- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
DAK və DDAK-ın birlik qurultayı bu gün Brüsseldə öz işinə başlayıb
BayBək, Azərbaycan | Saturday, 21st June , 2008 , 16:28 [pm] | İç Xəbərlər
![]() |
. | O, qurultayda 150 nümayəndənin iştirak etdiyini deyib: «Qurultay iki gün davam edəcək. Bu gün mən «Güney Azərbaycanda siyasi mübarizənin çağdaş mərhələsi», ABŞ-dan gəlmiş Məhəmmədrza Heşti «ABŞ-ın xarici siyasətində Güney Azərbaycan problemi», Azərbaycandan professor Vaqif Sultanlı «Azərbaycanın Quzeyində milli azadlıq mübarizəsinin ideoloji təməli» mövzusunda çıxış etmişik. Günün ikinci yarısı isə Türkiyədən Arif Kəskin, Kanadadan doktor Ziya Sədr, Finlandiyadan Çingiz Göytürk və digər şəxslərin Quzey Azərbaycandakı vəziyyət, diasporanın fəaliyyəti ilə bağlı məruzələri dinləniləcək. Sabah isə birləşmiş təşkilatların rəhbərliyinin formalaşması üçün seçkilərin keçirilməsi nəzərdə tutulur». |
Qulamrza Təbrizi Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK-dan da bir sıra nümayəndələrinin qurultayın işinə qatıldığını bildirib.
Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) və Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) birlik qurultayı bu gün saat 10.00-da Belçikanın paytaxtı Brüsseldə öz işinə başlayıb. DAK sədri Qulamrza Təbrizinin Brüsseldən verdiyi xəbərə görə, qurultay Avropa Parlamentinin İqamətgahında, «Husa President Park» otelində keçirilir.
O, qurultayda 150 nümayəndənin iştirak etdiyini deyib: «Qurultay iki gün davam edəcək. Bu gün mən «Güney Azərbaycanda siyasi mübarizənin çağdaş mərhələsi», ABŞ-dan gəlmiş Məhəmmədrza Heşti «ABŞ-ın xarici siyasətində Güney Azərbaycan problemi», Azərbaycandan professor Vaqif Sultanlı «Azərbaycanın Quzeyində milli azadlıq mübarizəsinin ideoloji təməli» mövzusunda çıxış etmişik. Günün ikinci yarısı isə Türkiyədən Arif Kəskin, Kanadadan doktor Ziya Sədr, Finlandiyadan Çingiz Göytürk və digər şəxslərin Quzey Azərbaycandakı vəziyyət, diasporanın fəaliyyəti ilə bağlı məruzələri dinləniləcək. Sabah isə birləşmiş təşkilatların rəhbərliyinin formalaşması üçün seçkilərin keçirilməsi nəzərdə tutulur».
Onun sözlərinə görə, qurultayda Avropanın müxtəlif ölkələrindən, həmçinin ABŞ, Kanada, Finlandiya və Fransada yaşayan azərbaycanlılar da iştirak edir. Təbrizi Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK-dan da bir sıra nümayəndələrin qurultayın işinə qatıldığını bildirib: “Onların tərəfinə iki-üç nəfər keçmişdi, onlar da bura gəlib. Həmin qrupdan kimlər gəlsə, qapımız üzünə açıqdır. 5-6 nəfərlə parçalanmış DAK-ın üzvlərinin bizə qoşulması bizim üçün yaxşıdır. Çünki bu birlik qurultayıdır. Parçalanmış diasporanın heç yerdə hörməti olmur”.
O, qurultayın son günü - iyunun 23-də Avropa Parlamentinin İqamətgahında “Güney Azərbaycanın çağdaş durumu və siyasi gələcəyi” mövzusunda seminar keçirilməsinin nəzərdə tutulduğunu da bildirib.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir