- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

30 milyondan çox Azərbaycanlı elementar hüquqlardan məhrumdur

BayBək, Azərbaycan | Tuesday, 27th May , 2008 , 03:27 [am] | İç Xəbərlər

. BAXCP sədri millət vəkili Qüdrət Həsənquliyev komitədə İran haqqında hazırlanan məruzədə azərbaycanlıların problemlərinin əksini tapmadığını bildirib: “Mən bunu amerikalı məruzəçinin nəzərinə çatdıraraq dedim ki, Qərb, o cümlədən ABŞ, NATO İrandakı demokratik proseslərə lazımi diqqət yetirmir və dəstək vermir. Bildirdim ki, İranda yaşayan 30 milyondan çox azərbaycanlı öz elementar hüquqlarından məhrumdur, onların


BAXCP sədri NATO Parlament Assambleyasında Güney Azərbaycan türklərinin problemlərini qaldırıb.

NATO Parlament Assambleyasının Berlində keçirilən plenar sessiyası bu gün öz işinə başlayır. Ötən bir neçə gün ərzində isə Assambleyasının komitələrində müxtəlif mövzuları əhatə edən müzakirələr davam etdirilib. Bu barədə mətbuata Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev məlumat verib.

Onun sözlərinə görə, Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində “Kosovo və Balkanlarda gələcək təhlükəsizlik”, “Orta Asiyada demokratiya və təhlükəsizlik”, “Enerji təhlükəsizliyi: əhəmiyyətli enerji resurslarının mühafizəsi”, “Qara dəniz regionunda din və dövlət”, Müdafiə və Təhlükəsizlik Komitəsində “NATO əməliyyatları: hazırkı prioritetlər və çıxarılmış dərslər”, “NATO üzvü olmayan ölkələrin NATO əməliyyatlarına töhfəsi”, “Atlantik əməkdaşlıq üçün cari və gələcək imkanların prioritetləri”, İqtisadiyyat və Təhlükəsizlik Komitəsində “Əfqanıstanın iqtisadi rekonstruksiyası: inkişaf və təhlükəsizlik sahəsində əməkdaşlıq”, “Hindistan iqtisadiyyatının yüksəlişi”, “Yeni Rusiya iqtisadiyyatında bazar və dövlət”, Siyasi Komitədə “NATO-nun gələcək siyasi gündəmi”, “NATO-da hazırkı və gələcək tərəfdaşlıq”, “İran: NATO-nun siyasi cəhətdən qoşulması üçün iş”, elm və texnika komitəsində “Qlobal nüvə təhlükəsinin azaldılması” məsələləri müzakirə olunub.

Qüdrət Həsənquliyev bildirib ki, Siyasi Komitədə Rusiya-Gürcüstan münasibətləri də müzakirə edilib. Əvvəlcə Gürcüstanın baş nazirinin müavini, sonra isə Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski, Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin çıxış edib: “Bütün NATO üzvləri birmənalı şəkildə Rusiyanın mövqeyini pisləyir. Onlar bəyan edirlər ki, Rusiyanın, başqa ölkələrin NATO-ya üzvlüyünə veto qoymaq hüququ yoxdur. Gürcüstanın baş nazirinin müavini onu da dedi ki, bu ölkədə parlament seçkiləri demokratik keçirilib. NATO-ya üzvlüklə bağlı Gürcüstanın qarşısında qoyulmuş şərtlərdən biri də parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsidir. NATO PA-nın Böyük Britaniyadan olan nümayəndə heyəti də həmin seçkiləri müşahidə etmişdi. Onlar da seçkilərdə ciddi qanun pozuntusunun olmadığını bildirdilər. Ona görə də Siyasi Komitə Gürcüstanın NATO-ya üzvlüyünü müdafiə etdi”.

Qeyd edək ki, NATO Parlament Asssambleyasının Siyasi Komitəsinin mayın 24-də keçirilən iclasında İranla bağlı aparılan müzakirələrdə həmin ölkədə yaşayan azərbaycanlıların problemləri də diqqət mərkəzinə gətirilib.

BAXCP sədri millət vəkili Qüdrət Həsənquliyev komitədə İran haqqında hazırlanan məruzədə azərbaycanlıların problemlərinin əksini tapmadığını bildirib: “Mən bunu amerikalı məruzəçinin nəzərinə çatdıraraq dedim ki, Qərb, o cümlədən ABŞ, NATO İrandakı demokratik proseslərə lazımi diqqət yetirmir və dəstək vermir. Bildirdim ki, İranda yaşayan 30 milyondan çox azərbaycanlı öz elementar hüquqlarından məhrumdur, onların ən azı milli-mədəni muxtariyyətləri təmin olunmalıdır”. Qüdrət Həsənquliyev müzakirə zamanı İranın Azərbaycan üçün təhlükə olduğunu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında Rusiya ilə yanaşı, İranın da rolunun olduğunu söyləyib.

BAXCP sədri mayın 25-də NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində “Qara dəniz hövzəsində din və dövlət” mövzusunda müzakirələr aparıldığını, bu müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun çıxış etdiyini deyib. Ziyafət Əsgərov məruzəçinin Azərbaycanda radikal dini qruplaşmalara qarşı repressiv metodlardan istifadə olunması fikrinə etirazını bildirib.

O, Azərbaycanda tolerantlığın hökm sürdüyünü vurğulayaraq islam dininə aidiyyəti olmayan 30-dan çox dini təşkilatın qeydiyyatdan keçdiyinə diqqət çəkib. Bu iraddan sonra məruzəçi Azərbaycanda dini tolerantlığın mövcud olduğunu etiraf edib. Qüdrət Həsənquliyevin sözlərinə görə, bu zaman Ermənistandan olan deputatlardan biri Azərbaycanda erməni kilsəsinə qarşı dözümsüzlük olduğunu iddia edib: “Mən isə iştirakçıların nəzərinə çatdırdım ki, erməni nümayəndənin dedikləri həqiqətə uyğun deyil. Bakının mərkəzində erməni kilsəsi var və oradakı kitabxana da qorunub saxlanır. Hətta Bakıya gələn erməni ziyalıları orada olublar”.

NATO Parlament Assambleyasının plenar sessiyası bu gün öz işinə başlayır. Müzakirələrdə NATO PA-nın prezidentinin və NATO baş katibinin çıxışları nəzərdə tutulub. Sentyabr ayında isə NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsinin üzvləri Azərbaycana səfər edəcəklər.

P.S. Yazı BAXCP sədri Qüdrət Həsənquliyevin APA, ANSPRESS agentliklərinə və “Xalq Cəbhəsi” qəzetinə açıqladığı məlumatlar əsasında hazırlanıb.axcp

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2455.azr
azeribaybak[at]gmail.com