- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycan və Ermənistan prezidentləri görüşüb

BayBək, Azərbaycan | Saturday, 7th June , 2008 , 10:59 [am] | İç Xəbərlər

. Bu, Ermənistanda prezident seçkilərindən sonra iki dövlət başçısının ilk görüşü idi. Görüşdən sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan danışıqları “konstruktiv” adlandırıb. Nazirlərin sözlərinə görə, prezidentlər bir-birinin problemin həllinə “yanaşmaları” ilə tanış olub.


Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olub. Danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.

Bu, Ermənistanda prezident seçkilərindən sonra iki dövlət başçısının ilk görüşü idi. Görüşdən sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan danışıqları “konstruktiv” adlandırıb. Nazirlərin sözlərinə görə, prezidentlər bir-birinin problemin həllinə “yanaşmaları” ilə tanış olub.

Dövlət başçıları xarici işlər nazirlərinə danışıqlar prosesinin irəliləməsi məqsədilə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə işi davam etdirməyi tapşırıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə iyunun sonunadək regiona səfər edəcək.

ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Metyu Brayza da prezidentlərin görüşünü “uğurlu” adlandırıb. O, vasitəçilərin təkliflərinin tərəflərin istəkləri nəzərə alınmaqla “yaxşılaşdırılmasına” zərurət olduğunu qeyd edib. Rusiyalı həmsədr Yuri Merzlyakov vasitəçilərin “konkret nəticələr əldə olunmasını hədəf tutaraq” əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirib.

Müstəqil politoloqlar isə görüşün və danışıqların real nəticə verəcəyinə inanmır. Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, regionda siyasi situasiya yalnız Azərbaycan və Gürcüstan NATO-ya qəbul edildikdən sonra müsbətə doğru dəyişə bilər.voa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2475.azr
azeribaybak[at]gmail.com