- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Məmməd Əmin Rəsulzadənin XATİRƏ DAŞI QARŞISINA QOYULAN ƏKLİLİ GÖTÜRÜBLƏR
BayBək, Azərbaycan | Saturday, 24th May , 2008 , 16:17 [pm] | İç Xəbərlər
![]() |
. | Mayın 23-də Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi Məmməd Əmin Rəsulzadənin universitet ərazisində yerləşən xatirə daşı qarşısına əklil qoyub. Onlar bunun Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü ilə əlaqədar olduğunu bildiriblər.
Lakin az keçməmiş bir neçə adam gələrək əklili xatirə daşının qarşısından götürüb. Onlar bunu universitet rektorluğunun tapşırığı ilə etdiklərini bildiriblər. |
Mayın 23-də Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi Məmməd Əmin Rəsulzadənin universitet ərazisində yerləşən xatirə daşı qarşısına əklil qoyub. Onlar bunun Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü ilə əlaqədar olduğunu bildiriblər.
Lakin az keçməmiş bir neçə adam gələrək əklili xatirə daşının qarşısından götürüb. Onlar bunu universitet rektorluğunun tapşırığı ilə etdiklərini bildiriblər.
Tələbələr «Azadlıq» radiosuna deyiblər ki, hər il Xalq Cümhuriyyətinin yarandığı gün - mayın 28-də xatirə daşı qarşısına əklil və gül dəstələri qoysalar da, universitet rəhbərliyinin göstərişi ilə onları dərhal götürürlər.
BDU-nun mətbuat xidmətinin rəhbəri Şərəf Cəlili isə radioya bildirib ki, rektorun belə bir göstərişi olmayıb. O, cümhuriyyətin 90 illiyi ilə bağlı BDU-da tədbir keçiriləcəyini söyləyib.
Bakı Dövlət Universiteti 1919-cu ildə Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə yaradıldığından bir müddət bu ali təhsil müəssisəsi onun adını daşıyıb. 1992-ci ildə Rəsulzadəyə abidə ucaltmaq məqsədilə universitetin qarşısında xatirə daşı qoyulub. Lakin sonradan Rəsulzadənin adı universitetdən götürülüb.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir