- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

ƏFV FƏRMANİ İMZALANDI

BayBək, Azərbaycan | Tuesday, 18th March , 2008 , 21:16 [pm] | İç Xəbərlər

. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddətdə davranışlarını nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, əfv olunan şəxslərin qanunlara dönmədən əməl etmələrini arzulayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Novruz Bayramı münasibəti ilə əfv fərmanı imzalayıb. Əfv Komissiyasının son iclasında 300-ə yaxın məhbusun müraciətlərinə baxılmış və onlardan 100-ə yaxınının adı dövlət başçısına təqdim edilmişdi. Lakin fərman onların yalnız 59 nəfərinə şamil edilib. İctimaiyyəttin və toplumun gözləntilərinə baxmayaraq, onların arasında jurnalistlər və tanınmış siyasi məhbuslar yoxdur.

Onu da bildirək ki, bu sayca 45-ci əfv fərmanıdır.

Sonuncu əfv fərmanı ötən ilin sonunda- dekabrın 31-də verilib. Həmin əfv fərmanı 119 nəfərə şamil edilmişdi. Ümumiyyətlə, 1995-ci ildən bəri Azərbaycanda ümumilikdə 44 əfv fərmanı imzalanıb və bu fərmanlar 4500-dən artıq məhbusa şamil olunub.
Aşağıda əfv olunanların tam siyahısını sizə təqdim edirik:

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddətdə davranışlarını nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, əfv olunan şəxslərin qanunlara dönmədən əməl etmələrini arzulayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1. Abdulhüseynov Tehran Əlican oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 17 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

2. Allahverdiyev Etibar Yaqub oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 6 mart tarixli hökmü ilə məhkum edilmişdir.

3. Aslanov Əflatun Əhəd oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayon məhkəməsinin 2007-ci il 24 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

4. Babayev Vidadi Aslan oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 26 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

5. Balayev Zauri Vahid oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayon məhkəməsinin 2007-ci il 8 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

6. Bədəlov Ramazan Muğdad oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax hərbi məhkəməsinin 2006-cı il 6 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

7. Cəfərov Anar Hüseynalı oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon məhkəməsinin 2005-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

8. Cəfərov Fazil Zahir oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2005-ci il 7 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

9. Daşdəmirov Ərzuman Tofiq oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2006-cı il 30 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

10. Əbilov Elnur Oruc oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin 2005-ci il 30 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

11. Ələkbərov Fuad Abbas oğlu, 1952-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

12. Əliyev Kamal İsrafil oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 26 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

13. Əliyev Qüdrət Hacıağa oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 19 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

14. Gülməmmədov Rəşad Bəkir oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2006-cı il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

15. Hadıyev Rəhman Ağakərim oğlu, 1938-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 16 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

16. Heydərov Xanlar Atakişi oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2006-cı il 23 may tarixli hökmü ilə məhkum edilmişdir.

17. Həsənov Əli Yusif oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon məhkəməsinin 2005-ci il 15 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

18. Həşimov Ələkbər Ələsgər oğlu, 1951-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 19 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

19. Hüseynov Asif Davud oğlu, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 14 may tarixli hökmü ilə məhkum edilmişdir.

20. Hüseynov Coşqun Hani oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2006-cı il 14 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

21. Xanmədov Namik Rzaşah oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 28 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

22. İbrahimov Amil Şamil oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 22 mart tarixli hökmü ilə məhkum edilmişdir.

23. İsmayılov Nəriman Elman oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 8 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

24. İsmayılov Pərviz Eldar oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər hərbi məhkəməsinin 2006-cı il 6 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

25. Kərimov Ağamirzə Absalam oğlu, 1935-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 14 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

26. Qasımov Səfərəli Nadir oğlu, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 3 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

27. Qədiməliyev Xaləddin Balakişi oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2007-ci il 27 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

28. Laçınov Rauf Əlimurad oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax hərbi məhkəməsinin 2006-cı il 29 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

29. Mamedov Etibar Əli oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayon məhkəməsinin 2007-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.

30. Mehdiyev Elçin Ərəstun oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2005-ci il 29 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

31. Məhərrəmov Şirin Akif oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran hərbi məhkəməsinin 2006-cı il 19 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

32. Məlikov Mürşüd Balami oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhər Məhkəməsinin 1997-ci il 23 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

33. Məmişov Xankişi Allahverdi oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayon məhkəməsinin 2006-cı il 22 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

34. Məmmədov Sərdar Təyyar oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayon məhkəməsinin 2007-ci il 29 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

35. Mirzəyev Rasim İbiş oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 1999-cu il 20 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

36. Musayev Qədir Əsəd oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 2 may tarixli hökmü ilə məhkum edilmişdir.

37. Nağıyev Qabil Mustafa oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayon məhkəməsinin 2006-cı il 16 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

38. Nərimanov Elgiz Nəriman oğlu, 1976-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 31 may tarixli hökmü ilə məhkum edilmişdir.

39. Orucov Möhübbət Mustafa oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2006-cı il 28 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

40. Popov Aleksey Vladimiroviç, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 19 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

41. Rəhimov Qalib Ənvər oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayon məhkəməsinin 2006-cı il 16 may tarixli hökmü ilə məhkum edilmişdir.

42. Rəhimov Şəhriyar Mirkazım oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 22 may tarixli hökmü ilə məhkum edilmişdir.

43. Rəhimov Tərlan İbrahim oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 12 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

44. Salayev Yaşar Əbdüləhəd oğlu, 1939-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 24 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

45. Səfərov Samir Pənah oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2006-cı il 15 may tarixli hökmü ilə məhkum edilmişdir.

46. Səmədov İlqar Rufulla oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2006-cı il 2 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

47. Şahroxi Firudin Əli oğlu, 1944-cü ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2007-ci il 15 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

48. Şamıyev Asif Vəli oğlu, 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2005-ci il 15 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

49. Şəmiyev Cəsarət Məhərrəm oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayon məhkəməsinin 2006-cı il 19 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

50. Şərifi Məhəmməd Mustafa Məhəmməd Tahir, 1987-ci ildə anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, Cəlilabad rayon məhkəməsinin 2007-ci il 19 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

51. Tağıyev Rasim Qurban oğlu, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2002-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

II. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1. Babayev Elmar Tahir oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2006-cı il 3 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

2. Cabbarov Mətləb Məhəmmədəli oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 31 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

3. Cəfərov Füzuli Ağakərim oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2007-ci il 2 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

4. İsmayılov Oqtay Sahibxan oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2007-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

5. Qədimov Nofəl Bədrəddin oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayon məhkəməsinin 2007-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

6. Novruzov Orxan İlham oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2007-ci il 14 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

III. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2007-ci il 23 fevral tarixli hökmü ilə islah işləri cəzasına məhkum edilmiş, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağabalayev Ramin Ələkbər oğlu cəzadan azad edilsin.

IV. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 3 noyabr tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Rüstəm Şirəli oğlunun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılsın.

V. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 18 mart 2008-ci il.
press

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2352.azr
azeribaybak[at]gmail.com