- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycanın ordusu kifayət qədər gücə malik olduğunu sübut etdi

BayBək, Azərbaycan | Thursday, 6th March , 2008 , 21:55 [pm] | İç Xəbərlər

. - Bizdə də belə məlumatlar var. Əlbəttə ki, biz inana bilmərik ki, təhlükə tam sovuşub. Azərbaycan öz hazırlığını görür. Onlar ora həmin texnikanı yığmaqla bir şeyə nail ola bilməyəcəklər. Azərbaycanın ordusu kifayət qədər gücə malikdir. Əvvəlki ordu deyil ki, asanlıqla yarıb keçsinlər. Bu, mümkün olan şey deyil.

- Yəni biz hər cür təhlükəyə hazırıq?

- Hər cür təhlükəyə Azərbaycanın silahlı qüvvələri hazırdır. Biz düşmənin bütün həmlələrinin qarşısını almağa qadirik.



Eldar Sabiroğlunun fikrincə, martın 4-də Azərbaycan ordusu rəsmi İrəvanın Ermənistan silahlı quvvələri barədə yaratdığı mifi darmadağın etdi

Martın 4-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması və cəbhənin bir neçə istiqamətində vəziyyəti gərginləşdirməsi Azərbaycan mətbuatında yetərincə geniş işıqlandırılsa da, erməni mətbuatı bu barədə susmağa üstünlük verdi. ANSPRESS-in əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə söhbətində bu məsələyə açıqlıq gətirməyə çalışıb.

- Eldar müəllim, biz erməni mətbuatını da izləyirdik, bizim mətbuatı da. Biz deyirdik ki, döyüş var orada, ermənilər bizim əsgərləri öldürür. Ermənilər heç nə bildirmirdilər, deyirdilər ki, heç nə olmayıb. Bu, nə ilə bağlıdır? Ermənilər olanları niyə gizlədirdilər?

- Ermənilər heç zaman öz uğursuzluqlarını bildirməyiblər. Həmişə çalışıblar ki, onu gizlətsinlər. Siz əgər tarixə nəzər salsanız, əlli il bundan qabaq da, yüz il bundan qabaq da, ta bu günə qədər belə davam ediblər. Niyə dünyada “erməni yalanı, erməni məkri” fikri formalaşıb? Bu, elə-belə formalaşmayıb. İllərdən süzülə-süzülə, yoxlanıla-yoxlanıla gəlib bu günümüzə çatıb, bütün dünya həqiqətən erməni məkrinin, erməni yalanının nə olduğunu bilir.

Konkret olaraq bu hadisə ilə bağlı sizə söyləyim ki, indiki atəşkəs rejiminin pozulması əvvəlkilərdən tamamilə fərqlənirdi. Bir az geniş miqyaslı oldu və uzun müddət davam etdi. Hər iki tərəfdən də itki var. Azərbaycan dörd şəhid verib, bir yaralı. Ermənilər isə ikiqat bunun cavabını alıb, 12 itki, 15 yaralı. İndi təsəvvür edin, bu barədə qəti söz açmırlar. Niyə? Çünki bu günəcən onlar Ermənistan ordusu haqqında elə bir əfsanəvi fikir yaratmışdılar ki, onu belə faktlarla puç etmək indi çox ağırdır. Azərbaycan ordusu isə indi bu mifi darmadağın etdi - martın 4-də Tərtər bölgəsində baş verən bu atışma zamanı, döyüş zamanı. Mən işlədiyim müddətdə və ondan da öncə indiyə qədər bir fakt olubmu ki, erməni tərəfi atəşkəs pozulduğu zaman öz itkisi haqqında məlumat versin? Belə bir şey olmayıb. Yeganə hal o oldu ki, Ermənistan hərbi prokurorluğunun illik hesabatında bildirildi ki, 2007-ci ildə düşmən 27 erməni əsgərini qətlə yetirib.

- Erməni qoşunlarının bu hücümü Ermənistandakı hazırki ictimai-siyasi vəziyyətlə bağlı ola bilərmi?

- Bu, müxtəlif variantlı gedişdir. Əsas gediş Ermənistanın daxilində baş verən vətəndaş qırğınından dünyanın diqqətini yayındırmaq idi. Və beləliklə də erməni əhalisində həm də belə bir fikir yaratmaq istəyidilər ki, baxın, siz belə əməllər törətdiniz, Azərbaycan bizə hücum etdi, bu qədər əsgərimizi məhv etdi, torpaqları zəbt etdi və sair. Lakin təxribata əl atan onların özləridir. Səhər sübh çağda, saat 5 radələrində Ermənistanın silahlı qüvvələrinin diversion qrupları ilk dəfə olaraq hücuma keçdilər, arxasınca da toplardan atəş açdılar. Cavab olaraq Azərbaycan ordusu onları yerində oturtdu və çox böyük zərbələr vurdu.

- Yəni Ermənistan rəhbərliyi istəyirdi ki, bu hücumla daxili vəziyyəti sabitləşdirsin?

- Həm daxili vəziyyəti sabitləşdirsin, həm də beynəlxalq ictimaiyyətin diqqətini ölkə daxilində baş verən vətəndaş qırğınından, qanlı olaylardan yayındırsın. Ona görə də Azərbaycanı təxribata çəkmək istədi.

- Bir daha məlum oldu ki, Azərbaycan ordusu erməni ordusundan qat-qat güclüdür. Bu, sübut olundu. Bəs nəyə görə müharibəyə başlamırıq?

- Əlbəttə ki, Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına, bir milyon qaçqınının pis vəziyyətdə yaşamasına dözə bilməz. Mən deyərdim ki, bu, getdikcə son həddə gəlib çatıb. Hələlik beynəlxalq təşkilatlar, xüsusilə Minsk Qrupu belə vəd edirlər ki, münaqişəni dinc yolla həll etmək istəyirik, siz bizə vaxt verin. Azərbaycan yenə də bu vədlərə inanmaq istəyir. Lakin bu, sonsuza qədər gedə bilməz. Əgər həqiqətən torpaqlarımız dinc yolla azad edilməsə, daha sərt formalar seçiləcək. Bu cür vəziyyət artıq yaxınlaşmaq üzrədir.

- Biz orada olanda məlumat aldıq ki, erməni tərəfi yaxınlıqdakı Çaylı kəndindən artıq ağır texnikanı- tank, top, BTR-dir, bunları artıq Azərbaycan tərəfinə tuşlayıb və texnikanı yığıb ora. Bu, orada vəziyyətin davam etdiyinimi göstərir? Yoxsa artıq təhlükə sovuşubmu?

- Bizdə də belə məlumatlar var. Əlbəttə ki, biz inana bilmərik ki, təhlükə tam sovuşub. Azərbaycan öz hazırlığını görür. Onlar ora həmin texnikanı yığmaqla bir şeyə nail ola bilməyəcəklər. Azərbaycanın ordusu kifayət qədər gücə malikdir. Əvvəlki ordu deyil ki, asanlıqla yarıb keçsinlər. Bu, mümkün olan şey deyil.

- Yəni biz hər cür təhlükəyə hazırıq?

- Hər cür təhlükəyə Azərbaycanın silahlı qüvvələri hazırdır. Biz düşmənin bütün həmlələrinin qarşısını almağa qadirik.ans

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2270.azr
azeribaybak[at]gmail.com