- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

“Əl-Qaidə”yə silahı Ermənistan verir

BayBək, Azərbaycan | Wednesday, 12th March , 2008 , 06:14 [am] | İç Xəbərlər

. Dünyanın ən təhlükəli silah baronu Viktor Butun cinayətinin araşdırılması maraqlı faktlar üzə çıxarıb. Onun Andrey Smulyan adlı tərəfdaşının Nyu-Yorkda yaxalanması silah alveri zamanı cinayətkarların danışıqları Ermənistanda apardıqları üzə çıxıb.

Viktor But - dünyanın ən məhşur silah baronunun Taylandda yaxalanması aparıcı kütləvi informasiya vasitələrinin baş xəbərinə çevrilib. Çünki, məhz Butun başçılıq



Məşhur silah baronunun həbsi maraqlı faktlar ortaya çıxarıb.

Dünyanın ən təhlükəli silah baronu Viktor Butun cinayətinin araşdırılması maraqlı faktlar üzə çıxarıb. Onun Andrey Smulyan adlı tərəfdaşının Nyu-Yorkda yaxalanması silah alveri zamanı cinayətkarların danışıqları Ermənistanda apardıqları üzə çıxıb.

Viktor But - dünyanın ən məhşur silah baronunun Taylandda yaxalanması aparıcı kütləvi informasiya vasitələrinin baş xəbərinə çevrilib. Çünki, məhz Butun başçılıq etdiyi qrup terrorçu təşkilatların silah təminatçısı sayılır. Bu təşkilatların sırasında Taliban və Əl-Qaidanın da adı var.

Butun etibarlı tərəfdaşı sayılan Andrey Smulyan isə Nyu-Yorkda yaxalanıb və hələ ki məhkəmənin qərarı ilə zaminə buraxılıb. Cinayətləri sübut olunarsa, onu 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Araşdırmalar isə başqa bir maraqlı faktı üzə çıxarıb. Silah alverçiləri terrorçu təşkilatların nümayəndələri ilə danışıqları Kuba, Nikaraqua və Ermənistanda aparmağın məqsədəuyğun olduğunu bildiriblər. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Butun dəstəsi əsasən Rusiya istehsalı olan silahların alveri ilə məşğul olub. Amerikalı xüsusi xidmət orqanlarının əməkdaşları müəyyən ediblər ki, bu silahlar keçmiş SSRİ respublikalarından birindəki hərbi bazalardan aparılıbmış.

Danışıqlarda Ermənistanın adının hallanması və silahların keçmiş Sovet ölkəsindən aparılmasının müəyyənləşməsi Ermənistanın terrorçulara dəstək verməsini təsdiqləyir.

Rəsmi Bakının da dəfərlərlə bəyan etdiyi kimi işğal olunan Azərbaycan əraziləri nəzarətsizdir. Bu nəzarətsiz ərazilərdə çirkin əməllər həyata keçirilir. Onu da nəzərə alsaq ki, Rusiyanın hərbi bazaları Ermənistanda fəaliyyət göstərir, bu da deyilənlərin həqiqətə yaxın olduğunu sübut edir. Ermənistanın adının silah alverində hallanması isə birinci hal deyil. 2005-ci ildə ABŞ preizdentinin təyyarəsinin vurulması faktı ilə bağlı məhz Ermənistandan olan silah alverçilərinin saxlanılması bu dövlətin birbaşa terrora dəstək verməsindən xəbər verir.lidertv

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2309.azr
azeribaybak[at]gmail.com