- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri seçilib
BayBək, Azərbaycan | Sunday, 8th June , 2008 , 14:35 [pm] | İç Xəbərlər
![]() |
. | DAK Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayevin verdiyi məlumata görə, iyunun 6-8-də keçirilən qurultay birinci günü İranda yaşayan azərbaycanlıların milli hüquqları, İranın (Güney) Azərbaycanlılar yaşayan şəhərlərində 2006-cı ilin mayında baş verən qanlı hadisələr, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü və Azərbaycan diasporunun vəziyyəti barədə müzakirələr aparılıb. Qurultayın sonuncu günü isə DAK-ın təşkilati məsələlərinə baxılıb. |
Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) X qurultayı bu gün işini yekunlaşdırıb.
DAK Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayevin verdiyi məlumata görə, iyunun 6-8-də keçirilən qurultay birinci günü İranda yaşayan azərbaycanlıların milli hüquqları, İranın (Güney) Azərbaycanlılar yaşayan şəhərlərində 2006-cı ilin mayında baş verən qanlı hadisələr, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü və Azərbaycan diasporunun vəziyyəti barədə müzakirələr aparılıb. Qurultayın sonuncu günü isə DAK-ın təşkilati məsələlərinə baxılıb.
İ. Ağayev bildirib ki, qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişiklik edilib. Qurumda həmsədrlik institutu yaradılıb – Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın həmsədrləri seçilib. Təşkilatın 17 nəfərdən ibarət İdarə Heyəti (8 nəfər Güney Azərbaycandan, 1-i Türkiyədən, 4-ü MDB ölkələrindən, 5-i isə Azərbaycandan), 50 nəfərlik Məşvərət Məclisi formalaşdırılıb. Qurultayda Qarabağ münaqişəsi və İrandakı azərbaycanlıların hüquqları ilə bağlı bəyanat da qəbul edilib.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir