- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycanın Salyan rayonunda polis kapitanı tabel silahı ilə həyat yoldaşını və baldızını qətlə yetirib, qaynını isə yaralayıb

BayBək, Azərbaycan | Thursday, 13th March , 2008 , 07:09 [am] | İç Xəbərlər

. Afaq Həbibova hadisə yerində dünyasını dəyişib. Könül Həbibova Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, saat 17.00 radələrində o da dünyasını dəyişib. R. Cəfərovun qaynı Qalib Həbibov isə dərhal paytaxta gətirilib. Prokurorluqdan bildirilib ki, R. Cəfərov hadisəni törətdikdən sonra polisə təslim olub və hadisəni törətdiyini etiraf edib. Hadisənin məişət zəminində baş verdiyi güman edilir. Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə


Dünən günorta saatlarında Salyan rayonunda dəhşətli qətl hadisəsi baş verib. Salyan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Rafət Cəfərov rayon mərkəzindəki evində tabel silahı ilə həyat yoldaşı Həbibova Könül Akif qızını, qaynı Həbibov Qalib Akif oğlunu və baldızı Həbibova Afaq Akif qızını güllələyib.

Afaq Həbibova hadisə yerində dünyasını dəyişib. Könül Həbibova Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, saat 17.00 radələrində o da dünyasını dəyişib. R. Cəfərovun qaynı Qalib Həbibov isə dərhal paytaxta gətirilib. Prokurorluqdan bildirilib ki, R. Cəfərov hadisəni törətdikdən sonra polisə təslim olub və hadisəni törətdiyini etiraf edib. Hadisənin məişət zəminində baş verdiyi güman edilir. Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rayon sakinlərinin APA-ya verdiyi məlumata görə isə, həyat yoldaşı R. Cəfərovdan ayrılmaq fikrində olub, uşaqlarını da götürüb evi tərk etmək istəyirmiş. R. Cəfərov Qarabağ müharibəsində iştirak edib və kontuziya alıb.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2317.azr
azeribaybak[at]gmail.com