- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

NATO Albaniya və Xorvatiyanın üzvlüyü ilə bağlı danışıqların başlanmasına çağırdı

BayBək, Azərbaycan | Friday, 4th April , 2008 , 02:02 [am] | Dış Xəbərlər

. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO-nun sammitində liderlər Albaniya və Xorvatiyanın üzvlüyü ilə bağlı danışqıların başlanmasına çağırıb. Lakin Yunanıstanla ölkənin adı ilə bağlı mübahisəyə görə Makedoniyanın üzvlük məsələsi təxirə salınıb. Qeyd edək ki, Makedoniya Yunanıstanın


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO-nun sammitində liderlər Albaniya və Xorvatiyanın üzvlüyü ilə bağlı danışqıların başlanmasına çağırıb. Lakin Yunanıstanla ölkənin adı ilə bağlı mübahisəyə görə Makedoniyanın üzvlük məsələsi təxirə salınıb. Qeyd edək ki, Makedoniya Yunanıstanın şimal regionu ilə eyni adı bölüşür. Bu qərar NATO-nun baş katibi Yap De Hup Şxeffer tərəfindən elan edilib. Baş katib Ukrayna və Gürcüstanın da NATO-ya üzvlüyünə yol açılmasına çağırsa da, bu ölkələrin NATO üzvlüyünə hələ hazır olmadıqlarını deyib.

NATO liderləri qarşısında çıxış edən ABŞ prezidenti yeni üzvləri təbrik edib, Makedoniyanın üzvlüyünün təxirə salınmasına görə təəssüfünü bildirib. Lakin prezident Buş adla bağlı mübahisənin həll ediləcəyinə ümid bəslədiyini söyləyib. ABŞ prezidenti Corc Buş sabah Xorvatiyaya, oradan isə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Qara dəniz sahilindəki Soçi şəhərinə yola düşür.voa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2424.azr
azeribaybak[at]gmail.com