsini, asdı- kəsdi siyasətinin qeyri insani boyutlarını eşidənlərdə Tehrana nisbət nifrət hisləri sifətlərdə görünürdü.

Əziz Səid bəy, Cəlil bəy və Əlirza bəy,

Sizlərin azadlığa qovuşmanızı bütün ailə üzvlərizə, millətimizə və özəlliklə sayın Ətiyə xanıma təbrik deyir, tutduğunuz bu müqəddəs yolda başarılar arzulayıram. Qoy sizlərin çəkdiyiz bu əzab əziyətlər qollarımızda olan bütün zəncirləri qırsın, millətimiz aq günə çıxsın.

Dərin hörmətlərimlə;
Böyük Rəsuloğlu
28/02/2008

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2216.azr
azeribaybak[at]gmail.com