- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Dmitri Medvedev Rusiya seçkilərinin qalibi oldu

BayBək, Azərbaycan | Tuesday, 4th March , 2008 , 02:08 [am] | Dış Xəbərlər

. Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, Dmitri Medvedev səslərin 75 faizindən çoxunu, onun əsas rəqiblərindən biri, Kommunist partiyasının lideri Gennadi Züqanov isə cəmi 18 faizədək səs toplaya biliblər.

Seçkilərə nəzarət edən yeganə Qərb müşahidəçilər missiyasının başçısı Andreas Qross BBC radiosuna müsahibədə Rusiya prezident seçkilərinin elektoratın iradəsini əks etdirdiyini söyləyib.



Rusiyada martın 2 keçirilmiş prezident seçkilərində əsaslı qələbə əldə etmiş Dmitri Medvedev prezident Putinin siyasətini davam etdirəcəyini vəd edib.

Dmitri Medvedevin sözlərinə görə, o və baş nazir olacağı gözlənilən Vladimir Putin Kabineti birgə seçəcəklər.

Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, Dmitri Medvedev səslərin 75 faizindən çoxunu, onun əsas rəqiblərindən biri, Kommunist partiyasının lideri Gennadi Züqanov isə cəmi 18 faizədək səs toplaya biliblər.

Seçkilərə nəzarət edən yeganə Qərb müşahidəçilər missiyasının başçısı Andreas Qross BBC radiosuna müsahibədə Rusiya prezident seçkilərinin elektoratın iradəsini əks etdirdiyini söyləyib.

Onun sözlərinə görə, Dmitri Medvedevin qələbəsi daha çox prezident Putin hökumətinin son 8 ildə fəaliyyətinə dair referenduma bənzəyirdi.

Bu arada Dmitri Medvedevin ünvanına artıq təbrik məktubları daxil olmağa başlayıb.

Almaniya cənab Medvedevi prezident vəzifəsinə seçilməsi ilə əlaqədar təbrik edib. Bununla belə, Almaniya bu seçkilərin tam ədalətli olmadığını deyib.

Almaniya hökumətinin sözçüsünə əsasən, kansler Angela Merkel cənab Medvedevlə işləməyə hazırdır, lakin Almaniya səsvermə ərəfəsində pozuntulara yol verildiyindən təəsüf hissləri keçirir.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2246.azr
azeribaybak[at]gmail.com