- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Serbiyanın qonşuları Kosovonu tanıdı
BayBək, Azərbaycan | Thursday, 20th March , 2008 , 03:08 [am] | Dış Xəbərlər, İç Xəbərlər
![]() |
. | Serbiyanın üç qonşusu Xorvatiya, Bolqariya, Macarıstan birgə bəyanat imzalayaraq Kosovonun müstəqilliyini tanıyacaqlarını bildiriblər. Hər üç ölkə bəyan edib ki, onların qərarı ətraflı düşünülüb və Avropa Birliyinin nəticələrinə əsaslanıb. Belqrad Kosovonun müstəqilliyini elan etməsinin |
Serbiyanın üç qonşusu Xorvatiya, Bolqariya, Macarıstan birgə bəyanat imzalayaraq Kosovonun müstəqilliyini tanıyacaqlarını bildiriblər.
Hər üç ölkə bəyan edib ki, onların qərarı ətraflı düşünülüb və Avropa Birliyinin nəticələrinə əsaslanıb.
Belqrad Kosovonun müstəqilliyini elan etməsinin qanunsuz olduğunu və onun hələ də Serbiyanın cənub əyaləti olaraq qaldığını bildirir.
Bəyanatı imzalayan ölkələr Kosovonun müstəqilliyini elan etməsini nadir hal kimi qiymətləndiriblər və Serbiya ilə əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını bidiriblər.
Serbiya xəbərdar edir
Birgə bəyanatdan aydın görünür ki, Bolqarıstan, Xorvatiya və Macarıstan Avropa Birliyinin və NATO-nun Kosovoda sabitlik və demokratiya qurmaq səylərini dəstəkləyəcəklər.
Macarıstan və Bolqarıstan AB-nin üzvləridir, Xorvatiya isə hazırda təşkilatla bu barədə danışıqlar aparır.
Hər üç ölkə Kosovonun müstəqilliyini tanıdıqlarıın yaxın günlərdə təsdiq edəcəyini bəyan edib.
Bu arada isə Serbiyann xarici işlər naziri Vuk Jeremiç deyib ki, “Kosovonu tanıyan ölkələr Serbiya ilə yaxşı münasibətlərə ümid bəsləməsinlər”.bbc
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir