- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
TƏBRİZDƏ BAZAR BAĞLANIB. XOYDA GÜLLƏ SƏSİ EŞİDİLİB. TUTULANLAR VAR
BayBək, Azərbaycan | Thursday, 22nd May , 2008 , 22:36 [pm] | İç Xəbərlər
![]() |
. | Aksiyaçılar arasında tutulanlar var. Onlardan bəzilərinin adları bəllidir. Təbrizdə Həmid Rzai, Məhəmməd Yərhun (sürücüdür), Höccət Tarıverdiyan (Təbriz bazarında zərgər işləyir), Cəmşid Zarei, Əhəd Rəzəvi və Əkbər Hüseynzadə mülki geyimli ETTELAAT əməkdaşları və polis qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıblar.
Xoyda hökumət |
2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq mayın 22-də Təbrizdə və başqa şəhərlərdə keçirilmiş, qanlı qarşıdurma ilə nəticələnmiş aksiyaların ildönümü ilə əlaqədar 2008-ci il mayın 21-də İranda azərbaycanlıların keçirmək istədiyi aksiyaların baş tutub-tutmaması barədə hələ ətraflı məlumat olmasa da, «Media forum» saytı güney mənbələrindən bir sıra informasiyalar toplaya bilib.
Saytın əldə etdiyi məlumata görə, mayın 21-də Təbrizin ən böyük bazarında (köhnə bazarda) əksər ticarət obyektləri bağlı olub. Bazarın qızıl satılan hissəsi - zərgərlər bazarı tam bağlı olub.
Qeyd edək ki, köhnə bazarın üstü büsbütün örtülüdür. Bu səbəbdən bazarda güngüzlər də işıq yanır. Mayın 21-də bazarın içinə demək olar qaranlıq çöküb. Bu təkcə ticarət obyektlərinin işləməməsi ilə əlaqədar olmayıb. Obyektlərin sahibləri həm də iki il əvvəl Təbriz aksiyaları dağıdılarkən öldürülmüş azərbaycanlıların xatirəsini anmaq məqsədilə işıqları söndürüblər.
Hökumət qüvvələrinin bütün təzyiq və maneələrinə baxmayaraq şəhərin bir sıra yerlərində aksiyaların baş tutduğu bildirilir.
Aksiyaçılar arasında tutulanlar var. Onlardan bəzilərinin adları bəllidir. Təbrizdə Həmid Rzai, Məhəmməd Yərhun (sürücüdür), Höccət Tarıverdiyan (Təbriz bazarında zərgər işləyir), Cəmşid Zarei, Əhəd Rəzəvi və Əkbər Hüseynzadə mülki geyimli ETTELAAT əməkdaşları və polis qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıblar.
Xoyda hökumət qüvvələri dəyənəklərlə aksiyaçıları dağıtmağa cəhd göstəriblər. Şəhərin bir neçə məntəqəsində güllə səsləri eşidilib. Şəhərdə aksiyaçılardan birinin gülləyə tuş gəldiyi haqda təsdiqlənməmiş xəbərlər yayılıb.
Zəncanda dörd aksiyaçının tutulduğu təsdiqlənsə də, onların adları hələ məlum deyil.
Miyana, Muğan, Əhər və Xiyav (indiki adı Meşkinşəhr) şəhərlərində də fövqəladə vəziyyət hökm sürür.
Güney mənbələri yaxın günlərdə aksiyalarla bağlı ətraflı məlumat və şəkillər yayacaqlarını bildirir.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir