- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Rusiya parlamenti Kremli Gürcüstanın iki separatçı əyalətinin tanınmasına çağırıb
BayBək, Azərbaycan | Saturday, 22nd March , 2008 , 15:25 [pm] | Dış Xəbərlər
![]() |
. | Tbilisi geri çəkilmək niyyətində deyil
Gürcüstan liderləri Rusiya Dumasının bu qərarına dərhal və hiddətli reaksiya veriblər. Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Qabaşvili ölkə İctimai Telekanalına müsahibəsində Rusiya Dumasının bu qərarını “təcavüzkar |
Bu barədə parlamentin alt palatası Dumada yekdilliklə qəbul edilmiş qərarda prezident Putinə müraciətlə Gürcüstanın NATO-ya üzvlük niyyətilə əlaqədar Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsinə baxılması rica olunur.
Bu qərar Rusiya hökuməti üçün məcburi deyil, lakin müxbirlər bildirirlər ki, parlamentdə prezident Putinin tərəfdarları çoxluq təşkil etdiyindən, onlar Kremllə əvvəlcədən razılaşdırılmamış heç bir qərar qəbul etməzdilər.
Bundan əvvəl Qərbi Avropa və Amerikanın Kosovonun müstəqilliyini tanıması Moskvanın hiddətinə səbəb olmuşdu.
Rusiyanın səbr kasasını daşdıran son damla Gürcüstan prezidenti Mixail Saakaşvilinin ölkəsinin NATO-ya üzvlüyü üçün rəsmən müraciət etməsi və prezident Buşun bu müraciəti dəstəklədiyini bildirməsi olub.
Moskva şantaj edir
Xəbər agentlikləri vurğulayırlar ki, Abxaziya və Cənubi Osetiya Gürcüstandan ayrıldıqlarını elan etdikləri 1990-cı illərdən bəri Moskva bu təşəbbüsə ilk dəfədir ki, belə açıq dəstək bildirib.
Bununla belə, bəzi şərhçilər Dumanın bu qərarının siyasi oyun olduğu qənaətindədirlər.
Bir başqaları isə bunu Gürcüstana qarşı şantaj kimi qiymətləndirilər.
Belə ki, Gürcüstan NATO-ya tamhüquqlu üzv olmaq barədə müraciət edib və bu müraciətə gələn ay alyansın Buxarestdə keçiriləcək sammitində baxılacağı gözlənilir.
Şərhçilərin fikrincə, məhz buna görə də qərarda deyilir ki, “Duma Gürcüstanın NATO üzvlüyü istiqamətində cəhdlərini sürətləndirdiyi təqdirdə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsinə baxılmasını təklif edir”.
Sənəddə bu da vurğulanır ki, Abxaziyada və Cənubi Osetiyada Rusiya pasportu gəzdirən çox sayda vətəndaş var və Moskva onların təhlükəsizliyini qorumağa hazır olmalıdır.
Bu məqsədlə Duma hökuməti bu bölgələrdəki sülhyaradıcı qüvvələrin sayının artırılmasına çağırır.
Tbilisi geri çəkilmək niyyətində deyil
Gürcüstan liderləri Rusiya Dumasının bu qərarına dərhal və hiddətli reaksiya veriblər.
Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Qabaşvili ölkə İctimai Telekanalına müsahibəsində Rusiya Dumasının bu qərarını “təcavüzkar və düşmən qərar” adlandırıb.
Gürcüstan parlamentinin başqa bir üzvü Nikolas Rurua deyib ki, bucür qərarlar Gürcüstanın NATO üzvlüyünə qəbul edilməsini yalnız sürətləndirə bilər.
Belə görünür ki, Rusiya parlamentinin qərarına münasibətdə ölkə müxalifəti hakimiyyətdən daha sərt mövqe tutub.
Birləşmiş müxalifətin lideri Levan Qaçeçeladze deyib ki, görünür, Rusiya öz tərkibində də separatçı hərəkatların olduğunu yaddan çıxarıb.
Məhz buna görədir ki, Moskvada bəzi təhlilçilər Abxaziya və Cənubi Osetiya təşəbbüsünün parlament müraciətindən o yana keçməyəcəyinə inanırlar.bbc
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir