- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Yerevanda polis müxalifətin mitinqini dağıtdı
BayBək, Azərbaycan | Elgün, 1st Mart , 2008 , 16:11 [ax] | Dış Xəbərlər
![]() |
. | Yerevanda polis şəhərin mərkəzində bütün əsas küçələri mühasirəyə alıb.
Müxalif informasiya agentliyi və Ermənistan prezidentliyinə keçmiş namizəd Levon Ter-Petrosyanın rezidensiyası mühasirəyə alınıb. Onun özü ev dustağıdır. |
Yerevanda polis şəhərin mərkəzində bütün əsas küçələri mühasirəyə alıb.
Müxalif informasiya agentliyi və Ermənistan prezidentliyinə keçmiş namizəd Levon Ter-Petrosyanın rezidensiyası mühasirəyə alınıb. Onun özü ev dustağıdır.
Martın 1-i səhər polis son 10 gündə prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən nümayişçiləri dağıdıb. Polislə toqquşmalarda bir neçə müxalifət tərəfdarının yaralandığı xəbər verilir.
Ermənistanın hüquq-mühafizə orqanları baş verənləri şərh etmir.
Ermənistan polisi martın 1-i səhər müxalifətin Yerevanın mərkəzində, «Azadlıq» meydanındakı çadır şəhərciyini dağıtmağa başlayıb.
Erməni müxalifətinin liderlərindən biri, keçmiş prezident Levon Ter-Petrosyan güclə Yerevandakı rezidensiyasına gətirilib. Bu barədə onun qərargahı xəbər verib. Şahidlərin dediyinə görə, hazırda rezidensiyanı xüsusi təyinatlılar mühasirəyə alıb.
Bundan başqa qərargahdan bildiriblər ki, ötən gecə mitinq dağıdılan zaman bir nəfər ölüb. Bu məlumat hələlik təsdiq olunmur.
Məlumatlarda həmçinin, polislə toqquşmalarda bir neçə nümayişçinin yaralandığı bildirilir.
Ermənistanda prezident seçkiləri fevralın 19-da keçirilmişdi. Seçkilərin rəsmi nəticələrini tanımayan nümayişçilər fevralın 20-dən Ermənistan paytaxtının mərkəzində müddətsiz və icazəsiz mitinq keçirirdilər.
Mərkəzi Seçki Komissiyası Baş nazir Serj Sarkisyanı seçkilərin qalibi elan edib.azadliq
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir