- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Bayram təbriki, Böyük Rəsuloğlu
BayBək, Azərbaycan | Wednesday, 19th March , 2008 , 01:45 [am] | Bildirişlər
![]() |
. | Bayram təbrikində şən və sevincli sözlər yrinə, zəncir yaralarının qaşınan közlərindən danışaraq millət fədailərini alqış, zalim quvvələri qarqışla qarşılamaq, dərdimizin dərinliklərindən xəbər verir. Bu sözlər bayram mədəniyətimizə uygun olmasada, qoy hür yaşıyacaq gələcək nəsillərimiz atalarının başına gələnləri xatırlasın və bütöv Azərbaycanımızın bütün varlıqlarını daha ciddi qorusun.
Bayram qaydalarımızdan biri olan “ bayramda bütün küsülülər barışar” fəlsəfəsini xatırladaraq bütün milli fəallarımızı və millətimizi Azərbaycan ocağının |
Azərbaycan Türk milləti:
Başda dəyərli milli mübariz Abbas bəy Leysanlı olmaqla bütün siyasi zindanilırimizi, milli fəallarımızı və şərəfli millətimizi yeni il münasibəti ilə təbrik edirəm.
Arzu edərək inanıram ki, xaric və daxildəki milli fəallarımızın geniş çabaları nəticəsində yaxın gələcəkdə bütün siyasi zindanilərimiz bayramlarını öz ailəsinin yanında geçirəcəkdir.
Azərbaycan Türk millətinin gözəl qaydalarından olan “ bahar bayramında bütün ailənin bayram süfrəsinin başında oturması” ən-ənəsini xatırlarkən Abbas bəy Leysanlının ana topraqdan uzaqlarda dar sellulda, tək başına qarşılamağa məcbur olduğu bu bayram, ürəyim çox sıxılır.
Bayram təbrikində şən və sevincli sözlər yrinə, zəncir yaralarının qaşınan közlərindən danışaraq millət fədailərini alqış, zalim quvvələri qarqışla qarşılamaq, dərdimizin dərinliklərindən xəbər verir. Bu sözlər bayram mədəniyətimizə uygun olmasada, qoy hür yaşıyacaq gələcək nəsillərimiz atalarının başına gələnləri xatırlasın və bütöv Azərbaycanımızın bütün varlıqlarını daha ciddi qorusun.
Bayram qaydalarımızdan biri olan “ bayramda bütün küsülülər barışar” fəlsəfəsini xatırladaraq bütün milli fəallarımızı və millətimizi Azərbaycan ocağının başında birlikdə tonqal qalamağa çağırıram. Bugünkü bayramlarımız acı geçsədə “ gələcək bizimdir” düşüncəsinə dərindən inanıram.
Yaşasın Azərbaycan – Tanrı Türkü qorusun
Sayqılarımla
18/03/2008
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir