- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Yaradlış əfsanəsi və qadın - Sarxanlı Paşa

BayBək, Azərbaycan | Sunday, 9th March , 2008 , 03:32 [am] | Şer və Nğil

. Tanrı vardı

Öz içində bocalayıb duran Tanrı,
düşündü ki salsın işə, fantezini,ibtikarı
Boşluq ilə susqunluqdan yorulmuşdu
Düşündü ki; azad etsin, hərəkətlə, ixtiyarı



Başlanqıcda, nə göy vardı, nə yer vardı
Yoğun bir qaranlıq, çulğamışdı fəzanı
Nə gün vardı, nə ay vardı, nə ulduz
Bütün boşluğu dolduran, aralıqda,

Tanrı vardı

Öz içində bocalayıb duran Tanrı,
düşündü ki salsın işə, fantezini,ibtikarı
Boşluq ilə susqunluqdan yorulmuşdu
Düşündü ki; azad etsin, hərəkətlə, ixtiyarı

başlamışdı bu bikəranə aləmin,

bir yerində
qara bulud, alovlanıb,

fırlanaraq dayirədə
qarın verib, şişirdi o, daşırdı o

Xızla basıb doldururdu boşluqları,

Sakit olub, durmayırdı öz yerində
Saysız illər, buruqlanıb, kələflənən

bu bulutlar,
Ən sonunda bölünübən,

saysız, hesabsız talaya
Yuvarlanıb,fırlandılar yinə xızla,

əksənləri ətrafında,
Gün keçdikcə, sərtləşibən, bərkidilər,
hər birisi daş kimi bir kürə oldu,
fırlanaraq havalarda

Yer kürəsi odlu bir top kimi günəşin,
dolanırdı yorulmadan, pərvanə tək başına
Tanrı onu, nişanlayıb, seçmiş idi,
Kəhkəşanın içindən

Olmalyıdı, bitkilərin, canlıların,
sınağ yeri
Çoxlu işlər, hadisələr, vaqiələr,
gəlməlidi başına

yaşatmalıydı insanı yaşarkən,
almalıydı qocağına ana kimi,
ömri bitib, bu dünyadan aşarkən

Doluydu bağrında zəngin xəzinə
Gəlişmənin aracları, gərəcləri
titizliklə düşünülub,
qoyulmuşdu qarnına

İnsanların, heyvanların,
bəsinləri hər türdən,
saxlanıban, yerləşmişdi,
torpağına, canına

Qurulmalıydı üstündə,
əzəmətlı dövlətlər
Şəkillənib, qalxmalıydı,
böyük, kiçik millətlər

Oturmalıydı cəvahir təxlər üstündə sultanlar
Keçməlidi torpağına, necə necə xaqanlar,
Tanrılığa müddəalı, göylərə qılıc çəkçən,
On minlərin cəsədiylə herəm tikən fironlar

açılmalıydı göksündə, geniş boylu meydanlar
Qurulmalıydı döşündə, cəvahirli eyvanlar
Birbirinin qanın töküb, almalıydı canını,
Yaraqlanıb, yasaqlanıb, qabağlaşan düşmanlar

Bu qanları əmməliydı torpağ ana
Bu canları, qatmalıydı öz canına

Müqəddəs əfsanələrində,
bir tanrılı dinlərin; BayBək
issız və boş imiş əzəldən yerin kürəsi,
qucaqlayıb, çulğamışdı,

yoğun bir qaranlıq cümlə varlığı
nə gün vardı, nə bir ağac,
nə bulud, nədə bir dəniz,
nə gəlirdi külək səsi,

nə titrədirdi havanı,
bir canlının xoş nəfəsi
“İşıq olsun”, Tanrı dedi
İşıq oldu

“Çox gözəlmiş”
Tanrı görüb, tanrı bildi
Qaranlığı aydınlığa bağlayıban,
birbirindən ayrı saldı
Bu ikisi bir birinə,

əzəl gündən,
qarşıt oldu
Sabah oldu, axşam oldu
Yaradlışın birinci günüydü bu

Bundan sonra dəvam edir tanrı öz işlərinə,
Bütövləyir sənətini sırasınca, bir-birinin ardınca

Suları doldurur çoxur yerlərə,
ləpələnib, dalğalanan dəniz olur
dağları ucaldır göyün qarnına,
beləliklə quru, sudan ayrı olur

“Yaşıl olsun quruluqlar, əlvan olsun
ağac bitsin, çiçək açsın, bar gətirsin”

Dənizlərə, iri, xırda, balıq doldu
mavi göydə, xoş avazlı quşlar uçdu
barlı orman, bərəkətli heyvanlarla,
dolub, daşdı

“Yaxşı oldu, gözəl oldu”
baxdı tanrı, gördü tanrı

yaranıban, bütövləşdi cümlə aləm,
altı gündə
Sabah oldu, günəş çıxdı,
işıq səpdi hər yerə

axşam oldu, işıldadı inci kimi,
gümüş nişan ulduzlar
gecə oldu, ay parladı,
qaş, göz atdı dənizə

“Hələ bir şey əskik gəlir burda mənə
yer almayıb bir gözəllik bu sənətin içində
nə faydası, bu sənətin,

bu hikmətin, bu qüdrətin
olmasa gər mənim əksim,

yaradlışın mərkəzində, içində”

əl atıban yer üzündə torpağa
palçıq aldı bir ovucluq əlinə
yoğurlayıb, təkan verdi palçığa
“Adam olsun,
kəlmə qonsun dodağına, dilinə”

Adam oldu, insan oldu
Yaxşı oldu, gözəl oldu
Bu tanrının, BayBək
tam özünə bənzəyirdi
baxdı tanrı, gördü tanrı

əzəl gündən tanrı kimi,
yalqız qaldı bu yaratıq
Dolanırdı ormanları,
ayaq yalın, başı açıq

yaxınlaşanda heyvana,
ürküb, qoyub qaçırdılar
“Bunda yoxdur bir yaraşıq”
baxdı tanrı, gördü tanrı

Bu doğada, bu sənətdə,
hər olqunun, hər canlının,
özünə tay əkizi var
Biri yoxsa təbiətdə,
obirinin,

nə adı var, nə izi var
Ziddir bunlar bir-birinə
Bənzəməzlər tam olaraq,
bir-birinə

Hər nəsnənin,
ziddi özünlə birləşər
ayrı-ayrı nəsnələr tək,
görünsələrdə əyər

qaimdir kainat,
birliyinə zidlərin
iki qutub,
sarmaşaraq, birləşərək,

qarışarlar bir-birinə
bir oluban,
yeni varlıq, yeni olqu,
yeni həyat yaradarlar

“bu gözəldir, bu yaxşıdır”
baxdı tanrı, gördü tanrı

olmalıdır bundan ötri,
adəmində,
özünə tay bir yoldaşı

onunla yan-yana gedən,
yaraşıqlı bir sirdaşı
tək başına, BayBək
yoruluban, yolda qalar
Daş-qayalı yoqquşları,

Aşamaz
qəmgin olar, üzgün olar
həyat iradəsi sönər,
canı çıxar, yaşamaz

Yalqız Adam, çox qaçaraq,
Cəld ayaqlı heyvanların dalınca,
əldən düşüb, yorğunladı,
söykəndi bir ağaca

yerə düşən meyvələrin,
bir neçəsin atışdırıb,
uzanaraq yer üstünə,
yuxu tökdü,

baş qoyaraq daş balınca
Tanrı görcək bu əhvalı,
əl eyləyib,
sol tərəfdən,

qaburğasın çıxardı
şəkil verib,
öz tükənməz qüdrətinlə,
yeni, gözəl,
bir yaratıq yaratdı
Yuxudan ayılan Adam,

açdığında gözləri;
gözü düşdü bir gözələ,
heyran qaldı,
tapa bilmədi sözləri
Belə görən yeni insan,
əl eyləyib,

tumarladı saçlarını
Qucaqlaşıb, birləşdilər,
düşünmədən,
kəlmələri, BayBək
itkin düşən sözləri

Hazırladı tanrı,
bu cift üçün ədən bağını
xoş eylədi havasını,
sərin sulu, qara gözlü bulağını
əngəbinlə, barla doldu,

başdan-başa ağacları
Ətir saçdı gül-çiçəyi,

dolduraraq, qol-budağı
“İsdədiyiz meyvələri, yeyin burda
isdədiyiz şivələrdə, deyin burda

yaxın getməyiniz yalnız ol ağaca
yaxşı-yamanı öyrədən, bitən burda”

fərman verib, dedi tanrı

“ mənim ətim, bunun əti
sümüklərim, sümükləri
qanım, qanı
mən bundanam,

bu məndəndir

duyur bunu, iliklərim
mənim adım Adam qalıb
bunun adı, Qadın olsun”

düşünübən, dedi Adam

tutuşub, əl-ələ gəzdilər bağı
dənədilər meyvələri, çiçəkləri,

yarpağı

yaşadılar dadlı anlar bərabər
sürtdülər, hər yerə, əli-ayağı

Bilim ağacından savay, Ədən bağında
Qalmadı heç bir şey sağlam tağında
Yedilər, içdilər, ömür sürdülər
Sevişərək, eyləndilər, gənc çağlarında

Yoruluban, ol ağacın kölgəsində
əyləşdilər bir neçə an dincəlməyə
sayəsi sərindi, meyvəsi gözəl
göz tikdilər,
altun kimi parıldayan meyvəyə

Əl uzadıb qadın birini dərdi
Gülümsəyib, adama tərəf tutdu
“dişlə bunu, dadına bax, gör ki;

nə xoş meyvədir
him-cim ilə heç durmadan dayatdı

Baxdı Adam, bir neçə an ol qadının gözünə
Cəla verdi, beynindəki baş qaldıran sözünə
Bilirsənmi, tanrı bunu yasaq edib bizlərə BayBək
əzəl gündən fərman verib, təkid edib sözünə

duyuban sözləri, bilməzdən gəldi
gülərək ucadan, sözün dirətdi
“axmaq olma sən bu qədər,

aldanma bu sözlərə
ye, gör aləmdə nə var”

sarmaşaraq, dinlətdi

Öncə özü bir diş vurdu şəfti axan meyvəyə
Tamsınaraq dadlı-dadlı, verdi adamın əlinə
Çəkincəklə aldı Adam ol meyvəni əlinə
Tabdan düşüb, birdən-birə, yaxınlatdı dişlərinə

Yedilər meyvədən doyun qarına
Qalxıban ayağa, düşdülər yola

Nida yetdi düz bu anda göylərdən:
“suç işlədiz, qarşı gəldiz tanrınıza
həvəslərə təslim olub,

bilim meyvəsini yediz

Çıxın indi bu cənnətdən, “

vurğulandı göylərdən

susuz biyabanda görüb özlərini həmandəm
yeridilər bilinməyən gələcəyə, təşnə ləbli,

dəm-bə dəm

Cənnəti itirdik əyər, lüt qaldıqsa nə qorxumuz?
Düşdük çölə, biyabana, ac qaldıqsa nə qorxumuz?
Kəşf eylərik bilinməzi, cənnət eylərik dünyanı
Beş gün əyər qəm çəkdiksə, tək qaldıqsa, nə qorxumuz?

Yetər ki biz yolumuzun düzlüyünə inanaq
Yetər ki biz, yaman gündə birgə qalaq
Dayaq olaq, qaya kimi möhkəm duraq
Eşqin gücün, məhəbbətin möcüzəsin,
bircə anda unutmayaq

8 Mart 2008

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2292.azr
azeribaybak[at]gmail.com