- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

“Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil təzyiqlərdən şikayətlənir

BayBək, Azərbaycan | Sunday, 6th April , 2008 , 01:40 [am] | İç Xəbərlər

. Azər Əhmədova istinad edən mətbuat yazır ki, prokurorluq əməkdaşları Aqil Xəlildən ona hücum edən şəxsin kimliyi barədə verdiyi ifadələri dəyişsin.

Öz növbəsində, prokurorluq nümayəndələri bunların həqiqətə uyğun olmadığını bildirərək, Azər Əhmədova onun yaydığı məlumatların istintaq sirri olduğu ilə bağlı xəbərdarlıq ediblər.



Bakıda keçirdiyi mətbuat konfransında “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov həmin qəzetin əməkdaşı olan Aqil Xəlilə edilmiş suiqəsdlə bağlı aparılan istintaq zamanı prokurorluq işçilərinin Aqil Xəlilə təzyiqlər göstərdiyi barədə bəyanat verdi.

Azər Əhmədova istinad edən mətbuat yazır ki, prokurorluq əməkdaşları Aqil Xəlildən ona hücum edən şəxsin kimliyi barədə verdiyi ifadələri dəyişsin.

Öz növbəsində, prokurorluq nümayəndələri bunların həqiqətə uyğun olmadığını bildirərək, Azər Əhmədova onun yaydığı məlumatların istintaq sirri olduğu ilə bağlı xəbərdarlıq ediblər.

Azərbaycan mətbuatının yazdığına görə, dünən verdiyi mətbuat konfransında “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov qəzetin jurnalisti Aqil Xəlilə prokurorluqda təzyiqlərin göstərildiyini iddia etdi.

Xatırladaq ki, martın 13-də Aqil Xəlilə edilən hücum nəticəsində o, ürək nahiyəsindən bıçaq yarasını almışdı.

Aqil Xəlil ona hücum edən şəxslərin adlarını istintaq orqanlarına açıqlamışdı. Jurnalist suiqəsdə məruz qalandan 20 gün əvvəl iki şəxs tərəfindən döyülmüşdü. Həmin döyülmə faktı şahidlər tərəfindən videoya çəkilmişdi və “Azadlıq” qəzetinin əməkdaşları Aqil Xəlili döyən şəxslərdən birinin Milli Təhlükəsizlik Nazirliyinin məsul əməkdaşı olduğunu iddia edirlər.

Mətbuatının yazdığına görə, mətbuat konfransında Azər Əhmədov iddia edib ki, prokurorluq işçiləri Aqil Xəlildən əvvəl verdiyi ifadələrdən imtina etmək və ona hansısa homoseksualistin və ya iş yoldaşının hücum etdiyini deməyə tələb ediblər.

Mətbuatda bildirilir ki, Azər Əhmədovun iddia etdiyinə görə, prokurorluq işçiləri əks halda telekanalların birində bir homoseksualistin Aqil Xəlillə əlaqədə olması barədə açıqlamasının yayılacağını vəd etmişdilər.

Lakin respublika prokurorluğunun sözcüsü Vüqar Əliyevin dediyinə görə, bütün bunlar yalandır. Eyni zamanda Vüqar Əliyev bu məlumatların istintaq sirri olduğunu da bildirdi.

Öz növbəsində, Azər Əhmədov ona edilmiş xəbərdarlığa görə, bu gün yeni bir söz deyə bilməyəcəyini bildirdi.

Lakin hazırda Kürdəmirdə olan Aqil Xəlilin dediyinə görə, prokurorluq işçilərinin onunla davranma üsulları onu narahat edir:

“Aprelin 4-də məni 14 saat ərzində, səhər saat 12-dən gecə saat 2-dək prokurorluqda dindirirdilər və üzləşmə prosesləri olub. Onların hamısı yalan, qondarma və böhtanlardan ibarət idi. İstintaqın gedişi boş-boş cəfəngiyatlar və olmayan şeylərdən ibarətdir. Əlimdə faktlar və sübutlar ola-ola heçnə sübut edə bilmirəm və onlar öz bildiklərini edirlər”.

Azərbaycan Jurnalistlər İttifaqının sədri Elçin Şıxlının dediyinə görə, yaranmış vəziyyətdə o, jurnalistlərin dediklərinə daha çox inanır:

“Adətən 14 saatlıq dindirməyə məruz qalmalı şübhəli şəxs ola bilir. Bu o deməkdir ki, onların Aqili Xəlili bıçaqlayan şəxsləri tutmaq fikirləri yoxdur”.

Lakin Vüqar Əliyevin dediyinə görə, zərərçəkənin uzun müddət prokurorluqda ifadə verməsində təəccüblü bir şey yoxdur.

“İstintaq hərəkətləri tam qanun çərçivəsində həyata keçirilir və istintaq orqanları zərərçəkəni nə qədər məqsədəuyğundursa, o qədər müddətdə dindirə bilər”.

Bununla belə, Aqil Xəlil hesab dir ki, həmin yolla onu susdurmaq cəhdləri edilir:

“Lakinj məni heçnə ilə susdura bilməyəcəklər”.

Elçin Şıxlı isə Aqil Xəlilin istintaqı ətrafında baş verən hadisələri ümumiyyətlə Azərbaycanda jurnalistlərə edilən təzyiq kimi qiymətləndirir:

“Azərbaycan jurnalistlərini günahlandırırlar ki, biz qanunu pozub jurnalist olduğumuza görə, tutulmadığımızı istəyirik. Lakin hazırda mən görürəm ki, Azərbaycanda jurnalistləri tutmaq asan bir şey olub, jurnalistlərə qarşı qanunu pozmuş nüfuzlu vətəndaşları cəzalandırmaq isə böyük problemə çevrilib”.

Son zamanlar bir çox nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda mətbuat azadlıqları ilə bağlı ciddi problemlərin olduğunu dəfələrlə vurğulayıb.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2433.azr
azeribaybak[at]gmail.com