- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
TÜRK ORDUSU QARABAĞA GİRMƏLİDİR
BayBək, Azərbaycan | Wednesday, 5th March , 2008 , 00:29 [am] | İç Xəbərlər
![]() |
. | “Türkiyənin Quzey İraq ərazisinə daxil olması Türkiyə ictimaiyyəti tərəfindən çox böyük önəm verilən və yaxşı qarşılanan hadisədir”. Bu barədə Türkiyədən səfərdən qayıdan Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib.
Terrorçuların əsas hədəfini darmadağın edən Türkiyə ordusunun geri qayıtması məsələsinə münasibətini bildirən T.Rüstəmxanlının sözlərinə görə, Türkiyə hərbi-strateji |
“Türkiyənin Quzey İraq ərazisinə daxil olması Türkiyə ictimaiyyəti tərəfindən çox böyük önəm verilən və yaxşı qarşılanan hadisədir”. Bu barədə Türkiyədən səfərdən qayıdan Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib.
Terrorçuların əsas hədəfini darmadağın edən Türkiyə ordusunun geri qayıtması məsələsinə münasibətini bildirən T.Rüstəmxanlının sözlərinə görə, Türkiyə hərbi-strateji məqam axtarır və gələcəkdə hücumlarını yenə də davam etdirəcək.
PKK terrorçularının Azərbaycanın işğal olunan ərazilərində yerləşdirilməsi məsələsinə də toxunan birliyin sədri “Olaylar”a açıqlamasında qeyd edib ki, Türkiyədə səfərdə olduğu müddətdə ondan terrorçuların həmin ərazilərdə yerləşdirilməsi barədə soruşublar: “Bu xəbər Türkiyədə çox böyük narahatçılıqla qarşılanır. Mən orada televiziyadakı çıxışımda da bildirdim ki, Türkiyənin Quzey İraqdan sonra Dağlıq Qarabağa girməsi və PKK terrorçularını zərərsizləşdirməsi lazımdır”.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir