- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Gürcüstan azərbaycanlıları hüquqlarını tələb edir
BayBək, Azərbaycan | Yeygün, 29th Fevral , 2008 , 14:29 [ax] | İç Xəbərlər
![]() |
. | Komitənin sədri, Gürcüstan parlamentini deputatı Yelena Tevdoradze bu sahədə ciddi problemlərin olduğunu vurğulayaraq, qeyri hökumət təşkilatlarının daha fəal olmasını arzuladığını bildirib. Bu günə qədər komitəyə heç bir azərbaycanlı şəxs, ya qrupdan şikayət gəlmədiyini bildirən komitə sədri bunu problemlərin olmadığı kimi deyil, azərbaycanlıların öz hüquqları sahəsində mübarizəsinin zəifliyi kimi dəyərləndirdiyini bildirib. |
Gürcüstan azərbaycanlılarının «Qeyrət» xalq hərəkatının idarə heyətinin üzvləri Gürcüstan parlamentinin insan hüquqları müdafiə komitəsinin sədri Yelena Tevdoradze ilə görüşüblər.
Hərəkatın mətbuat xidmətindən “QayNar”a verilən məlumata görə, geniş heyətdə keçirilən görüşdə xalq hərəkatının nümayəndələri Gürcüstan azərbaycanlılarını insan hüqüqları sahəində narahat edən məsələlərə toxunmuş və milli azlıqların üzləşdiyi problemlərin bir çoxunda komitənin daha fəal iştirakının vacibliyini arzuladıqlarını bildiriblər. Bütün problemləri komitə sədri ilə paylaşan xalq hərəkatının liderləri illərdir bəzi problemlərin artıq həllinin siyasətçilər tərəfindən gözardı edilməsinin, ictimaiyyət arasındda verilən vədlərə inamsızdıq yaratdığını bildirərək, insan huquqları sahəsində daha qəti formada qanunun yanında olmağın qaçınılmaz olduğunu qeyd ediblər.
Komitənin sədri, Gürcüstan parlamentini deputatı Yelena Tevdoradze bu sahədə ciddi problemlərin olduğunu vurğulayaraq, qeyri hökumət təşkilatlarının daha fəal olmasını arzuladığını bildirib. Bu günə qədər komitəyə heç bir azərbaycanlı şəxs, ya qrupdan şikayət gəlmədiyini bildirən komitə sədri bunu problemlərin olmadığı kimi deyil, azərbaycanlıların öz hüquqları sahəsində mübarizəsinin zəifliyi kimi dəyərləndirdiyini bildirib.
Komitə sədri azərbaycanlıların problemlərinin dövlət nazirləri ilə müzakirə etmək üçün yardımçı olacağına söz verib.
Görüşdə iştirak edən Gürcüstan parlamentini eks deputatı, «Qeyrət» hərəkatının lideri Zümrüd Qurbanov qeyd edib ki, milli azlıqların hüququ ilə insan hüquqları birbaşa əlaqəli olduğu üçün bu sahədə atılacaq hər bir ciddi addım, eyni zamanda milli azlıqların hüquqlarının qorunması sahəsində atılmış addım kimi dəyərləndirilə bilər və kadr, dil, təhsil, torpaq və digər sahələrdə mövcud olan problemlərin həllinə insan hüquqları prizmasından münasibət, bir çox probleimin həlli yolunda müsbət nəticələr verə bilər.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir