- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Əfqanıstana işğal hədiyyəsi: Fahişəlik

BayBək, Azərbaycan | Thursday, 12th June , 2008 , 03:22 [am] | Dış Xəbərlər

. əfqan qızı Fatimənin başına gələnlər qeyd olunub.Belə ki, sözügedən saytda yerləşdirilən xəbərə görə, müharibə zamanı evlərini tərk edərək İrana üz tutan Fatimə adlı əfqan qız ölkəsinə geri qaytdıqdan sonra yaşamaq üçün bədənini satmağa məcbur olduğunu deyib. Fatimənin bildirdiyinə görə, vətəninə qayıtdıqdan sonra iş tapa bilmədiyi zaman anasına və bacı-qardaşlarına baxmaq üçün fahişəlik etməkdən başqa yolu qalmayıb. Hazırda Fatimə hər gün müştəri tapa bilmək üçün dodaqlarını boyayaraq küçə-küçə dolaşır.“Hər gün səhər tezdən oyanıb


Əfqanıstan işğal edildikdən sonra ölkədə demokratiya və müstəqillik əvəzinə qadın cinayəti və fahişəlik getdikcə yayılır.

İslamonline informasiya portalında yerləşdirilən məlumatda əfqan qızı Fatimənin başına gələnlər qeyd olunub.Belə ki, sözügedən saytda yerləşdirilən xəbərə görə, müharibə zamanı evlərini tərk edərək İrana üz tutan Fatimə adlı əfqan qız ölkəsinə geri qaytdıqdan sonra yaşamaq üçün bədənini satmağa məcbur olduğunu deyib. Fatimənin bildirdiyinə görə, vətəninə qayıtdıqdan sonra iş tapa bilmədiyi zaman anasına və bacı-qardaşlarına baxmaq üçün fahişəlik etməkdən başqa yolu qalmayıb. Hazırda Fatimə hər gün müştəri tapa bilmək üçün dodaqlarını boyayaraq küçə-küçə dolaşır.“Hər gün səhər tezdən oyanıb şəhərin ətrafında dolanıram. Müştərilərim mənimlə qiymət barəsində sövdələşdikdən sonra məni özləri ilə aparırlar” – deyə Fatimə bildirib.

RAVA təşkilatının hesabatına görə, 2001-ci ildə Taliban hakimiyyətinə son qoyulduqdan sonra mühafizəkar ölkə olan Əfqanıstanda fahişəlik olduqca yayılıb. Hesabatda artıq bu ölkədə fahişəlik sektorunun formalaşdığı da qeyd olunub.
Məlumat üçün bildirək ki, demokratik Kərzayi rejimi “şəriət əxlaqına” bağlı olduğunu bildirmiş və zinada ittiham olunanlara 5 ildən 15 ilədək həbs cəzası verilməsini nəzərdə tutmuşdu. Ancaq bu cəza indiyədək heç kimə tətbiq edilməyib. Çünki burada pul hər şeyi həll edir.
İslamonline informasiya portalında yerləşdirilən digər məlumata görə, Əfqanıstanın Qunduz şəhərində yaşayan 24 yaşlı Nəsrinin bu məsləyi anasından miras aldığını bildirib.

Nəsrin anasının onu bir gün evə gələn yad bir şəxslə cinsi əlaqədə olmağa təşviq etdiyini deyib.
“Həqiqətən mən əsilzadə bir xanım kimi həyat yoldaşımla birlikdə yaşamağı arzulayırdım. Ancaq indi hamı mənə fahişə kimi baxır” – deyə Nəsrin qeyd edib.

Məlumat üçün bildirək ki, Əfqanıstanda demokratik rejimin qurulmasından sonra fahişəlik və narkomaniya böyük sürətlə yayılıb. Ölkənin insan haqları təşkilatları isə demokratik qüvvələrin kuklası olan yerli hakimiyyəti əfqan xalqına cinayət və səfillikdən başqa heç nə gətirməməkdə günahlandırır.İnsan haqları təşkilatlarının bildirdiyinə görə, Taliban rejimi zamanı əfqan cəmiyyətində bu cür əxlaqsızlıqların kökü demək olar ki, qurudulmuşdu.timeturk

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2495.azr
azeribaybak[at]gmail.com