- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Güney Azərbaycan Qurtuluş Partiyasının (QURTULUŞ) 8-Mart Dünya Qadın Günü ilə bağlı bildirişi
BayBək, Azərbaycan | Saturday, 8th March , 2008 , 02:35 [am] | Bildirişlər
![]() |
. | Qadın-ərkək deyilik, insanıq!!
Əziz Millətimizə; Azərbaycan qadınının durumu eyni siyasal sistem içində yaşadığı fars qadınından da fərglidir. Azərbaycan qadını iki dəfə öz kimliginə yabancılaşmaq və biyganələşməkdədir. |
Qadın-ərkək deyilik, insanıq!!
Əziz Millətimizə;
Azərbaycan qadınının durumu eyni siyasal sistem içində yaşadığı fars qadınından da fərglidir. Azərbaycan qadını iki dəfə öz kimliginə yabancılaşmaq və biyganələşməkdədir.
Birinci Azərbaycan Türkü olduğu üçün bütün Azərbaycan ərkəkləri və qadınları kimin basqılanmış bir dili və kültürü yaşamaq zorundadır. ikincisi isə qadın olduğu üçün həm Fars şovenist sistemi tərəfindən, həmdə Azərbaycan ərkəkləri və qadınları tərəfindən toplumun bir çox alanından uzaq tutulmaqdadır. Bu durum Azərbaycan qadınının öz haqlarını əldə etməsi üçün işini dahada çətin və ağır etməkdədir.
Güney Azərbaycan Qurtuluş Partiyası bu iki basqı amılını ortadan qaldırmaq üçün qadın haqlarını savunmayı əsas fəəliyətlərindən saymaqdadır. Güney Azərbaycan Qurtuluş Partiyası Azərbaycan Türk qadınını bu mücadilədə öz sıralarında görmək istəyər.
A) Türk toplumunda və özəliklə Azərbaycan toplumunda qadınların durumlarının ərkəklər ile eyni olduğunu söyləyəmərik. Bildiyimiz kimi əski Türklərdə qadının yeri çox yüksək olubdur. Əski Türklerde qadınlar yaşamın və ortaq həyatın hər alanında var olmuşdur. Savaş meydanlarında yönətimdə , borokrasıda və…
B) Türk toplumu özəliklə Güney Azərbaycan Türkləri başqa millətlərlə girdikləri kültürəl alış - verişlər ,başqa millətlərin dinini qəbul etmək və asimilə olmaq sonucu qadına baxış, qadını alqılama biçimi ve şəkli dəyişmiş başqalaşmış və çox utanc verici halə gəlmişdir. Bu durumu dəyişmək ancaq Azərbaycanlıların qadınlı-ərkəkli birliktə çalışması sonucu olabilir.
C) Cəsarət ilə söyləməliyik ki, bu gün Azərbaycan ərkək və qadınlarının, qadınlıq qavramına baxışı heç də bizim millətin geçmişinə və insanal dəyərlərinə uyğun deyildir. Bu gün Azərbaycan Türklərini asimilə etməyə çalışan Farslarda, qadınların durumun yaxşı olmasa da yaxşı olmayan bu durumu dəyişdirməyə çalışmaları qat-qat bizdən çoxdur. Bu da bizim bir çox insanımızı aldatmaqdadır. Bir çox Azərbaycan qadın və ərkəyi Farsların Qadınlara daha yaxşı davrandığına inanmaları bizim üçün dezavantaj gətirən bir durumdur.
D) Azərbaycan qadın və ərkəkləri, qadınlıq kavramını yalnış alqılama, yalnış yorumlamaqla özünə zülüm etməkdədir. Özünü çıxmaz ruhsəl poroblemlərə düşürməkdədir. Qadın və ərkəklərin arasında ki ilişgilərin bu qədər poroblemli və çətin olması Azərbaycan Türklərinə heç yaraşmamagdadır. Azərbaycanda qadın və ərkək qavramında qurtulub insan olma, Azərbaycan insanı və yurddaşı olmağımız üçün ilk öncə qadınların toplumdakı olmaları gərəkən yerdə olmaları gərəkir. Yani qadın, ərkək ilə eşit olmalı və Azərbaycan toplumu bu sorunu çözərək bölgəsindən və dünyadan daha irəli bir durumda olmalı. Bu məsələni aşıb başqa məsələlərlə məşğul olmalıdır.
Bunun üçün Güney Azərbaycan Qurtuluş Partiyası:
1. Azərbaycanlılar, özəliklə Güney Azərbaycan Milli Qurtuluş mücadiləsi verənlər arasında qadınlara qarşı pozitiv ayrımcılıq uygulanmamalıdır.
2. Güney Azerbaycan Qadınına səslənərək, Güney Azərbaycan Qurtuluş mücadiləsinə daha çox və daha etgin qatılaraq haqlarını müdafiə etmək və gərcək bağımsız Güney Azərbaycan dövəltində ərkəklərlə eyni səviyədə söz haqına sahib olmaq üçün mucadilələrini vermələri gərəkir. Çünki, ərkəklər nə qədər də idealı olsalar, qadınların sorunların qadınlar kimi anlaya və qavraya bilməzlər.
3. qadınların Azərbaycan Qurtuluş Mücadiləsinin ön sırasında yer alması hərəkətimizin öz içində daha demokratik, insancıl dəyərlərə daha yaxın durmasına, müucadiləmizin daha etgin olmasına və dünya kamu oyunda daha da ciddiyə alınmamıza təkaqn verəcəkdir.
4. Qadınların özünə məxsus siyasətçilik biçimləri var. Bu üzdən, qadınlarımızın milli bağımsızlıq hərəkatımızda ön sıralarda yer alması, qadınlara gərəkli dəyəri verməyən şovinist düşmən qarşısında, Azərbaycan Milli Hərəkatının irəli addımlamasında böyük rol oynayacaqdır.
Güney Azərbaycan Qurtuluş partiyası 8 mart dünya qadın günü ilə bağlı bütün qadınlarımızı qutlayır, Azərbaycanımızın gələcəyində qadınlarımızın heç bir sorunu olmadığını dileyir.
Güney Azərbaycan Qurtuluş Partiyası-yönətim qurulu
2008/03/07
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir