- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
SABİR RÜSTƏMXANLI və ONU DAK SƏDRİ KİMİ QƏBUL EDƏN ŞƏXSLƏR MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR
BayBək, Azərbaycan | Thursday, 6th March , 2008 , 21:58 [pm] | İç Xəbərlər
![]() |
. | Mətbuat konfransında çıxış edən İdarə Heyətinin üzvü Səməd Fərtaş da Q.Təbrizini təkbaşına qərar verməkdə ittiham edib və sədrin təkbaşına rəhbərliyinə 8 ay dözdüklərini, amma artıq qərar qəbul etməyin vaxtı çatdığını vurğulayıb. S.Fərtaş Q.Təbrizinin səhvlərinin konkret nədən ibarət olduğu barədə açıqlama verməyib. O, artıq DAK-la Demokratik DAK-ın birləşməsi yolunda addımlar atıldığını və DAK-ın bu il aprelin 26-27-də Brüsseldə keçirilməsi nəzərdə tutulan 10-cu qurultayında qurumun yenidən bütövləşəcəyini söyləyib. |
«Dünya Azərbaycanlıları Konqresi (DAK) daxilində böhran yaranıb və bu böhran qurumun sədri Qulamrza Təbrizinin vəzifəsindən kənarlaşdırılması ilə nəticələnib». DAK İdarə Heyətinin üzvü Sabir Rüstəmxanlı bu sözləri bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında söyləyib.
«Turan»ın məlumatına görə, S.Rüstəmxanlı bildirib ki, DAK-ın 2007-ci ilin yayında keçirilmiş 9-cu qurultayından sonra sədr ilə qurumun Avropa nümayəndəlikləri arasında fikir ayrılığı yaranıb. S.Rüstəmxanlının sözlərinə görə, DAK İdarə Heyəti üzvlərinin bu ilin fevralında Belçikada keçirilən görüşündə ziddiyyətləri aradan qalıdrmaq istəsələr də, əksinə, problem bir qədər də dərinləşib. S.Rüstəmxanlı deyib ki, İdarə Heyətinin 17 üzvündən 12-si Q.Təbrizinin təkbaşına qərarları ilə razılaşmayaraq martın 4-də portal vasitəsilə iclas keçiriblər və DAK sədrinin vəzifədən kənarlaşdırılması barədə qərar qəbul ediblər. S.Rüstəmxanlı həmin qərarın əleyhinə səs verdiyini bildirib: «Mənim bu mövqeyimə baxmayaraq İdarə Heyətinin üzvləri məni qurultaya qədər müvəqqəti sədr seçdilər».
Mətbuat konfransında çıxış edən İdarə Heyətinin üzvü Səməd Fərtaş da Q.Təbrizini təkbaşına qərar verməkdə ittiham edib və sədrin təkbaşına rəhbərliyinə 8 ay dözdüklərini, amma artıq qərar qəbul etməyin vaxtı çatdığını vurğulayıb. S.Fərtaş Q.Təbrizinin səhvlərinin konkret nədən ibarət olduğu barədə açıqlama verməyib. O, artıq DAK-la Demokratik DAK-ın birləşməsi yolunda addımlar atıldığını və DAK-ın bu il aprelin 26-27-də Brüsseldə keçirilməsi nəzərdə tutulan 10-cu qurultayında qurumun yenidən bütövləşəcəyini söyləyib.
S.Fərtaş DAK-ın qurultaya qədər fəaliyyət göstərə bilməsi üçün S.Rüstəmxanlının müvəqqəti sədr seçildiyini, Demokratik DAK-ın da bu şəxsi qəbul etdiyini nəzərə çatdırıb.
İdarə Heyətinin digər üzvü Əjdər Tağızadə isə İdarə Heyətinə «Güney və Qarabağ problemindən xəbəri olmayanların», türkçülük probleminə biganə insanların toplaşdığını və DAK-ın fəaliyyətində güney probleminə biganə münasibətin formalaşdığını vurğulayıb. Sədrin İdarə Heyətinin qərarı ilə vəzifədən uzaqlaşdırılmasının nizamnaməyə zidd olmadığını deyən Ə.Tağızadə bunu İdarə Heyəti üzvlərini qurultayın, sədri isə İdarə Heyəti üzvlərinin seçməsi ilə əlaqələndirib.
Daha sonra çıxış edən bəzi DAK təmsilçiləri də Q.Təbrizini qurumu iflic hala salmaqda, fəaliyyətsizlikdə günahlandırıblar.mediaforum
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir