- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
İranda sükut günü elan edilib
BayBək, Azərbaycan | Friday, 14th March , 2008 , 07:48 [am] | İç Xəbərlər
![]() |
. | Bu gün İranda 8-ci çağırış parlament seçkiləri öncəsi sükut günü elan edilib. Ölkə ərazisində bütün təbliğat vasitələrinə qadağa qoyulub. Sabah isə yerli vaxtla səhər saat 8-də açıq olacaq seçki məntəqələri saat 18-dək seçicilərin ixtiyarına veriləcək. 43 milyon nəfər seçkilərdə iştirak hüququna malikdir. |
Müşahidəçilərin rəyinə görə, indiki prezident Mahmud Əhmədinejatın növbəti müddətə seçilməsi bu parlament seçkilərinin nəticələrindən asılı olacaq. Mübarizə aparanların platformasındakı əsas fərq ölkənin nüvə proqramı ətrafındadır.
Bu gün İranda 8-ci çağırış parlament seçkiləri öncəsi sükut günü elan edilib. Ölkə ərazisində bütün təbliğat vasitələrinə qadağa qoyulub. Sabah isə yerli vaxtla səhər saat 8-də açıq olacaq seçki məntəqələri saat 18-dək seçicilərin ixtiyarına veriləcək. 43 milyon nəfər seçkilərdə iştirak hüququna malikdir.
Seçkilərə nəzarət edən konstitusiyaya mühafizə şurası tərəfindən 4500 nəfər rəsmi olaraq qeydiyyata alınıb. Onlar 290 yer uğrunda mübarizə aparır. Seçkilərə qatılmaq imkanından məhrum olan namizədlərin əksəriyyəti eks-prezident Hatəminin və parlamentin eks-spikeri Mehdi Karrubinin tərəfdarlarıdır. Analitiklər bu seçkilərdə prezident Mahmud Əhmədinecatı dəstəkləyən mühafizəkarların seçkilərdə qalib gələcəyini proqnozlaşdırırlar. Yerli müşahidəçilərin fikrincə, islahatçılar parlamentdə ən yaxşı halda 20 faiz yer tuta bilər.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir