- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
PKK-nın MALİYYƏ QAYNAQLARI AÇIQLANDI
BayBək, Azərbaycan | Friday, 14th March , 2008 , 16:44 [pm] | İç Xəbərlər
![]() |
. | PKK terror təşkilatının illik gəliri 500 milyon avroya yaxındır. Bu məlumatla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, ordu generalı Ərgin Sayqun çıxış edib. Ankarada Türkiyə Baş Qərargahı tərəfindən təşkil edilmiş terrorla mübarizəyə dair beynəlxalq simpoziumun yekununda çıxış edən general bildirib ki, kəşfiyyat və digər mənbələrdən əldə edilən məlumatlara görə, PKK mafiya şəklində fəaliyyət göstərən beynəlxalq terror təşkilatı olaraq çoxsaylı mənbələrdən gəlir əldə edir. Özü də bu gəlirlər son 3-4 il ərzində iki dəfədən çox artıb. |
Qaçaqmalçılıq marşrutlarından biri də Azərbaycandan keçir.
PKK terror təşkilatının illik gəliri 500 milyon avroya yaxındır. Bu məlumatla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, ordu generalı Ərgin Sayqun çıxış edib. Ankarada Türkiyə Baş Qərargahı tərəfindən təşkil edilmiş terrorla mübarizəyə dair beynəlxalq simpoziumun yekununda çıxış edən general bildirib ki, kəşfiyyat və digər mənbələrdən əldə edilən məlumatlara görə, PKK mafiya şəklində fəaliyyət göstərən beynəlxalq terror təşkilatı olaraq çoxsaylı mənbələrdən gəlir əldə edir. Özü də bu gəlirlər son 3-4 il ərzində iki dəfədən çox artıb.
“PKK-nın eyni zamanda mütəşəkkil cinayətkar şəbəkə olduğu aşkardır. Bu məqam br sıra beynəlxalq hesabatlarda əksini tapıb. Terror təşkilatı başda narkotik vasitələr olmaqla insan, siqaret, yanacaq və silah alveri, xərac toplama, saxta şirkətlər təsis edərək qeyri-leqal pul dövriyyəsi, çirkli pulların leqallaşdırılması kimi qanunsuz fəaliyyətlər yoluyla böyük miqdarlarda gəlir əldə edir” deyə general bildirib.
Sayqunun dediyinə görə, Avropa ölkələri terror təşkilatının maliyyə qaynaqlarınının kəsilməsi yönündə ciddi fəaliyyət ortaya qoymurlar.
O deyib ki, son məlumatlara görə, PKK-nın illik gəliri 500 milyon avroya yaxındır, bunun 200-250 milyon avrosu narkotik tranzitindən və satışından, 100-150 milyon dolları siqaret, insan, yanacaq və silah alverindən, qalanı isə müxtəlif formalarda edlən yardımlardan əldə olunur. Sayqunun bildirdiyinə görə, PKK əldə etdiyi silahları təkcə özü istifadə etmir, çox uzaqlarda fəaliyyət göstərən digər terror qruplarına da satır. “Terror təşkilatı Avropa ölkələrindəki narkotik dövriyyəsinin 80 faizə yaxınına nəzarət edir, lakin bu ölkələr onların xalqlarını zəhərləyən bu təşkilata qarşı laqeyddir”, - deyə Sayqun bildirib.
Açıqlanan rəqəmlərdən görünür ki, PKK-nın gəlirləri son illər ərzində iki dəfədən çox artıb. Avropa Birliyinin polis təşkilatı olan EUROPOL-un 2005-ci ilə olan hesabatında deyildiyinə görə, PKK yuxarıda sözügedən qanunsuz yollardan ildə 300 milyon dollar gəlir götürürdü. Təşkilatın bildirdiyinə görə, Orta Asiyadan Avropaya uzanan narkotik tranziti marşrutu PKK-nın nəzarətindədir. Narkotik maddələr əsasən Rumıniya və İngiltərə üzərindən Avropa ölkələrinə keçirilir. Narkotik maddələr Əfqanıstan və Pakistandan, habelə İrandan daşınır və tranzit kimi isə Azərbaycan ərazisindən istifadə olunur.
PKK-nın narkotik tranziti marşrutunun Azərbaycandan keçdiyini Türkiyənin polis mənbələri də təsdiq edir. “Polishaber.com” saytında yer alan məlumatlarda deyilir ki, Türkiyənin hüquq-mühafizə orqanları PKK-nın iki əsas narkotik tranziti marşrutunun olduğunu müəyyən edib. Bunlardan biri Rusiya, Ukrayna və Polşa üzərindən Qərbi Avropaya doğru uzanır. Digər marşrut isə, İran-Azərbaycan-Ermənistan-Gürcüstan-Rusiya-Avropa təşkil edir. Lakin PKK-nın narkotik tranzitindən əldə etdiyi gəlirlər daha böyük, hətta fantastik ola bilər. Belə ki, təkcə ötən il Türkiyə ərazisində ələ keçirilən və bazar qiyməti 2 milyard dolları keçən heroinin 2 tonu PKK-ya aiddir.
Türkiyəin polis kəşfiyyatı mənbələrinin məlumatlarına görə, İrandan daşınan narkotik qatır və atlarla dağlıq ərazilərdən keçirilərək Van vilayətinə, oradan isə İstanbula gətirilir. Azərbaycan ərazisindən keçərək daşınan narkotik isə əsasən iritonnajlı yük maşınlarında daşınır.
Xatırladaq ki, son vaxtlar Azərbaycanın hüquq-mühafizə orqanları ölkə ərazisində İrandan gətirilmiş böyük miqdarda narkotik maddə ələ keçiriblər.
PKK-nın gəlir mənbələrindən biri olan siqaret qaçaqmalçılığının da marşrutu Azərbaycan üzərindən keçir. Bu haqda yerli mətbuat əvvəllər dəfələrlə yazıb. Avropa Birliyinin hesabatında deyilirdi ki, PKK-nın təkcə siqaret qaçaqmalçılığından əldə etdiyi gəlirlər ildə 300 milyon dollara yaxındır. Terror təşkilatının yanacaq qaçaqmalçılığı da Azərbaycandan yan keçmir. Dəfələrlə yerli mənbələr və Türkiyə KİV-lərində Azərbaycandan İraqın şimalına qaçaq yolla yanacaq daşınması faktları haqda yazıb. Bununla belə, PKK-nın gəlir mənbələrindən bir çoxu elə Türkiyənin özündədir. Bu yaxınlarda “The Guardian” qəzeti yazmışdı ki, PKK-nın maliyyə qaynaqları arasında Türkiyədəki kürd əsilli iş adamları və sahibkarlar da var.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir