- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Güney Azərbaycan,da Milli Ayaqlanmanın ikinci il dönümü ilə bağlı Güney Azərbaycan Qurtuluş Partiyası-nın bildirişi!
BayBək, Azərbaycan | Friday, 23rd May , 2008 , 03:34 [am] | Bildirişlər
![]() |
. | May ayaqlanmasının 2-ci il dönümündə Azərbaycan Milli Hərəkatı –AMH-nin geniş çağırışı olmadığı halda, gənc milliyyətçilərin Təbriz mərkəzində rejim ordusuna sinəgərməsi “Biz varıq, olacayıq və Güney Azərbaycan Türk Cümhuriyyətini quracayıq” mesaji ulu millətimizin dönməz iradəsinin simgəsi kimi özünü göstərdi. FanFaşist Fars Şovinizminin bölgəmizdə olan yerli basqı güclərinə inanmaması və möhtəməl göstərilərə həftələr |
Əziz Milletimiz!
Bu günlər 1385 Xurdad (2006 May) ayqlanmasının 2-ci il dönümüdür. Rejim millətimizin geniş aksiyalar keçirməyəcəyini, gücünü gelecək günlərə saxlayacağını bildiyi halda, təpədən –dırnağa qədər silahlanmış güçü ilə Təbriz, Xoy, Sulduz, Urmu, Zəngan, Ərdəbil vb. şəhərlərimizdə hərbi ordu qurubdur. Məşhəddən, İsfəhandan, Qomdan və Farsistanın çeşitli şəhərlərindən Azərbaycana sövq edilən basqı ordusunun hər gün artması, Azərbaycanın PanFaşit Fars şovinizmi tərəfindən rəsmi şəkildə işqal altında olmasını ap-aydın göstərir.
May ayaqlanmasının 2-ci il dönümündə Azərbaycan Milli Hərəkatı –AMH-nin geniş çağırışı olmadığı halda, gənc milliyyətçilərin Təbriz mərkəzində rejim ordusuna sinəgərməsi “Biz varıq, olacayıq və Güney Azərbaycan Türk Cümhuriyyətini quracayıq” mesaji ulu millətimizin dönməz iradəsinin simgəsi kimi özünü göstərdi. FanFaşist Fars Şovinizminin bölgəmizdə olan yerli basqı güclərinə inanmaması və möhtəməl göstərilərə həftələr qala farsistandan yabancı tətikçilərinin Azerbaycana axızması, bir böyük anlamın kiçik işarətidir. Rejim artıq Türk adı daşıyan hər kəsi öz qarşısında görməkdədir. 2-il bundan öncə may ayaqlanması və keçmiş illərin Babək Qurultaylarında milyonluq göstərilər rejimi elə psikolojik qorxuya salmışdır ki, hətta bir fotbol yarışması da onu qara-qara düşündürməyə kifayət edir.
Rejim Türk pasdarına, Türk polisinə və Türk hərbiçisinə güvənməməkdə haqlıdır. Rejim bundan sonraki Babəklərin və Xurdadların olacağında Türk olan hər kəsi satın alamayacağını gözəl başa düşmüşdür. Rejim bunu yaxşı başa düşür ki, məsləkindən, dinindən, sosiyal yerindən, siyasi baxışından, cinsiyyətindən vb.-dan asılı olmayaraq hər Azərbaycan Türkü kimliyini başa düşəndən sonra qarşısında düşmən şovinizmi axtarmağa və neçə nəsilin qisasını almağa qalxacaqdır. Şovinist düşmən Azərbaycanın nə olduğunu və tarixdə nələr yazdığını dərindən bilir. Bu üzdəndir ki, hətta Xamneyi kimi satqınlara da inanmamağa başlayıbdır.
Bəs biz necə? Düşmənimizi nə dərəcə tanıyırıq? Xurdad (may) ayaqlanması bizim tədirginliyimizə ən doğru cavabı verdi. May Hərəkatı, tam şəkillənməmişik, amma yaxın gələcəkdə millətləşmə yolunda böyük addımlar atacayıq mesajini vermiş oldu. Bu ayaqlanma DÜNYADA BİZ DƏ VARIQ, MESAJİNİ AL QANLA YAZMIŞ OLDU! Fars şovinizmi bütün dinçi, solçu, sağçı və milliyətçisi ilə bu mesajin dünyaya yayılmasına əngəl olmağa çalışsa da sonucda uğursuz qaldı. May (Xurdad) ayqlanması bir Milli-Azadlıq Hərəkatı kimi dünyanın zirvəsində yazıldı. Bu çağdaş ayaqlanmamızın ilkidirsə, sonunun qələbəsinin qaçırılmazlığını damğaladı. May ayaqlanması millətimizin bir millət kimi oluşmasında böyük və danılmaz rol oynadı. Millətimiz, maydan sonra fars şovinizminə qarşı psikolojik üstünlüyə əl tapdı.
Qutsal torpağımızın hələ çox yaz görməmiş Lalələrlə suvarılması, Rejim zindanlarının gənclərimizdən dol-boş olması, ana, ata, uşaq, eş, bacı və qardaşların göz yaşı axızması, milyardlar dollara qarşın ailələrın şəhər düstağı olması, şəxsiyyətə və cinsə təcavus olunması vb..larına rəğmən, rejim bu ulu millətin böyüklüyü qarşısında çökdü! Və sözsüz ki, yaxın illərdə “Dünyanın son Aparteid Rejimi Türklər əlilə çökdü!” xəbəri ilə bir çöküşün son aşaması da görünəcəkdir.
Xurdad (may) 2-ci il dönümünün mənzərəsi:
1- Təbrizdə yayılan bir bildirişlə rejim qorxu içində çulqanır. Farsistanda Türklərə qarşı eytimlənmiş iki metirlik dil bilməzləri Azərbaycana göndərir. Bu özəl gücləri Təbrizin Bağşumal və Gəncəviyan stadiomlarında hazırbaş saxlayır.
2- Rejim, Təbrizin Bazar ağızındaki bütün tikinti damlarında tətikçilərini və kamaraçılarını yerləşdirir.
3- Azərbaycanda, özəlliklə Təbrizdəki (Mobail) əl telefonlarını ilətişim şəbəkəsindən çıxarılır.
4- Təbrizin Bazar, Bağırxan, Bilimyurd bölgələri bütünlüklə qoruğa alınır. Bu məkanlarda 3-nəfərdən artıq yığıncaqlar vəhşicəsinə dağıdılır.
5- Tehranda Pasdar Əhmədinəjadla kəsintisiz ilətişim qurulur. Belə ki, Əhmədinəjad bu qündə bütün rəsmi toplantılarını ləğv və ya qissa edərək birbaşa Təbriz Ayaqlanmasını xəbərlərini izləyir.
6- May-ın 2-ci il dönümü yaxınlaşdıqca təkcə Təbrizdə deyil, Urmuda, Xoyda vb.-şəhərlərdə də tutuqlamalar başlayır.
7- Rejim əlində girov tutmuş minlərcə ev, dükan, qiymətli kağız və daşınmaz sənədlərin sahiblərini çağırır və ya telefonla arıyır, küçəyə çıxmamaq üçün onları uyarır. Bir uyarılmış fəalın dediyinə görə, onun küçədə tutulması halında casusluq ittihamı ilə məhkəmə olacağını soyləmişdirlər.
8- Bir iqtisatçı milli fəalın hesablamasına görə, rejimin bir bildiriş qarşılığında xərclədiyi para miqdadı “Mərənd şəhərinin bir həftəlik budcəsinin 5 mislidir!!!”
Rejim Azərbaycan Milli Hərəkatının varlığından elə qorxuya düşübdur ki, hər gecə qara May (Xurdad) yuxusu görür. Sözsüz ki, şovinist varkən Azərbaycan Türk Millətinin susqunluğu PanFaşist Fars rejimi üçün ağ və Millətimizin hər ayaqlanması düşmən üçün qara sayılacaqdır.
Yaşasın Bütöv Azərbaycan Türk Milləti!
Yaşasın Güney Azərbaycan Milli Hərəkatı!
Unudulmaz olsun Xurdad (May)-da tökülən al qanlar!
Güney Azərbaycan Qurtuluş Partiyası – QURTULUŞ
2008/05/22
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir