- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Moskva məkrli plan hazırlayıb
BayBək, Azərbaycan | Friday, 30th May , 2008 , 16:05 [pm] | İç Xəbərlər
![]() |
. | “Hərbi əməliyyatların başlamayacağıyla bağlı imperativ öhdəliyin götürülməsi Bakının əl-qolunun bağlanmasına gətirib çıxara bilər”.
İki gün öncə İrəvanda peyda olaraq mətbuat konfransı düzənləyən ATƏT-in Minsk qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirov təhlükəli açıqlama verib. O deyib ki, tərəflər hərbi əməliyyatların bərpa edilməyəcəyilə bağlı imperativ öhdəlik |
“Hərbi əməliyyatların başlamayacağıyla bağlı imperativ öhdəliyin götürülməsi Bakının əl-qolunun bağlanmasına gətirib çıxara bilər”.
İki gün öncə İrəvanda peyda olaraq mətbuat konfransı düzənləyən ATƏT-in Minsk qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirov təhlükəli açıqlama verib. O deyib ki, tərəflər hərbi əməliyyatların bərpa edilməyəcəyilə bağlı imperativ öhdəlik götürməlidirlər: “Bu, sadə məsələ deyil, ancaq Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən, işğal olunmuş ərazilərin azad edilməsindən və qaçqınların öz evlərinə qayıtmasından daha önəmlidir”.
Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Qabil Hüseynli qeyd etdi ki, Vladimir Kazimirovun söylədiklərinə sıradan və keçmiş həmsədrin öz təşəbbüsüylə dilə gətirdiyi fikir kimi yanaşmaq yanlış olardı. Onun sözlərinə görə, Vladimir Kazimirov Dağlıq Qarabağ münaqişəsinə münasibətdə həmişə ermənipərəst mövqeyilə fərqlənib.
Danışıqlar prosesinin destruktiv məcəraya yönəldilməsində, kompromis vəziyyətlərinə gətirən yolların bağlanmasında sabiq həmsədrin həm mövqeyi, həm də müxtəlif mətbu orqanlardakı yazıları və Rusiyanın dövlət rəsmilərinə verdiyi tövsiyələr önəmli rol oynayıb. Politoloq bildirdi ki, Vladimir Kazimirov ATƏT-in Minsk qrupunun həmsədrliyindən getdikdən sonra da qeyri-rəsmi surətdə Rusiyanın Dağlıq Qarabağla bağlı siyasətini yönləndirən əsas fiqurlardan biri olub. Bu şəxsin müxtəlif səviyyələrdə bəyanatları, çıxışları danışıqların konstruktiv axarına maneə olan səy kimi dəyərləndirilməlidir. Qabil Hüseynliyə görə, indi də Vladimir Kazimirovun İrəvanda belə danışması Rusiyanın danışıqlar prosesinə, o cümlədən iyunun 6-8-də Azərbaycan və Ermənistan prezidentlərinin gözlənən Sankt-Peterburq görüşünə yanaşma metodundan xəbər verir. Bu da səbəbsiz deyil. Politoloq vurğuladı ki, bu gün Rusiyanı narahat edən əsas məsələlərdən biri Azərbaycanın hərbi cəhətdən güclənməsi, NATO-ya meyllənməsi, ABŞ-la hərbi-strateji əlaqələrinin güclənməsidir.
Ona görə də indidən Azərbaycanı hərbi əməliyyatlara başlamayacağıyla bağlı məcburi öhdəliyi öz üzərinə götürməyə vadar etməyə çalışırlar. Bu isə Bakının manevr imkanlarının heçə endirilməsi, əl-qolunun bağlanması və nəticə etibarilə böyük güclərin, ilk növbədə Rusiyanın diqtə etdiyi sülhə Azərbaycanın məcbur olunmasına gətirib çıxara bilər: “Ona görə də Vladimir Kazimirovun söylədikləri çox təhlükəli və pozucu bir mövqedir. Vladimir Kazimirov və Rusiya rəsmiləri Azərbaycan torpaqları işğal ediləndə, rus qoşunlarının köməkliyilə azərbaycanlılar öz yurd-yuvasından didərgin salınanda, problemlərimizin üstünə problem qoyulanda susurdular. Amma indiki vəziyyətdə ermənilərin xeyrinə olmayan məqamların yarandığını və belə məqamların artdığını görəndə narahat olmağa başlayıblar. Yenə də müxtəlif ideoloji-siyasi fəndlər düzəltməyə və Azərbaycanı bunun içərisinə salmağa çalışırlar”.
Qabil Hüseynli hesab edir ki, rəsmi Bakı buna getməyəcək və gedə də bilməz. Çünki bu, Azərbaycanın son dövrlər yeritdiyi siyasətin fəlsəfəsinə uyğun gəlmir: “Bir daha bildirim ki, Sankt-Peterburqda da danışıqların əsas mövzusunu, ana xəttini hərbi əməliyyatların başlamayacağıyla bağlı imperativ öhdəliyin götürülməsi təşkil edəcək. Düzdür, bunun gözünə müəyyən şeylər də qatacaqlar. Yəni Azərbaycan belə öhdəliyin götürülməsiylə razılaşarsa, işğal olunmuş torpaqların bir hissəsinin mərhələli şəkildə qaytarılması kimi şirnikləndirici vədlər verilə bilər. Tutaq ki, əvvəlcə beş rayondan danışılırdısa, indi o rayonların sayı 7-yə də qaldırıla bilər. Beləliklə də Azərbaycanı çox hiyləgərliklə düşünülmüş bir mühasirə həlqəsinə salmaq istəyi var. Amma bu məkrli planın mahiyyəti hamıya bəllidir”.acxp
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir