- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

AZƏRBAYCAN HAKİMİYYƏTİ MAKKEYNİN KAMPANİYASINA PUL VERİR

BayBək, Azərbaycan | Saturday, 15th March , 2008 , 20:57 [pm] | İç Xəbərlər

. Azərbaycan hakimiyyəti Amerikadakı lobbi şirkətləri vasitəsilə prezidentliyə respublikaçı namizəd Con Makkeynin seçki kampaniyasına pul verir. Məlumat redaksiyamıza ABŞ-dakı mənbələrdən daxil olub. Bildirilir ki, Azərbaycan hakimiyyətinin maliyyə imkanları nəzərə alınsa, Makkeynin kampaniyasına verilən pullar o qədər də böyük deyil, söhbət bir neçə yüz min dollardan gedir. Lakin hakimiyyətin əsas məqsədi seçkilərdə Makkeyni dəstəklədiyini nümayiş etdirməkdir.


Rəsmi Bakı respublikaçıların qələbəsində maraqlıdır.

Azərbaycan hakimiyyəti Amerikadakı lobbi şirkətləri vasitəsilə prezidentliyə respublikaçı namizəd Con Makkeynin seçki kampaniyasına pul verir. Məlumat redaksiyamıza ABŞ-dakı mənbələrdən daxil olub. Bildirilir ki, Azərbaycan hakimiyyətinin maliyyə imkanları nəzərə alınsa, Makkeynin kampaniyasına verilən pullar o qədər də böyük deyil, söhbət bir neçə yüz min dollardan gedir. Lakin hakimiyyətin əsas məqsədi seçkilərdə Makkeyni dəstəklədiyini nümayiş etdirməkdir.

Makkeyn respublikaçı olsa da onun hazırda Buş administrasiyasında əsas söz sahibi olan neft lobbisi ilə birbaşa bağlılığı yoxdur, eyni zamanda senator Azərbaycanda və bir sıra keçmiş sovet respublikalarında demokratiyanın qatı müdafiəçisi kimi tanınıb. Bununla belə hakimiyyətdəkilər ümid edir ki, Makkeynə Buş administrasiyasındakı hazırkı dostları və başqa lobbi qrupları vasitəsilə müəyyən təsir imkanları əldə edə bilərlər.

Rəsmi Bakı narahatdır ki, ABŞ-da respublikaçıların iqtidarına son qoyulsa və demokratların namizədi qalib gəlsə, Vaşinqtonun demokratiyaya, insan haqlarına diqqəti artacaq, bu isə əlavə başağrısı deməkdir. Üstəlik hakimiyyətin demokratlardan prezidentliyə iddiaçılarla yaxın əlaqələri yoxdur. ABŞ-da səfərdə olan hakimiyyət təmsilçiləri, o cümlədən hakimiyyətə bağlı QHT nümayəndələri demokratların namizədləri Hillari Klintonun və Barak Obamanın yaxın ətrafı, yaxud özləri ilə görüşə bilməyiblər. Bəlkə də Hillari Klintona onun əri, keçmiş prezident Bill Klintonun Azərbaycan hakimiyyəti ilə keçmiş münasibətlərindən istifadə edib hansısa çıxış imkanları tapmaq olardı. Ancaq məsələ ondadır ki, Bill Klintonun dövründə Azərbaycan hakimiyyəti insan haqları və demokratiya məsələlərində həmişə kifayət qədər təzyiqlər görüb. Digər tərəfdən, Hillarinin prezidentliyə vahid namizəd olmaq şansı şübhəlidir. Makkeyn isə artıq vahid namizədliyini təmin edib və diqqəti ümumi seçkilərə yönəldib.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2335.azr
azeribaybak[at]gmail.com