- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
YAP-da TƏMİZLƏMƏ ƏMƏLİYYATI NÖVBƏTİ MƏRHƏLƏYƏ KEÇDİ
BayBək, Azərbaycan | Elgün, 1st Mart , 2008 , 01:47 [gü] | İç Xəbərlər
![]() |
. | Dünən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu vəzifəsindən azad edilib. Bu barədə günorta saatlarında “Mediaforum” saytı məlumat yayıb. Xəbəri dəqiqləşdirmək üçün öncə A.Həsənoğlunun özü ilə əlaqə saxladıq. Müxbirimizlə söhbətində Alqış bəy xəbəri təsdiqlədi. Müsahibimizin sözlərinə görə, qəzet partiyanın rəsmi mətbu orqanıdır və onunla bağlı belə bir qərarın verilməsi təbiidir: “ |
“Yeni Azərbaycan”ın baş redaktoru işdən çıxarıldı.
Alqış Həsənoğlunu Mübariz Qurbanlı əvəz edəcək.
Dünən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu vəzifəsindən azad edilib. Bu barədə günorta saatlarında “Mediaforum” saytı məlumat yayıb. Xəbəri dəqiqləşdirmək üçün öncə A.Həsənoğlunun özü ilə əlaqə saxladıq. Müxbirimizlə söhbətində Alqış bəy xəbəri təsdiqlədi. Müsahibimizin sözlərinə görə, qəzet partiyanın rəsmi mətbu orqanıdır və onunla bağlı belə bir qərarın verilməsi təbiidir: “10 ildir ki, baş redaktor işləyirəm. İndi deyirlər ki, başqa adam olmalıdır, qoy olsun. Mənə də bu qərarı cəmi bir saat əvvəl elan etdilər, təbii qarşıladım.
YAP İdarə Heyətinin qərarı ilə baş redaktor vəzifəm Mübariz Qurbanlıya həvalə olunub. O da bizim dostumuz, qardaşımızdır. O da olmasa, qəzeti başqası çıxaracaq”.
A.Həsənoğludan onunla bağlı verilən qərarın səbəbini soruşduq. Müsahibimiz gülə-gülə “səbəbini bilmirəm. Buna görə mənə ”otçyot” verməli deyillər ki?” dedi: “10 ildir redaktoram. Yəqin hesab etdilər ki, indi bu vəzifədə başqa biri çalışmalıdır. Bir-iki ay dincələcəyəm. Sonra gələcək planlarım barədə düşünə bilərəm. Amma təbii ki, mətbuatda qalacağam. Mənim yerim buradır. Yaxşı ki, məndən ölkəni tərk edib-etməyəcəyimi soruşmadınız” (gülür).
Bizimlə danışarkən M.Qurbanlının da otaqda olduğunu deyən A.Həsənoğlu həmin dəqiqələrdə təhvil-təslim prosesinin gerçəkləşdirildiyini də vurğuladı. Müsahibimiz həmçinin dedi ki, bu qərarın verilməsilə son vaxtlar qəzetdə hakimiyyətin kursuna zidd məqalələrin dərc edilməsi arasında heç bir əlaqə yoxdur: “Ümumiyyətlə, qəzetin kursunda sizin dediyiniz kimi, müxalifyönlülük olmayıb. Bu gün baş verənlərin də onunla heç bir əlaqəsi yoxdur”.
YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə bildirdi ki, dünən YAP İdarə Heyətinin iclasında A.Həsənoğlunun məsələsi müzakirə olunub. İdarə Heyəti üzvləri baş redaktorun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikləri üçün onu qəzetdən kənarlaşdırıblar. Mətbuat katibi “qeyri-qənaətbəxş fəaliyyət” deyərkən nəyin nəzərdə tutulduğunu açıqlamadı: “”Yeni Azərbaycan” qəzeti günün tələbləri səviyyəsində nəşr olunub. Orada heç vaxt müxalifyönlülük hiss edilməyib, əksinə, sərbəst fəaliyyət göstərib. Müxalifət qəzetlərindən fərqli olaraq, orada siyasi cəhətdən müxtəlif palitranı təmsil edən insanlara yer verilib. Sadəcə olaraq, son vaxtlar baş redaktorun fəaliyyəti bizi qane etməyib. Amma Alqış Musayevin partiyadan kənarlaşdırılması xəbəri doğru deyil”.
“Mediaforum” saytı YAP İdarə Heyəti üzvlərinin siyahısını da dərc edib. A.Həsənoğlunun vəzifədən çıxarılmasına razılıq verən şəxslər aşağıdakılardır:
İlham Əliyev
Hacıbala Abutalıbov
Əli Əhmədov
Murtuz Ələsgərov
Vaqif Əliyev
Yaqub Əliyev
Şahlar Əsgərv
Əli Həsənov
Yusif Hümbətov
Nizami Xudiyev
Kərim Kərimov
Zahid Qaralov
Mübariz Qurbanlı
Abel Məhərrəmov
Misir Mərdanov
Bahar Muradova
Siyavuş Novruzov
Arif Rəhimzadə
Vasif Talıbov
Mixail Zabelin
Dünən axşam saat 18.00 radələrində “Yeni Azərbaycan” qəzeti redaksiya heyətinin iclası keçirilib. “Mediaforum” saytı xəbər verib ki, YAP-ın icra katibi Əli Əhmədovun, icra katibinin müavinləri Mübariz Qurbanlınun, Siyavuş Novruzovun, habelə redaksiya kollektivinin iştirak etdiyi iclasda partiya rəhbərliyi yeni baş redaktor təyin olunana qədər qəzetin işinə M.Qurbanlının nəzarət edəcəyini bildirib.
Məlumatda həmçinin bildirilir ki, yeni baş redaktorun təyinatı gələn həftəyə qala bilər. Hakim partiyaya yaxın mənbələrin məlumatına görə, bu posta sabiq “Yeni Azərbaycan”çılardan biri gətiriləcək. Bu sırada vaxtilə “Yeni Azərbaycan”da baş redaktor müavini işləmiş İxtiyar Hüseynli ilə Elçin Kazımovun adı xüsusilə hallanır. İ.Hüseynli hazırda rəsmi dövlət qəzeti “Azərbaycan”ın siyasət və parlament şöbəsinin müdiri, E.Kazımov isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. Birinci 1998-2002, E.Kazımov isə 1998-2006-cı illərdə A.Həsənoğlunun müavini olub.
Bu, media dünyasında baş verən adi olay olmadığı üçün onun qol-budaqları siyasi hakimiyyətə qədər uzanır. Ekspertlər hesab edir ki, yaşananlar hakimiyyət daxilindəki güc savaşının bariz nümunələrindən biridir. A.Həsənoğlunun Cəlal Əliyevə yaxın olduğunu iddia edən müşahidəçilərin fikrincə, “Yeni Azərbaycan” qəzetinin səhifələrində zaman-zaman hakimiyyət, habelə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev barədə tənqidi məqalələrin yer alması belə bir sonluq üçün zəmin yaratmışdı. A.Həsənoğlunun bu ərəfədə “vurulması” həm də C.Əliyevin mövqelərinin zəiflədilməsi məqsədi daşıyır.
Bir neçə ay əvvəl “Yeni Azərbaycan”ın redaksiyasının öz binasından çıxarılmasını da bu prosesin başlanğıcı saymaq olardı.
Xatırlayırsınızsa, mətbuat həmin vaxt hətta Alqış Həsənoğlu ilə Mübariz Qurbanlı arasında əlbəyaxa dava olduğunu yazmışdı.
Daha bir gəlişmə isə dünəndən etibarən iqtidaryönlü partiyaların Məşvərət Məclsinə sədrliyin rotasiya qaydasında Yeni Azərbaycan Partiyasına keçməsi olub. Qərar qurumun dünən keçirilən iclasında qəbul edilib. İclasda həmçinin Məşvərət Məclisinin ötən dövr ərzindəki fəaliyyəti və həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb (APA). Ekspertlər hər iki olayın eyni gündə baş verməsini təsadüf saymır.
“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu YAP-ın bu qərarını təsadüf saymır. Onun sözlərinə görə, 2001-ci ildə Alqış Həsənoğlu iqtidarın mətbuat siyasəti ilə bağlı çox kəskin məqalə ilə çıxış etmişdi. Mahal bəy bildirdi ki, iqtidar qəzetləri içərisində nisbətən səviyyəli, palitraya malik olan qəzet məhz “Yeni Azərbaycan” olub: “Onun baş redaktorunun da vəzifədən çıxarılmasının özək səbəblərindən biri əslən qərbi azərbaycanlı olması idi. Hələ mən də baş redaktor olduğum ərəfədə hiss edirdim ki, hakimiyyətdəki bəzi qüvvələr həm mənə, həm də Alqışa qarşı nifrətlərini gizlətmirlər. Həmin qəzetin rəhbərliyində olan şəxs gələn əmrlərə mütləq əməl etməlidir. Amma Alqış Həsənoğlu bir az bunlardan kənarda idi. Nəticə etibarilə onu bu cür cəzalandırdılar.”musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir