- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

QARABAĞ DANIŞIQLARINI RUSİYA POZUB

BayBək, Azərbaycan | Monday, 26th May , 2008 , 16:14 [pm] | İç Xəbərlər

. “2006-cı ilə qədər Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar Azərbaycanın ərazi bütövlüyünün tanınması prinsipi çərçivəsində gedirdi, lakin həmin il Minskdə MDB sammiti zamanı prezidentlər arasında keçirilən görüşdən sonra Ermənistan mövqeyini dəyişdi”. Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov “Azadlıq” radiosuna müsahibəsində deyib. “2004-cü ildən başlayaraq münaqişənin həlli ilə bağlı müzakirələr ”Praqa prosesi” çərçivəsində irəliləmişdi. 2004-cü ildə biz Praqada ATƏT-in Minsk Qrupunun həmsədrləriylə


Araz Əzimov nizamlama prosesinin maraqlı məqamlarını açıqladı.

“2006-cı ilə qədər Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar Azərbaycanın ərazi bütövlüyünün tanınması prinsipi çərçivəsində gedirdi, lakin həmin il Minskdə MDB sammiti zamanı prezidentlər arasında keçirilən görüşdən sonra Ermənistan mövqeyini dəyişdi”. Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov “Azadlıq” radiosuna müsahibəsində deyib. “2004-cü ildən başlayaraq münaqişənin həlli ilə bağlı müzakirələr ”Praqa prosesi” çərçivəsində irəliləmişdi. 2004-cü ildə biz Praqada ATƏT-in Minsk Qrupunun həmsədrləriylə bir araya gəlib, prosesin hansı əsaslarda aparılacağını müzakirə etmişdik. O zaman bu prosesin bünövrəsini təşkil edən əsas elementlər müzakirə olunmuşdu” deyə Əzimov bildirib.

Nazir müavininin sözlərinə görə, həmin əsas məqamlar bunlar idi: 1. Azərbaycan problemin həllini yalnız özünün ərazi bütövlüyü çərçivəsində təsəvvür edir, Dağlıq Qarabağ regionu Azərbaycanın tərkibində qalır. 2. Azərbaycanlılar Dağlıq Qarabağa qayıdır. 3. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi yalnız iki icmanın eyni səviyyədə, təhlükəsiz birgəyaşayışı və əməkdaşlığı şəraitində aparılır. Onlar bu işdə iştirak edirlər, buna nail olmaq üçünsə hərbi məsələlər həll edilir, yəni ərazilər boşaldılır, minalardan təmizlənir və s. Praqa elementləri məhz bunlar idi: “2004-cü ildən 2006-cı ilin noyabrına qədər bu proses inkişaf edirdi. Lakin təəssüf ki, 2006-cı ilin dekabr ayında Minskdə yüksək səviyyədə keçirilən görüşlər zamanı ermənilər öz mövqelərinə dəyişiklik gətirməyə və qeyri-konstruktiv, destruktiv mövqe tutmağa başladılar. Beləcə, 2007-ci ilə qədəm qoyduq. Daha sonra Ermənistanda parlament seçkiləri, prezident seçkisi keçirildi. Məncə, bu proses çərçivəsində həmsədrlər də müəyyən səhvlərə yol vermişdi. Lakin bu səhvlər heç də dönməz deyil, proses düzəlməlidir. Ərazi bütövlüyü məsələsinin alternativi yoxdur”.

Qeyd edək ki, söhbət 2006-cı ilin noyabrında Minskdə MDB-nin sammiti zamanı Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında aparılan danışıqlardan gedir. Həmin görüşdən əvvəl prezidentlərin razılaşma əldə edəcəyinə böyük ümidlər var idi. Lakin bu, baş tutmadı və əgər məsələ cənab Əzimovun dediyi kimidirsə, belə nəticə çıxır ki, Ermənistan həmin görüşə qədər danışıqlarda nisbətən konstruktiv mövqe tutub, lakin Minsk görüşündə mövqeyini dəyişib və beləliklə razılaşmaya olan ümidlər boşa çıxıb. Şübhəsiz ki, burada Rusiyanın rolu danılmazdır. Çünki Ermənistan Qarabağ danışıqlarında Rusiya ilə razılaşdırmadan heç bir addım atmayıb və atmır. Dəfələrlə olub ki, danışıqlar prosesində hansısa ümidlər yarandığı bir vaxtda Rusiya diplomatlarından aldıqları təlimat əsasında erməni tərəfdən prosesi aparanlar diametral zidd mövqeyə keçiblər.

Əzimov deyib ki, məhz Minsk danışıqlarından sonra Azərbaycan Qarabağ məsələsini BMT müstəvisinə çıxarmaq üçün səylərə başlayıb.

Onun sözlərinə görə, BMT-də qəbul olunmuş qətnamə Praqa elementlərinə əsaslanır, yəni ərazilər boşaldılır, məcburi köçkünlər öz torpaqlarına qayıdır və iki icmanın iştirakı ilə özünüidarəetmə mexanizmi yaradılır. Diplomatın fikrincə həmsədr ölkələrin bu qətnaməyə qarşı çıxmalarının səbəbini anlayır: “Onlar aparılan prosesə kənardan hansısa faktorların gətirilməsini qəbul etməkdə çətinlik çəkirlər.

Düşünürlər ki, onlara sakit bir şərait lazımdır ki, Ermənistan hansısa bəhanə axtarmadan müzakirəyə cəlb edilsin. Lakin belə sükut şəraitinin yaradılması Ermənistana imkan verir ki, öz destruktiv mövqeyini davam etdirsin. Ona görə Azərbaycan öz iqtisadi inkişafı ilə, regional layihələr irəli sürməklə, region səviyyəsində öz rolunu təsbit etməklə və siyasi addımlar atmaqla yeni mühit yaradır. Elə bir mühit ki, Ermənistan hiss etsin, anlasın ki, vəziyyət dözülməzdir”. Əzimova görə, həmsədrlər prosesi istədikləri kimi idarə etməyə çalışırlar. Nazir müavini deyib: “Azərbaycan tərəfi bütün siyasi spekulyasiyaları bir kənara qoyub Ermənistana konkret sualla müraciət edir ki, onlar münaqişənin həllinə hazırdırlarmı? Çünki münaqişənin həlli yalnız bir əsasda olacaq - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Bu ”hə”, ya “yox” məsələsidir. Razıdırlarsa, bütün məsələləri həll etmək mümkün olacaq. Azərbaycan bu prinsip çərçivəsində güzəştlərə hazırdır”.

Qeyd edək ki, Ermənistanın yeni formalaşan hakimiyyəti də əvvəlki kimi danışıqların yalnız Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi prinsipi əsasında aparıla biləcəyini bildirir. Bu cür mövqe ilə həm prezident Serj Sərkisyan, həm də xarici işlər naziri David Nalbəndyan çıxış ediblər. Erməni tərəfi bildirir ki, danışıqlar masası üzərindəki sənəd Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi hüququna əsaslandığı üçün qəbul edilə bilər. Əgər rəsmi Bakının da mövqeyi Əzimovun açıqladığı ilə üst-üstə düşürsə, bu, o deməkdir ki, erməni tərəfinin mövqeyi üzündən danışıqlar prosesi artıq heç bir məna kəsb etmir.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2450.azr
azeribaybak[at]gmail.com