- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
İran Parlament Seçimləri və Güney Azərbaycan’ın Stratejik Çıxarlarıyla bağlı Qurtuluş Partiyası-nın bildirişi!
BayBək, Azərbaycan | Aragün, 2nd Mart , 2008 , 08:01 [gü] | Bildirişlər, İç Xəbərlər
![]() |
. | 4. Azərbaycanımızın batısında bir ovuc ağıla – məntiqə sığmayan kürtçü çevrələrin yıxıcı və qonşuluğa uymayan pis niyyətlərini etgisiz halə gətirmək üçün Azərbaycanın batı bölgəsində seçimlərdə çox güclü olmağı,
5. Urmu, Quşçu, Makı, Salmas, Sulduz və başqa batı bölgələrimizdə, başda Türk kimliyinə yiyələnən adayları, belə adayların olmadığı durumda düşüncəsindən |
İran Adlanan Rejimdə 8-ci Parlament Seçimləri Teatrı və Güney Azərbaycan’ın Stratejik Çıxarlarıyla bağlı Güney Azərbaycan Qurtuluş Partiyası-QURTULUŞ,UN bildirişi!
Sevimli Azərbaycan Türk Milləti!
İran Adlanan rejim hər neçə ildən bir siyasi qolçaqlarının yerlərini dəyişdirərək özünü demokrat və xalqçı bir sistem kimi göstərməyə can atmaqdadır.
Hakim fondamentalis və şovinist farsçı rejim, seçimə bənzər intisablar (atamalar) ilə aşağıda neçə amaclı siyasəti irəli sürməkdədir:
A) Rejim belə teatrik oyunlarla, dünyanın demokratik dəyərlərinə sayğılı olduğunu və ölkənin demokratik sistemlər içində idarə olunmasını göstərməyə çalışır.
B) Rejim, öz vəlayətinə bağlı olan hakim və üzdən iraq müxalifəti arasında qarşılıqlı piskolojik savaşı demokratik yarış kimi sərgiləmək istəyir.
C) Fandamentalist sistemin bir başqa amacı isə, tükətim tarixi bitirmiş, kiflənmiş, markalanmış və dünyada adı cinayət dəftərinə düşmüş siyasi Fiqorlarını göz qabağından uzaqlaşdırmaq və onların yerinə yenilərini gətirməkdir.
D) Rejim üçün, Farsçı mərkəzli siyasətdən uzaqlaşan və hardasa qopan “Azərbaycan Türk Milləti”ni yenidən Farsçı mərkəzli siyasal sistemə qazandırmaq ən arzu edilən sorumdur. Tehran hakimiyyəti, azərbaycanı qazanmaq üçün hər hansı oyunu dənəməyə hazırdır.
E) İran Adlanan rejim gündən-günə bütünlüklə militalist sistem biçiminə girməkdədir. Hardasa, sistemin bütün orqanları Sepah etgisindədir. Bu seçimlərdə İran İslam Məclisinin də bütünlüklə Sepahın əlınə keçməsi gözlənilir.
F) Aclıq, boğuntuluq, etniklərə, qadınlara və dinsəl azlıqlara (ermənilər dışında) qarşı aparteid politikası, İran adlanan ölkəni ikiyə bölmüşdür. Bir yanda təpədən-dırnağadək məkirli rejim, başqa yanda isə varlıq fəlsəfəsini itirməkdə olan böyük insan toplusu dayanmaqdadır. Bu gərçəkləri basqılamağa çalışan Rejim, həyəcan təbili olan nüklər (atom) və seçım kimi kampanilər yola salmaqla ən vəhşi və geriçi basqılara uğramış millətləri öz psixoloji etgisində saxlamağa çalışır.
G) Rejimə görə, Farsçı mərkəzli sistemdən bütünlüklə qopmaqda olan Azərbaycan, yaxın illərdə İran adlanan sistem üçün ən qorxunc və titrədiçi altirnativ olacaqdır. Bu güclü altirnativi bölgə problemləri ilə uğraşdırmaq üçün, Kürd amilindən olduqca yararlanmağa lazimdir. Bölgədə kürd faktorunu türklərə qarşı qullanmaq rejim üçün ən önəmli və vaz keçirilməz stratejidir. Fars rejimi bu siyasətlə həm Azərbaycan üçün miqyaslı əngəl yarada biləcək, həm isə kürdləri Azərbaycan kimi böyük dostdan uzaqlaşdıra biləcəkdir.
Bütün bunları diqqətə alaraq bu seçim tiyatırına bir oyun deyib geçmək doğru ola bilməz. Çünki, belə olarsa Fars rejimi amaclarına yetişmək yolunda heç dirənişməyə raslamadan istədiyi siyasəti yürüdəcəkdir. Elə buna görə, bu seçim təhdidini bir fürsətə çevirərək Azərbaycan Türk Millətinin çıxarları döğruntusunda yararlanmaq gərəkir.
Yuxarıda sadalanmış nədənlərə görə, Güney Azərbaycan Qurtuluş Partiyası ulu millətimizin bu seçimlərlə stratejik davranmasını və Azərbaycan Milli Hərakatı çatısı altında birləşməsini gərəkli sanaraq:
1. Fars hegomonluğunu gücləndirən hər hansı seçimi gənəl olaraq makro səviyədə baykot etməyini,
2. Seçim teatrının yaradacağı atmosferdən yararlanaraq, Azerbaycan milli kimlik bilincinin yüksəldəcək aktivitə və fəaliyətlərə girişməyi,
3. Türk kimliyini vurğulayan türklərdən himayə etməyi,
4. Azərbaycanımızın batısında bir ovuc ağıla – məntiqə sığmayan kürtçü çevrələrin yıxıcı və qonşuluğa uymayan pis niyyətlərini etgisiz halə gətirmək üçün Azərbaycanın batı bölgəsində seçimlərdə çox güclü olmağı,
5. Urmu, Quşçu, Makı, Salmas, Sulduz və başqa batı bölgələrimizdə, başda Türk kimliyinə yiyələnən adayları, belə adayların olmadığı durumda düşüncəsindən, dünya görüşündən, siyasi bağlantısından asılı olmayaraq Türk olan adayları dəstəkləməyin doğru olduğu düşünülür.
Kürtlərin son illərdəki yürütüyü polotikanın mərkəzində Türkiyə və Azərbaycan olduğu kimsədən gizli deyildir. Azərbaycainin tarixi topraqlarına yayılma politikasini engələmək üçün Azərbaycanin batısındaki seçimlərə çox orqanizə bir şəkildə hazırlanmaq gərəkir. Millətimizin gənəl olaraq dağınaqlığını və milli yaşamına alışqan olmadığını, başqa yandan isə Kürdlərin bu qonularda vahid mərkəzdən orqanizə olduqlarını gözə alaraq Azərbaycanin başqa bölgələrində batıya gəlmə və seçimlərdə iştirak etmə politikası olduqca gərəklidir. Əks halda 24 isfənd 1386 (14 fevral 2008) –dən sonraki İslami Məclisdə Kürdlər tərəfindən ən azı üç fəaliyyət alanının daha da genişlənməsinə tanıq olacayıq:
1- Kəsin çoxunluğu türklərdən oluşan Azərbaycanın batı şəhərlərinin üzdəniraq millət vəkillərinin kürdcə danişacağı, kürd siyasəti yürüdəcəyi aydıncasına gərçəklik qacanacaqdır.
2- Azərbaycanın batı bölgəsinin demoqrafik durumunun kürdlər xeyrinə dəyişməsi və bu bölgələrin çoxunluğunun kürdlərdən oluşması strtejisi dünya gündəminə çıxarılacaqdır.
3- İran adlanan Rejimin anti Azərbaycan polotikasının uzantısında Məkriyan adlı bir kürd çoxunlu əyalətin yaranmasına və Qərbi Azərbaycan Ostanının öncə bölünməsi, sonra isə ləğv olunmasına zəmin yaranacaqdır.
Güney Azərbaycan Qurtuluş Partiyasi – QURTULUŞ
Yönətim Qurulu
2008/03/01
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir