- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Elmar Hüseynovun qətıindən üç il keçir
BayBək, Azərbaycan | Aragün, 2nd Mart , 2008 , 21:19 [ax] | İç Xəbərlər
![]() |
. | Onun sözlərinə görə, məhkəməyə göndəriləcək şikayətdə qətl hadisəsi ilə bağlı bir neçə iddia qaldırılacaq. Bu işə Norveçdən olan vəkillər də cəlb olunub.
Jurnalistin qətlinin üstünün açılması və cinayətkarların cəzalandırılmasını bu gün Elmar Hüseynovun qəbri üstündə keçirilən mərasimə qatılan Amerikanın Azərbaycandakı səfiri Enn Dörsi də tələb etdi. |
3 il bundan əvvəl martın 2-də qətlə yetirilən “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun Norveçdə mühacirətdə yaşayan həyat yoldaşı Ruşaniyyə Hüseynova bildirib ki, o qətlin istintaqının uzadılması şikayəti ilə Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır.
Ruşaniyyə Hüseynova oğlu ilə birgə Elmarın olduğu kasetlərə baxaraq onu təklikdə, evdə andıqlarını deyir.
Jurnalistin həyat yoldaşı qətl hadisəsinin istintaqının günü-gündən uzadılması fikrindədir.
Ruşaniyyə Hüseynova bu işlə əlaqədar Avropa Məhkəməsinə müraciət edəcəyini və artıq Azərbaycanda vəkil Elton Quliyev vasitəsilə sənədlərin toplanmasına başladığını dedi.
Onun sözlərinə görə, məhkəməyə göndəriləcək şikayətdə qətl hadisəsi ilə bağlı bir neçə iddia qaldırılacaq. Bu işə Norveçdən olan vəkillər də cəlb olunub.
Jurnalistin qətlinin üstünün açılması və cinayətkarların cəzalandırılmasını bu gün Elmar Hüseynovun qəbri üstündə keçirilən mərasimə qatılan Amerikanın Azərbaycandakı səfiri Enn Dörsi də tələb etdi.
BBC-yə müsahibəsində səfir bildirdi ki, Azərbaycan hökumətinin Elmar Hüseynovun qətli hadisəsi və digər jurnalistlərə qarşı zorakılıq hallarını ciddi araşdırılmasını və bu cinayət hallarının üstünün dərhal açılmasını istəyirlər.
Azad mətbuatın demokratiyanın əsas sütunu və insan azadlıqlarının təminatçısı olduğunu deyən Ənn Dörsi insanların informasiya almaq hüququnun olduğunu xatırlatdı və bildirdi ki, azad mətbuat bu zəmanəti verir.
“Jurnalistlərin hədələnməsi, döyülməsi, qətli halları insanların əlindən hüquqlarının alınması deməkdir” - deyə, səfir qeyd etdi.
Anım mərasiminə hüquq müdafiəçiləri, jurnalsitlər, müxalifət liderləri də qatılmışdı.
Mərasimdə vətəndaş cəmiyyəti üzvləri və jurnalist təşkilatları tərəfindən Mətbuat prospektində mərhum jurnalistin abidəsinin ucaldılması təklifinin verildiyi qeyd olundu.
Mərasim iştirakçıları belə bir abidənin qoyulması xahişinin əks olunduğu və prezident İlham Əliyevə ünvanlanan müraciəti imzaladılar.bbc
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir