- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
SƏRKİSYAN SEÇKİDƏ ÜÇÜNCÜ YERİ TUTAN MÜXALİFƏTÇİNİ ÖZ TƏRƏFİNƏ ÇƏKDİ
BayBək, Azərbaycan | Yeygün, 29th Fevral , 2008 , 14:25 [ax] | Dış Xəbərlər
![]() |
. | Fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkisinin qalibi elan olunmuş baş nazir Serc Sərkisyn bu gün müxalifətçi Orinats Yerkir Partiyasının lideri, Artur Baqdasaryanla görüşüb. «Media forum» saytı «Novosti-Armeniya»ya istinadla xəbər verir ki, 19 fevral seçkisində üçüncü yeri tutmuş müxalifətçi liderə Təhlükəsizlik Şurasının katibi vəzifəsi təklif olunub və təklif qəbul edilib. |
Fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkisinin qalibi elan olunmuş baş nazir Serc Sərkisyn bu gün müxalifətçi Orinats Yerkir Partiyasının lideri, Artur Baqdasaryanla görüşüb. «Media forum» saytı «Novosti-Armeniya»ya istinadla xəbər verir ki, 19 fevral seçkisində üçüncü yeri tutmuş müxalifətçi liderə Təhlükəsizlik Şurasının katibi vəzifəsi təklif olunub və təklif qəbul edilib.
Artur Bağdasaryan 1968-ci ildə Yerevanda doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini və Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyasını bitirib. Hüquq elmləri doktorudur. 1998-ci ildə Orinats Yerkir Partiyasının sədri seçilib. 2003-2006-cı illərdə Ermənistan parlamentinin sədri olub.
Fevralın 26-da paytaxt Yerevanın Respublika meydanında düzənlənən mitinqdəki çıxışında S.Sərkisyan müxalifətə əməkdaşlıq təklif etmiş, hətta geniş koalisiyanın mümkün olduğunu bəyanlamışdı.
Xatırladaq ki, 19 fevral seçkisinin rəsmi nəticələrinə görə, ikinci yeri tutmuş keçmiş prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifət qüvvələri fevralın 20-dən Yerevanın Azadlıq meydanında fasiləsiz mitinqlər keçirir və təkrar seçki tələb edir.mediaforum
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir