- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
209-cu Bənd, Azərbaycanlı məhbusların dayimi işkəncəgahı, QURTULUŞ-un 209-cu cəhənnəmdən nlatımı!
BayBək, Azərbaycan | Wednesday, 5th March , 2008 , 15:06 [pm] | Məqalə-Yazi
![]() |
. | Məhkəmə sürəci başlamadığına görə, onların dustaqlıq sürəsi də bəlli olunmur. “Sabah da çıxa bilərsən, on ildə qala bilərsən, hər şey səndən asılıdır.” kimi sözlərin sürəkli olaraq dustaqçılar tərəfindən təkrar olması, suçsuz insanların yalan və təməlsiz iddialara imza atmaları üçün uyqulanan gündəlik psikolojik işkəncədir.
Azərbaycanlı məhbuslar, 209-cu Bənd,ə verilən andan hər biri ayrı-ayrı ittihamlar olan – Casusluq, PanTürklük, bölücülük, İslama qarşı düşmənçilik, İrana qarşı |
209-cu Bənd, Azərbaycanlı məhbusların dayimi işkəncəgahı, QURTULUŞ-un 209-cu cəhənnəmdən nlatımı!
Ulu Azərbaycan Türk Milləti!
Güneydən Alınan bilgilərə görə, 1386-12-08 (2008-02-27) günü Azərbaycan Milli Hərəkatının üç tutuqlu fealı, Səyid Mətin Pur, Cəlil Qənilu və Əlireza Mətin Pur Tehranın Evin zindanından buraxılmışdırlar. Keçən son aylarda da Saleh Kamranı, Əbdüllah Əbbasi Cavan, Yəqub Salekiniya və Mir Qasım Seyidin Zadənin həmin zindandan azadlığa buraxılması xəbəri eşidildi. Bu fəalların Evin Zindanının 209-cu Bəndinə verilməsi və oradan isə azad olması bu deməkdir ki:
Azərbaycanlı məhbuslar zindana atılandan azad olana qədər Devrim Mühafizlərii (Sepah Pasdaran) quvvəsinin İttilaat işkəncəçilərinin əlinə verilir.
Azərbaycanlı məhbuslara, kimseylə görüş imkanı verilmir. Hetta en yaxın adamları və vəkilləri ilə görüşmə haqqından belə yoxsun tutulmaqdadırlar .
Hər gün hüquq quralları dışında sürəkli olaraq onlara qarşı çeşitli istintaq və sorğu işləri aparılır. Bu sürəc qanuni zamanı aşaraq qanunsuzca aylar və illərcə sürdürülməkdədir.
Məhkəmə sürəci başlamadığına görə, onların dustaqlıq sürəsi də bəlli olunmur. “Sabah da çıxa bilərsən, on ildə qala bilərsən, hər şey səndən asılıdır.” kimi sözlərin sürəkli olaraq dustaqçılar tərəfindən təkrar olması, suçsuz insanların yalan və təməlsiz iddialara imza atmaları üçün uyqulanan gündəlik psikolojik işkəncədir.
Azərbaycanlı məhbuslar, 209-cu Bənd,ə verilən andan hər biri ayrı-ayrı ittihamlar olan – Casusluq, PanTürklük, bölücülük, İslama qarşı düşmənçilik, İrana qarşı düşmənçilik, Azərbaycançılıq, qaçaqçılıq, qanuna qarşı üsyançılıq, Azərbaycan örgütlərində üyəlik vb. kimi ittihamlarla qarşı-qarşıya olurlar. İşkəncəçilər belə ağır ittihamları irəli sürməklə tutuqlunun iradəsini və şəxsiyətini sındırmağa və əzməyə çalışırlar.
Zindan sürəsindən asılı olmayaraq, 209-cu Bənd,də saxlanılanların azadlığa buraxılması Şərtli azadlıq adlanır. Belə ki, azadlığa buraxılan fəalların qarşısında çox ağır önləmlər alınır. İş lisansiyası, egtim sənədi, ev, iş, torpaq sahəsinin mülki vəsiqəsi, çoxlu miqdarda para vb. alınmadan şərtli azadlıq belə gərçəklənməyir. Azadlıq qarşısında ağıla sığışmaz para və mülk sənədlərinin alınması ilə birlikdə məhbusun azadlığa buraxılmasından sonra da yaxından gözaltı və izlənimdə tutulması, hər səhər –axşam bəlli güdükçülərin onların üzərində kölgə olması, bu nədənlə də, hər çeşit fəaliyyətdən uzaq qalması istənilir. Bu da, o deməkdir ki, azadlığa buraxılan şəxsin qarşısında ata evi, qardaş dukanı, ana qızılı, hətta bir ailənin deyil, neçə-neçə ailənin mal-varlığına dövlət tərəfindən əl qoyulur. Belə olan halda, azadlığa buraxılan şəxsin psixoloji durumu, düşüncə alanı darala bilir. Azad edilən milli-siyasi fəal, hər hansı kütləvi
Fəaliyyətdən uzaq saxlanılır, toplumda ona qarşı rahatsızlıq duyulur. Rejim basqısı altında qalan iş çevrəsi onun üçün qaranlıq dünyaya dönüşür. Pasportu əlindən alınır. Ünivesitetdən uzaqlaşdırılır. Subaydırsa evlənmək arzusunda yanır, evlidirsə uşaq anası və ya atası olmaq nisgilini yaşayır. Çünki, hər an rejim quldurları evinə tökülə bilər, məktub yoluyla məhkəməyə çağırıla bilər və millətçi olduğu suçundan dolayı yenə də işkəncə evinə göndərilə bilər.
Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi (Asmək) –nin verdiyi raporda deyilir ki: “Bu anda sayı 1500 -dən artıq olan Azərbaycanlı fəal, məhkəmə sırasında dayanmaqdadır. Bəzilərinin məkəmə sırasının 5-il (12dekabr 2002) olduğu bəlirlənən bu fəalların verdiyi vəsiqəli səndlər hələ də geri qaytarılmayır. Yuxarıda sözü edilen şəxslərin bir çoxunun tutuqlanması 2003, 2004, 2005 və 2006 -cı illərdə Babək Qalasının geniş göstərilərinə qayıdırsa, 2005, 2006 –cı illərin May, april (məktəblərin açılışı günü.Böcək ( Tarakan) olayları,
Ana dili günü, 21 Azer günü) və bu kimi günlərdə də bir çox fəalın tutulduğu bəlirlənmişdir. İttilaatın açıx-gizli zindanlarında işkəncəyə uğramışlar, yalnız vəsiqəli sənədlər qarşılığında azadlığa buraxılmışlar,”*
Göründüyü kimi, Azərbaycanla bağlı tutuqlananların hamısının məhkəmə dosyası 209-cu bənd və bənzərlərə bağlıdır. Bunun anlamı isə budur ki, rejimi ən etgiləndirən və qorxudan problem Azərbaycanın Milli Hərəkatıdır. Düşmən hanki önləmi alarsa alsın , Azərbaycan Milli Hərəkatı ayaq tutub öz amaclarına doğru irəli getməkdədir. Rejim hamıdan yaxşı bilir ki, kökü Türklükdə olan Azərbaycan Türk varlığı Fars şovenizminin qondarma kökünü qazaraq, yalnız özünü deyil, zülm və qaranlıq altında inləyən millətləri də milli qurtuluş yoluna çəkəcəkdir.
QURTULUŞ olaraq azadlığa buraxılan soydaşlarımızı qutlar və bundan sonra da onlara milli dirəniş yaşamlarında uğurlar diləyirik.
Güney Azərbaycan Qurtuluş Partiyası – QURTULUŞ
Yönətim Qurulu
2008/03/02
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir