- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Abxaziya ilə Gürcüstan sərhəddində vəziyyət yenidən gərginləşib

BayBək, Azərbaycan | Elgün, 1st Mart , 2008 , 22:51 [ax] | Dış Xəbərlər

. Rusiya sülhməramlıları gürcü - abxaz münaqişəsi zonasında nəzarəti gücləndirib. Bu haqda Rusiyanın kütləvi informasiya vasitələrinə MDB -nin sülhməramlı qüvvələrinin komandan müavini Aleksandr Diordiyev məlumat verib. Onun sözlərinə görə, Sergey Çabanın rəhbərlik etdiyi qüvvələrin sərhəd zolağındakı əlavə hissələri hazrlıq vəziyyətinə gətirilib. Bu gün səhər tezdən minaaxtaranlar Qali rayonunun təhlükəsizlik zolağında


Rusiya mətbuatının yaydığı məlumata görə, qondarma rejimin rəhbərliyi silahlı qüvvələrin qismən səfərbərliyini elan edib.

Rusiya sülhməramlıları gürcü - abxaz münaqişəsi zonasında nəzarəti gücləndirib. Bu haqda Rusiyanın kütləvi informasiya vasitələrinə MDB -nin sülhməramlı qüvvələrinin komandan müavini Aleksandr Diordiyev məlumat verib. Onun sözlərinə görə, Sergey Çabanın rəhbərlik etdiyi qüvvələrin sərhəd zolağındakı əlavə hissələri hazrlıq vəziyyətinə gətirilib. Bu gün səhər tezdən minaaxtaranlar Qali rayonunun təhlükəsizlik zolağında partlayıcı qurğuların zərərsizləşdirilməsi məqsədilə mühəndis kəşfiyyat işlərinə başlayıblar.
Tanınmamış Abxaziya respublikasının rəhbəri Sergey Baqapşın silahlı qüvvələrin qismən səfərbərliyini elan etməsi ilə bağlı məlumatı yayılıb. Qismən səfərbərliklə paralel olaraq Abxaziyada geniş miqyaslı hərbi təlimlərə də başlanılıb.

«Səfərbərlik gürcü - abxaz sərhəddində vəziyyətin kərginləşdiyi bir vaxtda Gürcüstan tərəfdən təxribata yol verilməməsi üçün elan olunub» - deyə Sergey Baqapş bildirib.

Onun sözlərinə görə, vəziyyətin gərginləşmsinə Gürcüstan prezidenti Mixail Saakaşvilinin Abxaziya polisi tərəfindən saxlanılmış gürcü jurnalisti Malxaz Basilayanı güc yolu ilə azad edəcəkləri haqda bəyanatı, Qali rayonunda abxaz polislərinin atəşə tutulması və «UAZ» markalı maşının partladılması səbəb olub.
Rəsmi Tiflis isə Qali rayonunda partladılmış avtomobilin minaya düşdüyünü bildirib və Suxumiyə münaqişə zonasında birgə minalardan təmizləməyi təklif edib.
Qeyd edək ki, Qali rayonu ərazisindəki Nabeklavi və Sobeliya kəndlərində ötən gecə atışmanın baş verməsi haqda məlumatlar da gürcü mənbələri tərəfindən təsdiqini tapmayıb.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2234.azr
azeribaybak[at]gmail.com