- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
ABŞ konqresində Azərbaycan üzrə işçi qrupu üzvlərinin sayı daha iki nəfər artıb
BayBək, Azərbaycan | Elgün, 1st Mart , 2008 , 16:12 [ax] | İç Xəbərlər
![]() |
. | ABŞ-ın Nümayəndələr Palatasının daha iki üzvü konqresdəki Azərbaycan üzrə işçi qrupuna qoşulub və beləliklə, üzvlərin sayı 36-ya çatıb. AzəTAc-ın məlumatına görə, Virciniya ştatının təmsilçisi, respublikaçı konqres üzvü xanım Telma Dreyk və Texas ştatından respublikaçı konqresmen Pit Seşns bu haqda niyyətlərini fevralın 29-da işçi qrupunun həmsədrləri Bill Şuster və Solomon Ortizə bildiriblər. |
Azərbaycan üzrə işçi qrupu üzvlərin sayı 36-ya çatıb.
ABŞ-ın Nümayəndələr Palatasının daha iki üzvü konqresdəki Azərbaycan üzrə işçi qrupuna qoşulub və beləliklə, üzvlərin sayı 36-ya çatıb. AzəTAc-ın məlumatına görə, Virciniya ştatının təmsilçisi, respublikaçı konqres üzvü xanım Telma Dreyk və Texas ştatından respublikaçı konqresmen Pit Seşns bu haqda niyyətlərini fevralın 29-da işçi qrupunun həmsədrləri Bill Şuster və Solomon Ortizə bildiriblər.
2004-cü ildən konqres üzvü olan xanım Dreyk Nümayəndələr Palatasının silahlı xidmətlər, nəqliyyat və infrastruktur komitəsində işləyir. Pit Seşns isə 1996-cı ildə seçilib, konqresin qaydalar və büdcə komitəsinin üzvüdür.
Qeyd edək ki, hər iki konqres üzvünün təmsil etdiyi ştatlarda fəal Azərbaycan mənşəli elektorat yaşayır. Telma Dreykin seçicilərindən biri olan ABŞ hərbi donanmasının Azərbaycan mənşəli zabiti Nəimi Əmirəliyev dekabrda xanım Dreyklə görüşub, ölkəmizlə münasibətlərin ABŞ üçün əhəmiyyətini vurğulayıb və Telma Dreyki Nümayəndələr Palatasındakı Azərbaycanla bağlı işçi qrupuna qoşulmağa çağırıb.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir