- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycana son cavab ABŞ-dan gəldi: Dağlıq Qarabağ münaqişəsinin həlli yaxın vaxtlarda mümkün deyil

BayBək, Azərbaycan | Friday, 14th March , 2008 , 20:14 [pm] | İç Xəbərlər

. «ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin, Ermənistanın başqa mövqeyi var. Deməli, biz hər iki tərəf arasında kompromisə nail olmalıyıq». Bunu ANS-ə müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Onun sözlərinə görə, ilk həll prinsipi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasıdır: «Amma digər prinsiplər də var. Məsələn, Dağlıq Qarabağın statusu. Bu da danışıqların predmetidir. Mən kompromisin hansı formada olacağını və ya münaqişənin həllinin nə qədər uzanacağını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, hüquqi cəhətdən həm Birləşmiş Ştatlar, həm Fransa, həm də Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir».


Metyu Brayza: «Ermənistanın yeni prezidentinin andiçməsinə qədər hər hansı razılaşma əldə oluna bilməz».

«ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin, Ermənistanın başqa mövqeyi var. Deməli, biz hər iki tərəf arasında kompromisə nail olmalıyıq». Bunu ANS-ə müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Onun sözlərinə görə, ilk həll prinsipi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasıdır: «Amma digər prinsiplər də var. Məsələn, Dağlıq Qarabağın statusu. Bu da danışıqların predmetidir. Mən kompromisin hansı formada olacağını və ya münaqişənin həllinin nə qədər uzanacağını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, hüquqi cəhətdən həm Birləşmiş Ştatlar, həm Fransa, həm də Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir».

Metyu Brayza etiraf edib ki, münaqişənin yaxın vaxtlarda həllinə nail olmağın mümkünsüzlüyü ilə razılaşır. Lakin onun fikrincə, sülh danışıqlarında irəliləyişlər də mövcuddur. Hazırda həmsədrlərin Ermənistanda daxili siyasi gərginliyin aradan qalxmasını gözlədiyini deyən Metyu Brayza, bundan sonra danışıqların aktiv mərhələsinin bərpa ediləcəyini bildirib: «Biz istəyirik ki, nazirlər və prezidentlər yenə görüşsünlər. Amma buna qədər danışıqlar prosesi bərpa olunmalıdır. Aprelin əvvəlində Ermənistanın yeni prezidentinin andiçmə mərasimi keçiriləcək. Bu, onu göstərir ki, bu müddət ərzində tərəfdar arasında hər hansı razılıq əldə oluna bilməz».

Metyu Brayza, rəsmi Bakının BMT-yə Dağlıq Qarabağla bağlı təqdim etdiyi qətnamə layihəsinin müzakirəsinə də toxunub. Onun sözlərinə görə, hazırda qətnamə üzərində iş gedir və sənəd korrekt olmalıdır: «BMT-də nə baş verməsindən asılı olmayaraq, Vaşinqton və Bakı çox yaxşı tərəfdaşdır. Biz BMT-də bəzən bir-birimizi dəstəkləmirik. Çünki hərənin öz baxışları var. Biz dostlar razılaşmaya bilərik. Lakin oturub müzakirə edib ortaq dil tapmağımız mümkündür». Metyu Brayzanın dediyinə görə, Azərbaycan həmişə ABŞ-dan dəstək görüb.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2327.azr
azeribaybak[at]gmail.com